İqlim dəyişmələri şəhərlərdə daha çox hiss edilir

 

Ekologiya ətraf mühitin mühafizəsi

 

Milli Şəhərsalma Forumu problemdən çıxış yollarını göstərdi

 

İqlimədavamlı sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar innovativ həllərmövzusunda Üçüncü Milli Şəhərsalma Forumunun keçirilməsi ölkəmizin  dayanıqlı inkişaf iqlim gündəliyi üzrə beynəlxalq proseslərdə mövqeyini daha da möhkəmləndirdiyini göstərir. Forum Dövlət Şəhərsalma Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının  Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə əməkdaşlığı çərçivəsində bu ilin oktyabr ayında 2 şəhərdə - Xankəndi Bakıda baş tutdu. Üç gün davam edən tədbir şəhərsalma sahəsində aktual çağırışların imkanların müzakirəsi üzrə yerli beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynadı. Forumda münaqişə təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı layiqli yaşayış məskənləri, dayanıqlı sağlam şəhərlər, ekoloji enerji-effektiv təcrübələr, rəqəmsallaşma innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri Yeni Şəhər Gündəliyi, regional beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda geniş müzakirələr aparıldı. Tədbirdə 60-a yaxın ölkədən 400-dək dövlət özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirdi. Forum çərçivəsində Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları innovativ texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar edildi. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsinin gücləndirilməsinə, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verir. Məlum olduğu kimi, Forumun rəsmi açılışı növbəti günü Xankəndi şəhərində yeni istifadəyə verilmiş Konqres Mərkəzində baş tutub.  Yerli beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən plenar sessiyalar Xankəndi Şuşa şəhərlərindəki mədəni, şəhərsalma infrastruktur layihələri ilə tanışlıqla yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciəti isə son 5 ildə ölkəmizin həm ilqim dəyişmələri ilə mübarizədə əldə edilən nailiyyətlərə, həmçinin dayanıqlı şəhər kəndlərin salınması təcrübəsinin necə icra edildiyinə işıq salırdı.  

Cənab Prezidentin Forum iştirakçılarına müraciətində qeyd olunurdu ki, Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını icra imkanlarını nümayiş etdirir. “Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma dirçəliş dövrünün əsasını qoydu. Bu gün müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli ardıcıl tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. "Yaşıl enerji" zonası elan edilib 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ Şərqi Zəngəzurda günəş külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır şəhərlərin dayanıqlı inkişafına xidmət edir”, deyə müraciətində vurğulayan Prezident bildirib ki, Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri şəhərsalma sahəsində qlobal çağırışların həllində innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır”.

Forumda iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudiya Rossbax çıxış edərək bildirib ki, III Azərbaycan Milli Şəhərsalma Forumu qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsətidir. Qonaq həmçinin 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumunun XIII sessiyasına hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən dəstəyindən razılığını ifadə edib. “Qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır. Bununla belə, iqlim dəyişikliyinin təsirləri ən çox şəhərlərdə hiss olunurtemperaturun artmasından dəniz səviyyəsinin yüksəlməsindən tutmuş daşqınlara su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur. Biz təkcə yumşaldıcı tədbirlərdə geridə qalmırıq, həm ən çox ehtiyac duyulan yerlərdə davamlılığa az investisiya qoyuruq. Şəhər artımının sürətini nəzərə alsaq, bu, xüsusilə narahatedicidir”, – deyən "UN-Habitat"ın icraçı direktorunun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Şəhər davamlılığını təmin etmək üçün atdığımız addımlar bizi yüksək emissiyalı gələcəyə kilidləyəcək, yoxsa inklüziv, aşağı karbonlu şəhər inkişafı yolunu açacaq – III Azərbaycan Milli Şəhərsalma Forumu kimi tədbirlər məhz bu məqsədə xidmət edir. A.Rossbax bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun XIII sessiyası öhdəlikləri yeniləmək, irəliləyişi izləmək tərəfdaşlıqları kataliz etmək üçün qlobal yoxlama məkanı olacaq. Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb. Son üç il ərzində ardıcıl olaraq keçirilən Milli Şəhərsalma Forumu sadəcə adi tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib. Forum ərzində münaqişə təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı layiqli yaşayış məskənləri, dayanıqlı sağlam şəhərlər, ekoloji enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma innovativ yanaşmalar, BMT-nin Davamlı İnkişaf Məqsədləri Yeni Şəhər Gündəliyi, regional beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzular müzakirə olundu. III Azərbaycan Milli Şəhərsalma Forumu işini daha sonra Bakıda davam etdirib. Foruma yekun vurulub. Tədbir çərçivəsində 10 panel sessiya təşkil edilib. Sessiyalar zamanı dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma, inklüziv inkişaf şəhərlərin bərpası kimi aktual məsələlər müzakirə olunub. İştirakçılar mənzil təminatı, maliyyə innovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma, mədəni irsin qorunması sağlam şəhər icmaları sahələrində qabaqcıl təcrübələri bölüşüblər. Bağlanış tədbirində Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev çıxış edərək bildirib ki, NUFA3 şəhərlərin gələcəyi ilə bağlı milli, regional qlobal dialoqun gücləndirilməsində mühüm mərhələdir Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq istiqamətində əməkdaşlıqda yeni səhifə açır. Çıxışının sonunda Anar Quliyev Forumun ruhunu məqsədini əks etdirən simvolik mesajla iştirakçılara müraciət edib: “Birlikdə elə bir gələcək qura bilərik ki, hər şəhər iqlim çağırışlarına davamlı, hər icma sağlam, hər bir insan isə bu şəhər hekayəsinin ayrılmaz hissəsi olsun”.

 

Ekoloq Rövşən Abbbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, dünyada şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası 2026-cı ildə Bakı şəhərində keçiriləcək:

 

- Bu qərar Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir. III Milli Şəhərsalma Forumu XIII Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələ idi. Forumda aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. inanırıq ki, Forumda aparılan müzakirələr növbəti il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu da gələcək nəsillər üçün daha yaşıl, inklüziv firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.

 

Məlahət Rzayeva

Şərq  2025.- 29 oktyabr (¹197).- S.6.