Sovet dövrü AYİ ilə bugünkü

AYB-ni müqayisə etmək yanlışdır

 

Firuz Mustafa: "Tamam başqa sistemlər, başqa epoxalar, başqa dəyərlər, başqa rəhbərlər, başqa nəsillər..."

 

Sovet dövründə Azərbaycan Yazıçılar İttifaqında baş vermiş hadisələr, yazıçıların, şairlərin bir-biriylə hətta söyüş, əlbəyaxa davaya qədər böyüyən mübahisələri barədə çox yazılıb, çox danışılıb.

Professor Cəmil Həsənli bu barədə silsilə məqalələrini sosial şəbəkədə paylaşıb. Sözün doğrusu, o zaman İttifaq, müstəqillik dövründən etibarən Azərbaycan Yazıçılar Birliyi adlanan qurumdan narazılar həmişə olub, bu gün var. Kimisi ev, mənzil davası çəkir, kimisimən daha yaxşı yazıçıyamiddiasında bulunur, bəzisi Prezident təqaüdü istəyir, bəziləri isə hələ AYB-nin sədri Anarıniyə sədrliyi təhvil vermir”, deyə ittiham edir. Bizim qələm əhli niyə yola getmir?

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa Sherg.az-a açıqlamasındaköhnə palan içi tökməyinheç yaxşı əməl olmadığını söylədi sözügedən məqalələrlə bağlı fikrini bundan öncə bildirdiyini dedi:

- MənimYumşalmadansonrakı mərhələdəmöhkəmlənməadlı məqaləm var. Orada qeyd etmişəm ki, 1965-ci ildə Xalq yazıçısı Mehdi Hüseynin ölümü ilə bağlı professor Cəmil Həsənlinin təqdimatında sosial şəbəkədə silsilə stenoqrafik (tarixi) sənədlər dərc edildikdən sonra geniş rezonans doğurub. Tarix elmi aşkarlığı, dəqiqliyi, tərəfkeşsizliyi sevir. Yazı ötən əsrin ikinci yarısında Xalq yazıçısı Mehdi Hüseynin ölümü ilə bağlı baş verən olayların fonunda ədəbi prosesə ədəbi şəxsiyyətlərinrəftarınanəzər salmaq cəhətdən maraqlıdır. Əfkari-ümumiyyə üçün, təbii ki, maraqlı məlumatlardır. Təəssüf edirəm ki, bu maraq doğuranhadisələrindiki oxucuların əksəriyyəti tərəfindən birmənalı qarşılanmamaqla yanaşı, müxtəlif aspektlərdə fərqli interpretasiyalarda təhlil edilməkdə yozulmaqdadır. Doğrudur, 1965-ci ildəXruşşov epoxasıtəzəcə başa çatmışdı. Buna baxmayaraq, “yumşalma”, “buzərimədövrü hələ davam etməkdə idi. Cəmiyyətdə aşkarlıq havası qismən sozalsa da, hələmülayimküləklərəsməkdəidi.

 

İnstinktiv özünümüdafiə

 

Ovaxtkı Yazıçılar İttifaqında irili-xırdalı çəkişmələr baş verir, canlı debatlar gedir, kəskin mübahisələr səngimirdi. Yaradıcılıqda bu cürlokalqlobaltoqquşmalar təkcə Azərbaycandamı nəzərə çarpırdı? Xeyr. Həmin dövrdə SSRİ-nin bütün yaradıcı təşkilatlarında, xüsusən Yazıçılar İttifaqlarında bu cürdartışmalaryaşanmaqda idi. orasını da unutmayaq ki, təkcə o dövrdə yox, hətta ondan əvvəlki illərdə belə, SSRİ- az-çox demokratik ab-havanın mövcud olduğu məkan ya meydan məhz yaradıcılıq birlikləri, o cümlədən yazıçıların birləşdikləri qurumlar idi.

Əslində, M. Hüseynin ürəyinin partladılmasında adıçəkilən çəkilməyən yazıçıların əksəriyyəti istedadlı adamlar idi. Onları bu kökə həmin dövrün mövcud sistemi salmışdı. Bolşevizm, allahsızlıq, kollektivləşmə, sinfi mübarizə, qırmızı terror, 37-ci il...41-45-ci illər... sair bəlalardan bir təhər sağ çıxmış, varolmalarını güclə qoruyub saxlamış, zamanında bir-birlərinin üzünə zor təhdidlə durdurulmuş bu adamlar, instinktiv şəkildə olsa, özlərini müdafiə etməli olmuşdular. Axı cismani cəzalandırma təhlükəsi tamam aradan götürülməmişdi. Bütün bunlarla yanaşı, digər sahələrdə (məsələn, partiya təşkilatlarında) çalışanlardan fərqli olaraq, söz adamlarının qarşılıqlı ittiham tənqidlərində səmimiyyət, cəsarət sərbəstliyi müşahidə etməli oluruq. Təkrar edirəm, mən konkrət adamlardan daha çox, bu bəlalarda mövcud sistemi, murdar quruluşu ittiham edirəm... buna görə istərdim ki, "filankəs pis, filankəs yaxşı adam olub..." kimi primitiv şüarçılığa rəvac verməyək. Yaxşı, tutalım, biz "pis" olduq, bəs gürcülər, tatarlar, ruslar, özbəklər, ukraynalılar, qazaxlar... necə? Bütün bu baş verənlər gülməli, məzələnməli bir nəsnə deyil, bu, əslində ağlamalı, dəhşətli bir faciədir. Xalqın ziyalılarını üz-üzə qoymaq bic uşaq kimi meydana gəlmiş sovetlərin bir şakəri, xisləti, vəzifəsi idi.

 

Keçmişi ittiham etmək asandır...

 

- Bu, bir daha onu göstərir ki, tarixi təkcə yaşamaq azdır, onu dərk etmək lazımdır. Olsun ki, bəziləri buüstüörtülü”, “qaranlıqməsələlərə işıq tutduğuna görə  müəllifi qınayır. Əslində isə müəllif heç bir interpretasiyaya, şərhə üz tutmadan oxucuya yalnız faktları təqdim edib. İndi keçmişi ittiham etmək, o dövrdə baş verənləri tənqid etmək, həmin dövrünəsastarixi yaepizodikqəhrəmanlarını qınamaq asandır. Şəxsiyyətlərin hərəkət fəaliyyəti tarixi proseslər kontekstindən kənarda araşdırılmamalıdır. Hətta bu günün özündə belə mikro makro dünyamızda baş verən prosesləri əksər hallarda məhz qələm adamları bütün gerçəklikləri ilə təqdim edirlər.  ... gəlin unutmayaq ki, indi ittiham yaifşaobyektinə çevrilən bu adamların əksəriyyəti məmləkətimizdə milli özünüdərkin formalaşmasında, milli məfkurənin yaranmasında, xüsusilə milli dilin qorunmasında müstəsna rol oynayıblar...  Biz onlara, ən azı dilimizin yaşarlığı üçün rəhmət diləyirik. Əlbəttə, həmin kontekstdən çıxış edərkən, biz heç işverən”, “çuğul”, satqın, üzəduransimalarahaqq qazandırmaq niyyətində deyilik. Necə deyərlər, bu zaman qatarında hər kəsin özkupesi”, özyerivardır.

Qısası, tarixə, daha doğrusu, tarixi proseslərə, konkret  tarixin içindəqiymət vermək lazımdır. Zaman keçəndən sonrauzaq məsafədənboylanıb tarixi istənilən kimi interpretasiya etmək, yumşaq desək, antitarixçilikdir.

 

Yazıçılar cəsarət göstərir

 

F.Mustafa qeyd edir ki, diqqətli olmalıyıq: 

- Artıq dediyim kimi, tarixətarixin içindənnəzər salmaq lazımdır. Elə haqqında söhbət gedən yazının da məğzi məqsədi, çox güman ki, budurYeri gəlmişkən, düzünü deyim ki, mən həmin dövrdəbaş verənlərhaqqındacanlı şahidlərdənçox şey eşitmişəm, yəniməsələbarədə az-çox məlumatlıyam. Amma yazıda yeni təəssüratlar da yox deyildir. Bir-birlərini qədər tənqid etsələr , ilk növbədə, çıxış edən yazıçıların cəsarəti diqqəti cəlb edir. Müxtəlif nəsilləri təmsil edən qələm sahibləri, əksər hallarda, çəkinmədən partiya nomenklaturasının nümayəndələri ilə mübahisəyə girişir bir çox hallarda hətta onları tənqid edir. Unutmaq olmaz ki, bu adamlar 37-ci ilin dəhşətlərini öz gözləri ilə görüblər (1965-ci ildə) bir qədər ehtiyatla olsa da, açıq debatdan çəkinmirlər. Diqqəti çəkən ikinci məqam isə ovaxtkı dövlət rəhbərlərinin hədsiz təmkin, diqqət, qayğı sərgiləmələri, habelə ədəbi aləmə ədəbi prosesə yaxından  bələdliyidir. Əslində, bu, yalnızşəxsi plandaolan məsələ deyildi. “Ottepeldən” –“yumşalmadansonra bütün sahələrdə bu cür cəsarət ya təmkin nümunələrinə rast gəlmək olurdu. Düzdür, artıq N.Xruşşov vəzifədən qovulmuşdu, onun yerinə sonralardurğunluqdövrü kimi səciyyələnən epoxanın yeni baş personası - L.Brejnev gəlmişdi, amma təxminən on il əvvəl başlamışyenilənməprosesi hələ davam etməkdə idi. Həmin mərhələdə SSRİ-nin bütün respublikalarında təxminən bir-birinə bənzəyən şəxsiyyətlər hakimiyyətdə təmsil olunurdu. Yeri gəlmişkən, bunu da deməyi vacib bilirəm ki, həmin dövrdəyuxarı eşalondastalinçilər hələ qalmaqda idilər ən gülməlisi ya ağlamalısı həm bu idi ki, həttaaşağı eşalonda”, lap elə fəhlə, kəndli ziyalılar arasında daStalin sevgisiqalmaqda idi. Busevdahələ bu gün bəzidairələrdəçiçəklənməkdədir.

 

Açıq savaşlar gedir

 

- O ki qaldı yazıçılar təşkilatında az qala əl-qol davasına gərgin mübahisələrəMən tamamilə əminəm ki, bu, sovet sisteminin öz mahiyyətindən irəli gəlirdi.  Düzdür, “37” artıq geridə qalmışdı. Amma hələ onun qorxusu qoxusuqalmaqda idi. XX qurultay bir çox gizlinlərin üstündən pərdəni qaldırmışdı. Elə yazarlar cameəsində artıqsavaşlargizli yox, aşkarcasına gedirdiBir axı bu cür davalar təkcəbizimkilərəxas xüsusiyyətlər deyildi. Əminəm ki, məsələn, Aleksandr Tvardovski Konstantin Simonovla SSRİ Yİ-nin sədri A.Fadeyev arasındakımünaqişədən”, M.Şoloxov ilə A.Soljenitsın arasındakıdavadan”, B.Mayakovski, S.Yesenin B.Pasternak arasındakı yumruq savaşından bizim oxucuların əksəriyyətinin xəbəri yoxdur. Bəlkə , elə xəbərsiz olmaları yaxşıdır. Bəli, elə bir vaxt gəlmişdi ki, yaradıcı adamları güllələmir, onları xaricə qovurdular. (Yeri gəlmişkən Rusiyada bu gün , yəni ilin-günün bu vədəsində xeyli saydainoagentelan olunmuş yazıçılar vardır). Məsələn, həmin dövrdə, yəni 60-cı illərdən sonra, “qovulmuşlarsırasında tanınmış yazıçılara misal kimi V.Aksyonov, İ.Brodski, V.Voynoviç, S.Dovlatov, E.Limonov, A.Yakobson bir çox başqalarının adını çəkmək olar. Bəli, ədəbi mübahisələr, bütün dövrlərdə bütün milli ədəbiyyatlarda olub. Ammasovetsayağıədəbi savaşlar bütünçoxçalarlığıilə yalnız totalitar sistemin mahiyyətindən qaynaqlanıb.

Sonda F.Mustafa qeyd etdi ki, sovet dövrünün AYİ-si ilə  hazırkı AYB-ni müqayisə etmək yanlışdır:

 Aradan 60 il keçib. Tamam başqa sistemlər, başqa epoxalar, başqa dəyərlər, başqa rəhbərlər, başqa nəsillər... Heç bir əlaqə yoxdur. Ümumi olan şey odur ki, onda da ədəbiyyat olub, indi var. Başqa heç ”.

 

Məlahət Rzayeva

 

Şərq.- 2025.- 11 sentyabr, ¹163.- S.7.