Belə himn  yenilik idi gözəl alınmışdı

 

Alim Qasımov Fərqanə xanım himnimizi layiqli şəkildə ifa etdilər

 

“Formula 1”  Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himni ənənəvi qaydada deyil, fərqli şəkildə ifa olunub. Xalq artisti Alim Qasımov, qızı Fərqanə Qasımovayla birlikdə səhnəyə çıxaraq dövlət himnimizi ifa ediblər. Həmişəki kimi ifanı bəyənənlər çoxdur, bəyənməyənlər var.

 Bəyənməmək Alim Qasımovun, Fərqanə xanımın sənəti ilə bağlı deyil. Alim Qasımov Azərbaycanın 1 nömrəli səsidir. “Səs nömrə 1“in Formula 1-də səhnəyə çıxmasının bəyənilməyəcək tərəfi yoxdur.  Sadəcə, dövlət himnimiz adətən orkestr xorun ifasında səsləndiyindən, şüurumuzda məhz bu formada qaldığından 2 nəfərin ifası qeyri-kafi görünə bilər. Amma Alim alimliyini, Fərqanə xanım da əsl varisliyini bu dəfə sübut etdi. İfa gözəl idi. Fəqət, orkestr xorun ifasındakı kimi möhtəşəm deyildi.         

Alim Qasımov özü isə bu barədə Teleqraf-a açıqlamasında danışıb. "Qızım Fərqanə xanımla birlikdə Formula 1-də Azərbaycanın Dövlət Himnini duet şəklində ifa etmək bizə qismət oldu. Çox qürurluyuq. Bu ifa bizim üçün çox böyük bir fərəh fəxr anı idi. Duetin ideyası Fərqanə Qasımovaya məxsusdur. O, bu layihə üzərində öncədən düşünərək hazırlıqlara başlamışdı son nəticədə mənimlə duet şəkilində ifa etməyi təklif etdi. Məmnuniyyətlə qəbul etdim.Əslində, himnimizin bu oranjemanı çoxdan yazılıb. Amma bu cür əhəmiyyətli beynəlxalq tədbirdə himn ifa etməyimiz ilk idi",-deyə Xalq artisti əlavə edib. Alim Qasımov qeyd edib ki, Formula 1 Azərbaycan Qran-Prisində çıxış etmək təklifi təşkilatçılardan gəlib: "Biz bu önəmli çıxış üçün iki gün gərgin məşq etdik. Səhnəyə çıxarkən məsuliyyətin ağırlığını bu ifanın qədər simvolik olduğunu dərindən hiss edirdik. Canlı ifa zamanı xüsusilə xarici tamaşaçıların reaksiyası bizi çox duyğulandırdı. Onlar himnimizi dinləyərkən çox təsirləndiklərini bildirdilər, bəziləri "tüklərimiz biz-biz oldu" deyə ifadə etdilər. Bu, bizim üçün ən böyük qiymətdir. Əgər yenidən belə bir təklif olarsa, yenə böyük sevinc məsuliyyət hissi ilə Azərbaycan himnini ifa edərik. Bu an bizim yaddaşımızda hər zaman xüsusi yer tutacaq".

Qeyd etdyimiz kimi məlum ifanı bəyənməyənlər olub. Sherg.az məsələyə mütəxəssis rəyini öyrənib. “Rəşid Behbudov Fondu”nun direktoru Kamil ŞahverdiŞərq”ə açıqlamasında qeyd etdi ki, Alim Fərqanə Qasımovların dövlət himnini duet şəklində oxuması normal haldır:

- Dünya təcrübəsində belə hallar olur, hər hansı beynəlxalq səviyyəli, mötəbər tədbirlərdə  bu səpkili şoular düzənlənir. Məsələn, “Oskarmükafatının təqdimetmə mərasimində tanınmış amerikalı aktyorlardan biri çıxıb ABŞ-nin himnini ifa edə bilir. Olimpiya oyunlarının açılışında, yaxud futbol üzrə dünya çempionatlarında dünyaca sevilən, tanınmışulduz”lar açılış edir, dövlət himni ya açılış üçüm özəl olaraq bəstələnmiş mahnı ifa edirlər. Bunlar həmin tədbirə, mərasimə xüsusi rəng qatmaq, rəngarənglik vermək üçün edilir.  Göstərişli bir şou yaradılır. Hesab edirəm ki, Formula 1 - Azərbaycan Qran-Prisinin təşkilatçıları da məhz belə bir göstəriş, yaxşı mənada şou yaradılmasını nəzərdə tutaraq  dövlət himninin duet şəklində məhz Alim Qasımov Fərqanə xanımın ifasında səslənməsini uyğun görüblər. Onlar da himnimizi yeni formada təqdim edərək, layiqli şəkildə ifa etdilər. Lent yazısı da səsləndirmək olardı, lakin bu, həmişə dinlənən ifa olacaqdı. Bu isə yenilik idi gözəl alınmışdı.

K.Şahverdi qeyd etdi ki, bəzən beynəlxalq səviyyəli tədbirlərdə orkestri tam heyətlə səhnəyə çıxarmaq mümkün olmur. Himnin canlı səslənməsi üçün gərək orkestr , xor heyəti səhnəyə çıxsın. Bunun üçün heç həmişə uyğun şərait olmur. Formula 1-in builki açılış mərasimində təşkilatçılar yenilik etdi bu yaxşı alındı.

 

Məlahət Rzayeva

 

Şərq.- 2025.- 23 sentyabr, ¹171.- S.5.