Dövlət uşaqların himayəsini ailələrə
qaytarmağa çalışır
Mehriban
Zeynalova: Uşaqlar ailədə böyüməlidir,
dövlət müəssisəsi
son çarədir
Bu ilin yanvar ayı ərzində 11 uşaq övladlığa verilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial
Xidmətlər Agentliyindən
məlumat verilib. Bildirilib ki, onlardan 4-ü qız, 7-si oğlandır. "Yaş
bölgüsünə gəldikdə
isə, övladlığa
verilən uşaqlardan
8-i 0-6 yaş aralığında,
2-si 7-11 yaş aralığında,
1-i isə 12-18 yaş
aralığındadır. Qeyd edilən dövrdə valideyn himayəsindən məhrum
olmuş 6 uşaq ailə himayəsinə qaytarılıb. Onlardan
5-i oğlan, 1-i isə
qızdır", - məlumatda
bildirilib. Əlavə
edilib ki, eyni zamanda, Agentlik
tərəfindən həyata
keçirilən profilaktik
tədbirlər və
ailələrlə fərdi
sosial iş nəticəsində 16 uşağın
ailəsindən ayrılaraq
müəssisələrə düşməsinin qarşısı
alınıb. Görülən
tədbirlər uşaqların
müəssisələşməsinin qarşısının alınmasına
və hər bir uşağın ailə mühitində böyüməsinə xidmət
edir.
“Təmiz Dünya”
Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a
açıqlamasında bildirdi
ki, uşaqların övladlığıa verilməsi
nə qədər müsbət hadisədirsə,
uşaqların dövlət
müəssisələrinə düşməsinin qarşısının
alınması bir o qədər vacibdir:
- Azərbaycan dövlətinin əsas məqsədlərindən biri
məhz budur ki, uşaqlar ailələrdə böyüsün,
ailədə yetişsin.
Çünki uşaq
məhz ailə ortamında, valideyn himayəsi altında tam şəxsiyyət olaraq formalaşa bilir. Bu məqsədlə
də dövlət müəssisələrinə yerləşdirilmiş
uşaqların ailələrə
verilməsi, himayədar
ailələrin müəyyənləşməsi,
eyni zamanda uşaqların dövlət
müəssisələrinə yerləşdirilməsinin qarşısının
alınması vacibdir.
Burada söhbət ondan getmir ki,
valideynini itirmiş, valideyn himayəsindən məhrum və ya öz vəzifəsini
yerinə yetirməyən
valideynlərin övladları
dövlət müəssisəsinə
yerləşdirilməsin deyə,
nəzarətsiz qalsınlar,
heç bir himayəsi olmayan uşaqlar taleyin ümidinə buraxılsın.
Belə deyil. Məsələn, “Təmiz
Dünya” İB-nə
müraciət edən
qadınların hazırkı
vəziyyətini biz öyrənirik, məlumat
toplayırıq, müəyyən
edirik həqiqətən
vəziyyət necədir,
bu qadın övladına nəzarət
etmək, onu təmin etmək iqtidarındadır, ya yox. Bu müddət
ərzində isə həmin uşaq və ya anası
da Birliyin sığınacağında qalır.
Bəzən belə olur ki, ailənin
vəziyyəti öyrənilir,
uyğunsuz durum olduqda uşağın dövlət müəssisəsinə
yerləşdirilməsinə qərar verilir, bəzən də ailənin böyükləri
ilə, həyat yoldaşları ilə aparılan söhbətlərdən
sonra ailədə yenidən birgə yaşayış təmin
edilmiş olur. Övladlar da valideynlərinin himayəsi
altında yaşayırlar.
Situasiyalar müxtəlif
ola bilər. Hər situasiyaya görə uyğun qərar verilməlidir. Əsas məqsəd ailənin parçalanmaması,
uşaqların ailə
daxilində böyüməsinin
təmin edilməsidir.
Uşaqların dövlət
müəssisələrinə verilməsinin qarşısını
almaq baxımından sosial dəstək layihələri vacibdir. Çünki çox zaman valideyn maddi problemləri, iqtisadi vəziyyətini səbəb göstərərək
övladını dövlət
müəssisəsinə verir.
Bir çoxu belə də deyir ki uşağa
baxmağa maddi imkanları çatmır.
Hesab edirəm ki, dövlət müsəsisəsinə təhvil
verilən uşaqların
ailə durumu ciddi araşdırılmalıdır.
Əgər həqqətən
maddi sıxıntı
varsa, onlara dəstək göstərilməlidir.
Ciddi ehtiyac, ciddi səbəb olmadığı halda uşaqların dövət
müəssisəsinə verilməsinin
qarşısı alınsa,
zəruri hallarda dövlət müəssisəsinə
təhvil verilən uşaqlar üçün
daha yaxşı imkanlar yaranar, həm ehtiyacların qarşılanması baxımından,
həm də himayədar ailələrə
verilmələri baxımından.
Məlahət Rzayeva
Şərq .- 2026.- 27 fevral-6 mart, (¹8).-S.7.