Süni intellekt fabrik xalçası kimidir, əsl sənət isə əl işidir

 

"Bu texnologiya yaradıcılıqda insan ruhunu heç vaxt əvəz edə bilməz

 

Süni İntellekt texnologiyalarının sürətlə inkişafı yaradıcı sahələrdə, xüsusilə ədəbiyyatda yeni müzakirələrə səbəb olub. Böyük Britaniyada minlərlə yazıçının süni intellekt şirkətlərinin müəllif əsərlərindən icazəsiz istifadə etməsinə etiraz etməsi bu narahatlığın qlobal miqyas aldığını göstərir. Nobel mükafatlı yazıçı Kazuo Ishiguro digər tanınmış müəlliflərin qoşulduğu aksiya yaradıcı insanların müəllif hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib.

 

Qeyd edək ki, Böyük Britaniyada aralarında tanınmış müəlliflərin olduğu təxminən 10 min yazıçı süni intellekt şirkətlərinin əsərlərdən icazəsiz müəllif haqqı ödəmədən istifadə etməsinə etiraz olaraqDon’t Steal This Book” (“Bu kitabı oğurlamayın”) adlı boş kitab nəşr etdirib.

 

Etiraz aksiyasında Nobel mükafatlı yazıçı Kazuo Ishiguro, eləcə Philippa Gregory Richard Osman kimi məşhur müəlliflər iştirak edib. Kitabın içində yalnız aksiyaya qoşulan müəlliflərin adları yer alıb.

 

Nəşr London Book Fair çərçivəsində iştirakçılara paylanıb. Aksiyanın təşkilatçısı bəstəkar Ed Newton-Rex bildirib ki, süni intellekt sənayesi çox vaxt müəlliflərin əsərlərindən icazəsiz istifadə edir bu, yaradıcı insanların gəlir mənbələrinə zərər vurur.

 

Bu müzakirələr fonunda Azərbaycanda da süni intellektdən istifadənin genişlənməsi ədəbiyyat mühitində yeni suallar doğurur: bu texnologiya yazıçıların yaradıcılığı üçün yeni imkanlar yaradır, yoxsa müəlliflik hüquqları orijinal yaradıcılıq üçün müəyyən risklər ortaya çıxarır?

 

Yazıçı Sevinc ElsevərSherg.az”a açıqlamasında bu yaxınlarda Süni İntellektin yaradıcılığa təsirləri mövzusunda elmi məqalə dərc etdirdiyini xatırladıb. O bildirib ki, məqalə animasiya kinosuna süni intellektin mənfi müsbət təsirləri ilə bağlı idi:

 

Həmin məqalədən yola çıxıb süni intellektin ədəbiyyata təsirləri barədə onu deyə bilərəm ki, həm mənfi, həm müsbət təsirləri müşahidə etmək mümkündür. Süni intellekt xüsusən gənc nəslin ən yaxın dostudur. Onlar süni intellektlə oxuyurlar, öyrənirlər, yaradırlar. Bizim nəsil üçün süni intellekt bir az yaddır. Amma nənələr tanıyıram süni intellektdən yeni yemək reseptləri soruşurlar. Yaxud evdəki ərzaqları sadalayıb əbədi, əzəli suallarına cavab tapırlar: " Görəsən, axşama bişirim?". Hansısa bir mövzunu araşdıranda süni intellekt kara gəlir. Tezbazar məlumatları çıxarıb önünə sərir, əlçatandır, operativdir. Amma ona tam da arxayın olmaq olmaz. Bir dəfə süni intellektə sual verdim: Azərbaycanda üç ən yaxşı qadın müğənni adını çək. Elə adlar sadaladı ki, əlim üzümdə qaldı. Ondan sonra süni intellektdən ciddi mövzularda ehtiyatla soruşuram, aldığım cavabları da sorğulayıram. Məsələn, ən yaxşı göz həkimlərinin adlarını soruşsam, artıq şübhə edəcəm”.

 

S. Elsevər qeyd edib ki, Süni İntellektdən müəyyən qədər istifadə eləmək olar. Amma tam etibar etmək düzgün deyil:

 

Yaradıcı məsələlərə gələndə isə, süni intellektin heç vaxt insan ruhunu əvəz etməyəcəyi qənaətindəyəm. Necə ki fabrikdə toxunan xalçalar ucuz qiymətə satılır, əl işi olan xalçalar isə sənət əsəri hesab olunur, qiymətli hesab edilir, dəyər kimi qorunur, əsl sənətkar tərəfindən yaradılan incəsənət nümunələri elə dəyərli əvəzsizdir. Süni intellektdən bank kartlarımızı, şəxsi məlumatlarımızı gizləməli olduğumuz kimi, yəqin ki, yaradıcılıq sirrlərimizi gizlətməliyik Onunla dost olmalıyıq, amma bütün sirrlərimizi verməməliyik. Yaradıcılıq mətbəximizə buraxmamalıyıq”.

 

 

Şəymən Bayramova

 

Şərq  2026.- 13-20 mart, (¹10).- S.6.