70 min insan artıq geri  qayıdıb

 

İşğaldan azad olunmuş ərazilərəBöyük Qayıdış"

 

2027-ci ilə qədər 96 min nəfərin qayıdışı planlaşdırılır

 

Xankəndidə Dəmir Yolu Avtovağzal Kompleksi təməlinin qoyulması bölgədə sosial-iqtisadi dirçəlişi sürətləndirəcək

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən birini təşkil edir. Bu istiqamətdə həyata keçirilən sistemli məqsədyönlü tədbirlərin hüquqi institusional əsasınıAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramıtəşkil edir. Sözügedən Dövlət Proqramı azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin olunması, müasir infrastrukturun qurulması, iqtisadi fəaliyyətin bərpası əhalinin layiqli həyat şəraitinin yaradılmasını hədəfləyir.

 

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının konkret rəqəmlərlə müşayiət olunan genişmiqyaslı bir proses olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, 2020–2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası yenidən qurulmasına ümumilikdə 30,5 milyard manat vəsait ayrılıb, təkcə 2020–2025-ci illərdə bu məqsədlə 22,3 milyard manat xərclənib.

 

Ölkə başçısı qeyd edib ki, Qarabağ Şərqi Zəngəzurda artıq 247 min hektardan çox ərazi minalardan təmizlənib, Füzuli, Zəngilan Laçında üç beynəlxalq hava limanı istifadəyə verilib, min kilometri aşan elektrik xətləri magistral qaz kəmərləri çəkilib. 3714,8 km-lik 65 avtomobil yolu layihəsi icra olunur, 441,5 km tamamlanıb. BərdəAğdam dəmir yolu (47,1 km) istifadəyə verilib, HoradizAğbənd xətti 69 faiz, AğdamXankəndi xətti 28,3 faiz icra olunub.1000 km-dən çox yüksək gərginlikli elektrik verilişi xətləri 6 magistral qaz xətti çəkilib, 31 yaşayış məntəqəsi qazlaşdırılıb.

 

Prezident qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə 70 minə yaxın insan yaşayır fəaliyyət göstərir, 2027-ci ilədək isə 91 yaşayış məntəqəsinə təxminən 96 min şəxsin qayıdışı planlaşdırılır ki, bu da Böyük Qayıdışın mərhələli dayanıqlı şəkildə həyata keçirildiyini göstərir. Zabuxçay su anbarı (26,8 mln m) tikilib, 51,6 km uzunluğu olan Zabuxçay magistral boru kəməri çəkilib. Şuşada 90 çarpayılıq Şuşa Müalicə Sağlamlıq Mərkəzi istifadəyə verilib, azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə bir sıra mədəniyyət obyektləri tikilib bərpa olunub.

 

Azad edilmiş ərazilərdə formalaşdırılan sosial infrastruktur xidmətlər Böyük Qayıdış prosesinin insan mərkəzli inkişaf modeli kimi qurulmasında həlledici rol oynayır. Bu yanaşmanın əsas məqsədi əhalinin geri qayıdışını yalnız fiziki məskunlaşma ilə məhdudlaşdırmamaq, eyni zamanda, təhsil, səhiyyə sosial rifah vasitəsilə dayanıqlı həyat mühitini formalaşdırmaqdır. Bu çərçivədə təhsil səhiyyə infrastrukturunun qurulması insan kapitalının inkişafını sosial rifahın yüksəldilməsini təmin edən əsas institusional istiqamətlərdən biri kimi prioritetləşdirilib ardıcıl şəkildə icra olunur.

 

Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası azad edilmiş ərazilərin bərpasını təkcə fiziki yenidənqurma prosesi kimi deyil, insan kapitalına əsaslanan, iqtisadi cəhətdən dayanıqlı institusional baxımdan sistemli inkişaf modeli kimi formalaşdırır. Həyata keçirilən infrastruktur, sosial, iqtisadi fiskal tədbirlər Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin ümumi inkişaf gündəliyinə mərhələli davamlı reinteqrasiyasını təmin edir. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biri kimi Böyük Qayıdış prosesinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Azad edilmiş ərazilərdə formalaşdırılan yeni nəqliyyat logistika infrastrukturu ölkəmizin regional beynəlxalq tranzit imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu ərazilər tədricən ölkənin nəqliyyat xəritəsində periferiya zonası deyil, regional əlaqələndirici qovşaq funksiyasını yerinə yetirməyə başlayır.

 

Prezidentin müsahibəsində Böyük Qayıdışla bağlı fikirləri şərh edən Milli Məclisin deputatı Ceyhun MəmmədovŞərq”ə açıqlamasında bildirib ki, ölkə başçısı işğaldan azad edilmiş ərazilərdə gələcəkdə məskunlaşmanın dairəsinin genişləndirilməsi ilə bağlı yeni fikirlər söyləyib: “Cənab Prezidentin vurğuladığı kimi dövlətin qarşısındakı başlıca prioritet məqsəd ilk növbədə həmin bölgədə didərgin düşmüş insanların doğma yurdlarına qayıdışını təmin etməkdir. Eyni zamanda, gələcəkdə Azərbaycanın digər bölgələrindən olan insanlar da azad olunmuş bölgələrə köçə, orada özlərinə ev tikib yaşaya bilərlər”.

 

C.Məmmədov qeyd edib ki, bu gün Böyük Qayıdış proqramı gözlənildiyindən sürətlə həyata keçirilir: "Bu gün, demək olar ki, işğaldan azad olunan bütün ərazilərdə təmir bərpa, quruculuq işləri aparılır. Hadisələrin təhlili göstərir ki, ölkəmiz bu işləri gözlənildiyindən daha qısa müddətdə həyata keçirib. Hazırda Qarabağ Şərqi Zəngəzur böyük bir tikinti meydanına bənzəyir. Prezidentin rəhbərliyi qayğısı ilə azad olunmuş bütün ərazilərdə geniş quruculuq abadlıq işləri aparılır. Ən diqqətçəkən məqamlardan biri yolların tikintisi bərpasıdır. Qarabağda yüksək səviyyədə yeni yollar çəkilib bu işlər davam etdirilir. Eyni zamanda işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Xankəndi şəhərində tikintisi həyata keçiriləcək layihələrdən biri Dəmir Yolu Avtovağzal Kompleksidir. Xankəndi Dəmir Yolu Avtovağzal Kompleksinin təməli qoyulub. Kompleks bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sosial-iqtisadi dirçəlişə regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Bu gün Ağdam Cəbrayılda, eləcə Araz Vadisi iqtisadi zonasında mühüm layihələr həyata keçirilir. Bütün bu işlər Azərbaycan dövlətinin öz gücü ilə görülür. Qısa müddətdə üç böyük hava limanı inşa olunub ki, bu da tarixi hadisədir. Xüsusilə Laçın hava limanı öz unikallığı ilə seçilir gələcəkdə bölgənin inkişafına töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərdə yeni sanatoriyalar, məscidlər tikilir, mövcud məscidlər bərpa olunur. Yeni yerlərinin yaradılması üçün ardıcıl sistemli tədbirlər həyata keçirilir. Bütün görülən işlər ən yüksək səviyyədədir, yaxın vaxtlarda bütün ərazilər tam abadlaşdırılacaq bərpa olunacaq".

 

 

Şəymən Bayramova

 

Şərq .- 2026.- 9 yanvar (¹239).- S.6.