Sosial media gəncləri
"onlayn qumarbaza"
çevirir
Elmir Əkbər : Müasir
texnologiya və sürətli həyat gənclərin
psixikasına təsir edir
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Valideynlər diqqətli olmalıdır,
uşaqların idman, təhsil və sosial şəbəkə
balansı həyati əhəmiyyət daşıyır
Sağlam böyümək üçün
psixoterapiya, mütaliə
və təbiət təmasları vacibdir
Müasir gəncliyi
smartfonlarsız, internetsiz,
sosial şəbəkələrsiz
təsəvvür etmək
qeyri-mümkündür. Bütün
bu vasitələr gənclərin də, yeniyetmələrin də,
hətta uşaqların
da həyatının
ayrılmaz parçasına
çevrilib. Naqilsiz kommunikasiya həyatın bütün sahələrini
əhatələyib. Dünya
süni intellektin əsarətindədir artıq.
Hər bir yenilik özündə inkişafı ehtiva edirsə, bəşəriyyətə
töhfədir.
Bəs texnoloji
inkişaf insanı zehni, fiziki inkişafdan,
eləcə də mənəvi təkamüldən
uzaqlaşdırırsa, onda
necə? Sirr deyil ki, sutkanın
əhəmiyyətli bir
hissəsini internet resurslarda keçirənlər
ətraf aləmdən
sanki təcrid vəziyyətinə düşür.
Xüsusən də bu hal uşaqlar,
yeniyetmələr arasında
yaşanırsa, problem
getdikcə dərinləşir.
Gün ərzində zamanın düzgün bölüşdürülməməsi uşaqlarda fiziki inkişafdan geriqalma ilə və sosiallaşma kimi vacib vasitədən uzaqlaşma ilə nəticələnir. Saatlarla
kompüter, planşet,
smartfon ekranına kilidlənmək təkcə
zehni deyil, həm də fiziki yorğunluğa səbəb olur. Bu da mənəvi
– ruhi yorğunluqda özünü göstərir.
Təsadüfi deyil ki, son
zamanlar tədqiqatçılar
tərəfindən aparılan
psixoloji trend analizləri “Z” nəsli yetkinləri arasında narahatedici bir davranışın geniş
yayıldığını müəyyən edib. Araşdırmalara görə,
bir çox gənc xroniki stress və zehni həddindən artıq yüklənməyə
cavab olaraq saatlarla yataqda qalaraq telefonla vaxt keçirir və yuxuya gedə bilmir. Psixologiyada “yataqda çürümə” (bed
rotting) adlandırılan
bu davranış forması zahirən istirahət təsiri bağışlasa da, mütəxəssislər bunun
əslində tükənmişliyin
və emosional yorğunluğun göstəricisi
olduğunu vurğulayırlar.
Psixoloqlar bildirir ki, beyin həddindən
artıq yükləndikdə
özünü qorumaq
məqsədilə “qapanma”
rejiminə keçir və əlavə enerji tələb edən fəaliyyətlərdən
yayınmağa çalışır.
Mütəxəssislərin sözlərinə görə,
bu vəziyyət ciddi mənfi təsirlərə yol aça bilər. Belə ki, davamlı
“yataqda çürümə”
diqqət toplama qabiliyyətinin zəifləməsinə,
əhvali-ruhiyyənin pozulmasına,
motivasiyanın azalmasına
və gündəlik fəaliyyətlərə marağın
itirilməsinə səbəb
olur. Problemin dərinləşməməsi üçün
hansı işlər görülməli, nə
kimi addımlar atılmalıdır?
Psixoloq Elmir Əkbər "Şərq"ə açıqlamasında
problemin çox aktual olduğunu bildirdi:
- Bu problem
təkcə Azərbaycanda
yox, bütün dünyada mövcuddur. Düzdür, bizdə gənclərin aqresssiyası,
həyat tərzinin düzgün olmaması, layf-menecmenti bacarmamaqları
və sair daha qabarıq özünü göstərir.
Amma bu, bütün dünyada rast gəlinən müxtəlif səpkili problemlərin kökündə
dayanan, əlavə, sərbəst bir problemdir. Ölkəmizdə
də həmçinin.
Məsələ nədədir?
Sivilizasiyanın yaşı
insanın bir növ olaraq yaşından çox azdır. Xüsusilə də son illər
böyük sıçrayış
var, maddi-elmi-texniki sahədə. Biz – orta nəsil mobil telefonların olmadığı dövrdə
yaşamışıq. Xəbərlər
proqramı əvvəllər
necə oxunurdu, hansı sürətlə
verilirdi yadımıza
salsaq və hazırda bu sahədə necə bir sürət olduğunu müqayisə etsək, məlumatların
ildırım sürəti
ilə yayıldığını
görəcəyik. Bu
sürət, məlumat
bolluğu ona gətirib çıxarıb
ki, bioloji baxımdan insan beyni və insanın
psixi aparatının müdafiə mexanizmi bunun öhdəsindən gələ bilmir. Keçmiş sovetlər məkanında, MDB ölkələri,
Türkiyə, Əfqanıstan,
İran, İraq... bır
sıra Şərq ölkələri, Afrika ölkələrində layf-menecment
qaydasında getmir deyə, balans xüsusilə ciddi korlanıb. Təbii ki, hər bir
valideyn övladının
işıqlı, xoşbəxt
gələcəyini təmin
etmək istəyir. Amma səhvlərə yol verir. Valideyn
çalışır mövcud
vasitələrin hamısına
əl atsın. Təsəvvür edin, uşaq ana dilində
hələ düz-əməlli
danışa bilmir, xarici dil kursuna
aparırlar. Eyni vaxtda bir neçə
idman növünə
yazdırırlar, bilimirlər
hansı idman növü bir-birinə uyğundur. İncəsənətin
müxtəlif növlərini
öyrənməsinə çalışırlar.
Bunların da üzərinə əgər
təhsil alan uşaqdırsa, dərs yükü də əlavə olunur. Yüklənmə azalmaq əvəzinə, daha da artır. Və bu halda
mənfi mexanizm işə düşür.
Əlavə olaraq internet, feysbuk, instaqram, Tik-tok, Fikir vermisinizsə, Tik-tokda son zamanlar
qısamüddətli videorolik
ünsiyyət tərzinə
keçiblər. Bu, qısa müddətə zövq yaşamaqdır. Bütün asılılıqlar
da özünü bu cür biruzə
verir. Nəticə etibarilə gənclər internet, telefon, sosial şəbəkə
asılısına çevrilir.
Getdikcə də özləri belə fərqinə varmadan qumarbaza çevrilirlər.
Qumar oyunları zirzəmilərdə oynanmır
daha, sosial şəbəkədə, onlayn
oynanır. Biz Qərb ölkələrinin
yaşayışında istifadə
edilən vasitələri
tətbiq etmək istəyirik, özü də pərakəndə şəkildə, amma yan təsirlərindən müalicə və profilaktika üsullarını
tətbiq etmirik. Bu, psixo-terapiyadır. Qərbdə ən azı həftədə 1
dəfə terapiya kurslarına gedirlər. Düzdür, hazırda dələduzlar özlərini
psixi-terapevt kimi təqdim edir, bu sahədə problemlərimiz çoxdur.
Lakin insanlar öz həyatlarının
məsuliyyətini anlamalı,
nəzarəti ələ
almalıdırlar. Müasir
vasitələrdən istifadə
edən insan yan təsirləri aradan qaldıracaq vasitələrdən də
istifadə etməlidir.
Sağlam, şüurlu
şəkildə. İdman
da, mütaliə də ən gözəl vasitələrdir.
Lakin bu məsələdə valideynlərdən
yenə də xüsusi diqqət yetirmək tələb olunur. Uşaq hansı idman növü ilə məşğuldur, bu onun səhhətinə ziyan vurmur ki?
İdman növünü
seçərkən də
mütəxəssislə məsləhətləşmək
lazımdır mütləq.
Uşağın fiziki
gösgəriciləri hansı
idman növünə
uyğundursa, onunla məşğul olması
məsləhətdir. Eləcə
də mütaliə üçün əsərlərin
seçimi düzgün
aparılmalıdır. Kitablar
uşağın yaş
kateqoriyasına uyğun
olmalıdır. Burada
əlbəttə, mütləq
uşaqların sosial şəbəkələrə girişi, hansı platformalara maraq göstərdiyi də gərək nəzarət
altında olsun. Aqressiya, zorakılıq aşılayan məzmunlara
uşaqların girişinin
qarşısı alınmalıdır.
Bunlar ən zərərli vasitələrdir.
Uşaqlar üçün
sağlam hobbilər, sağlam əyləncə
üsulları seçilməlidir.
Sosiallaşmaq, təbiətlə
təmas mütləq
lazımdır. İnsan
təbiətlə təmasda
ətraf aləmi kəşf edir. Təbiət insana rahatlıq verən, onu mənən, ruhən müsbət yetişdirən ən gözəl vasitədir. Ümumiyyətlə, bir çox vasitələr saymaq olar ki,
uşaqların sağlam
inkişafında böyük
əhəmiyyət daşıyır.
Bunları düzgün
tətbiq etməliyik və yeniyetmələri düzgün yönləndirməliyik.
Əsas da uşaqların zamanlarını
düzgün bölmələrini,
zamanı itirməmələrini
onlara öyrətməliyik.
Maarifləndirmə işi
hərtərəfli aparılmalıdır.
Ümumi maarifləndirmə
öz yerində, fərdi psixo-analiz, loqoterapiya, psixo-terapiya da olmalıdır. Yeniyetmənin həyatında
çətin müalicə
olunan xəstəlik növünə çevrilməsin
deyə profilaktik olaraq qarşısı alınmalıdır. Lazımi
tədbirlər görülməlidir
ki, insanın həyatının balansı
qaydasında olsun.
Məlahət Rzayeva
Şərq.-2026.-16-23 yanvar.-S.4.