Davosda yeni reallıqlar yarandı

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

 

Azərbaycan artıq regional yox, qlobal aktordur, ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olunur

 

Müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalar, qlobal güc mərkəzləri arasında artan rəqabət təhlükəsizlik arxitekturasının yenidən formalaşması fonunda Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası strateji xarakter daşıyan prioritet istiqamət kimi ön plana çıxır. Milli maraqlara əsaslanan balanslı xarici siyasət kursu nəticəsində Azərbaycan qısa müddət ərzində regional aktordan qlobal proseslərə təsir göstərən etibarlı tərəfdaşa çevrilib. Ölkəmizin beynəlxalq sistemə fəal şəkildə inteqrasiya olunması, yalnız siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik humanitar sahələrdə çoxşaxəli əməkdaşlıq modelinin formalaşmasına imkan yaradıb. Azərbaycanın region ölkələri dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmət bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurduğu münasibətlər beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafında da öz əksini tapır. BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın fəal iştirakı ölkəmizin qlobal gündəmin formalaşmasında söz sahibi olduğunu nümayiş etdirir.

 

Postmünaqişə dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin yeni keyfiyyət mərhələsinə qədəm qoyması ölkənin regional təhlükəsizlik sabitlik üçün əsas dayaqlardan birinə çevrildiyini göstərir. Ərazi bütövlüyünün suverenliyin tam bərpası ilə formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını daha praktik strateji müstəviyə daşıyır. Bu reallıq həm regional kommunikasiyaların açılması, həm iqtisadi inteqrasiya proseslərinin sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Ölkəmizin aktiv iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos İqtisadi Forumu xüsusi yer tutur bu mötəbər forum Azərbaycanla bağlı obyektiv reallıqların beynəlxalq miqyasda təsdiqi kimi çıxış edir. Azərbaycanın Davos Dünya İqtisadi Forumunda fəal təmsil olunması ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyasının məntiqi nəticəsidir. Dünyanın ən mötəbər iqtisadi siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinAvrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsimövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür.

 

Bu platformalarda səsləndirilən mövqelər Azərbaycanın yalnız milli maraqlara söykənən deyil, eyni zamanda regional qlobal sabitliyə töhfə verən məsuliyyətli aktor olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin beynəlxalq auditoriyalara ünvanladığı mesajlar Azərbaycanın əməkdaşlıq, sülh davamlı inkişaf konsepsiyasına əsaslanan xarici siyasət xəttini aydın şəkildə ortaya qoyur.

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri digər dövlətlərlə, eləcə beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi ölkənin uzunmüddətli strateji maraqlarına xidmət etməklə yanaşı, qlobal sabitliyin möhkəmləndirilməsinə real töhfələr verir. Bu inteqrasiya modeli Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, etibarlı tərəfdaş imicinin yeni dünya nizamında fəal rolunun əsasını təşkil edir.

 

DavosAzərbaycan münasibətlərinin əsas istiqamətləri enerji əməkdaşlığı, investisiya cəlbi, yaşıl enerji iqlim gündəliyi, rəqəmsal logistika layihələridir. Prezident İlham Əliyevin Davos Forumlarında iştirakı Azərbaycanın qlobal liderlərlə birbaşa dialoq qurmasına imkan yaradır. İlham Əliyevin Davos çərçivəsində keçirdiyi görüşlər əsasən aparıcı dövlətlərin liderləri, beynəlxalq maliyyə institutlarının rəhbərləri, transmilli enerji texnologiya şirkətlərinin icraçı direktorları arasında keçirilir. Bu görüşlərin Azərbaycan üçün real faydaları enerji strategiyasının möhkəmləndirilməsi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu beynəlxalq səviyyədə təsdiqlənib. Qaz alternativ enerji layihələri üzrə etibarlı tərəfdaş imici formalaşıb.

 

Davosda aparılan təmaslar birbaşa xarici investisiyaların artmasına, Azərbaycan bazarına marağın yüksəlməsinə zəmin yaradıb. Nəqliyyat logistika layihələrinin təşviqi, ŞərqQərb ŞimalCənub dəhlizləri qlobal auditoriyaya təqdim edilib. Azərbaycan tranzit ölkə kimi mövqeyini gücləndirib. Qarabağ Şərqi Zəngəzurda bərpa-quruculuq prosesi beynəlxalq biznes dairələrinə çatdırılıb. Regionun investisiya potensialı ön plana çıxarılıb.

 

Milli Məclisin deputatı Hikmət BabaoğluŞərq”ə açıqlamasında deyib ki, Davos Dünya İqtisadi Forumunda Azərbaycanın fəal iştirakı ölkəmizin qlobal iqtisadi siyasi sistemə inteqrasiyasının, eləcə beynəlxalq təşkilatlarla əməkdaşlığının ardıcıl şəkildə dərinləşdiyini nümayiş etdirir. Onun fikrincə, bu mötəbər platformada səsləndirilən mövqelər Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı, təşəbbüskar məsuliyyətli aktor kimi qəbul olunduğunu bir daha təsdiqləyir: “Davos İqtisadi Forumu qlobal iqtisadi trendlərin formalaşdığı, dünyanın gələcəyi ilə bağlı əsas ideyaların müzakirə olunduğu mühüm platformadır. Azərbaycan Prezidenti bu forumda mütəmadi iştirak etməklə ölkənin beynəlxalq iqtisadi siyasi mövqeyini ardıcıl şəkildə təqdim edir”.

 

Deputat bildirib ki, budəfəki Davos səfəri Azərbaycanın qlobal gündəmdə fəal rolunu bir daha göstərdi: “Prezident İlham Əliyev dövlət hökumət başçıları, eləcə dünya iqtisadiyyatını istiqamətləndirən transmilli şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. Görüşlərdə xüsusilə qlobal iqtisadiyyatın yaşıl enerji rəqəmsal texnologiyalar mərhələsinə keçidi fonunda Azərbaycanın mövqeyi bu prosesə verə biləcəyi töhfələr diqqət mərkəzində oldu. Eyni zamanda, Prezident Davos platformasında regional qlobal təhlükəsizliklə bağlı mühüm mesajlar verdi. ErmənistanAzərbaycan münasibətləri, postmünaqişə dövründə sülh gündəliyi, eləcə regionu dünyanı narahat edən proseslərə dair mövqelər Azərbaycanın beynəlxalq nizamda artan rolunu nümayiş etdirdi.

 

Ümumilikdə, Davos səfəri Azərbaycanın təkcə iqtisadi tərəfdaş kimi deyil, həm qlobal sülh əməkdaşlıq təşəbbüslərində etibarlı aktor kimi qəbul olunduğunu bir daha təsdiqlədi”.

 

Şəymən Bayramova

Şərq .- 2026.- 23-29 yanvar (¹3).- S.6.