“Azərbaycan Macarıstan mədəniyyətlərin dialoqu"

 

Budapeştdə dördüncü Beynəlxalq Elmi konfrans keçirilib

 

Budapeştdə Azərbaycan-Macarıstan mədəniyyətlərin dialoqu" silsiləsindən dördüncü Beynəlxalq Elmi konfrans keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyi və Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, AMEA-nın İqtisadiyyat İnstitutunun və Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Macarıstan- Azərbaycan parlamentlərarası dostluq qrupunun iştirakı üzrə keçirilən konfransda əsasən iqtisadiyyat, hüquq və siyasi məsələlər müzakirə edilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Şərq" o bildirib ki, konfransda ilk olaraq çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov bildirib ki, bu konfrans iki ölkə arasında elmi forumlar silsiləsində keçirilən sayca dördüncü tədbir olsa da, macarıstanlı və  azərbaycanlı iqtisadçı alimlərin iştirak etdiyi ilk forumdu. Qeyd edək ki, tədbirdə çıxış edən Macarıstanın xarici işlər naziri Peter Balajin təbrik məktubu göndərilib. Azarbaycanın iqtisadi inkişafı barədə danışan AMEA-nın iqtisadiyyat İnstitutunun direktoru İsa Əliyev ölkənin iqtisadi strategiyasının formalaşmasında milli lider Heydər Əliyevin rolunu və fəaliyyətini xatırladaraq bu xəttin indi də davam etdirildiyini bildirib. Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru Andraş İnotai isə rəhbərlik etdiyi institutda Dünya iqtisadiyyatının durumu, eləcə də ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinə dair araşdırmalar aparıldığını bildirib.

Qeyd edək ki, tədbirdə hər iki ölkədən olan iqtisadçı alimlər çıxış ediblər. Sonra konfrans iştirakçılarına Azərbaycan haqqında sənədli film nümayiş etdirilib. Qeyd edək ki, Dördüncü Elmi konfransın "Tarix, arxeologiya, etnoqrafiya, linqivistika" bölməsi noyabrın 17-19-da keçiriləcək.

 

 

Vüsalə

 

Şərq.- 2009.- 10 noyabr.- S. 4.