Ömrü şeir kimi axan şair

 

Şairlər ürəklərin tərcümanıdır. Onlarla görüb, onlarla düşünüb, onlarla xəyal edirik. Bu ürək dostları olmasa, necə ifadə edərdik hisslərimizi?! Qanın barıt qoxusunun göy qübbəsini qucaqladığı bu çağda şairlər az da olsa həyatımıza rəng qatırlar. Bizə insani hisslərin ölmədiyini qışqırırlar. Qatılaşan ürəklərimizi yumşaldırlar.    

Hisslərimizin köklü tərcümanlarından olan Adil Cəfakeş bu qəbildəndir. ömrünün qırx dördüncü baharını yaşayan şair bu günə kimi ömürünə çox şey sığdıra bilib. "Bir ağı de, ay ana", "Yolçu, hara gedirsən?!" adlı şeir kitabları onun biz oxuculara təqdim etdiyi, müxtəlif istiqamətdə insani hissləri aşılayan sənət əsərləridir. Adil Cəfakeş ədəbiyyat dünyasında özünü şair olaraq tanıtdı. qədər hekayə, məqalə yazsa da, özünü mənən saza bağlayaraq şeirdə tapdı. 

Orta bir oxucu onu anlamaqda xeyli çətinlik çəkməyə məcbur olur. O, şeirlərində davamlı olaraq fəlsəfi dünyagörüşünü sözə çevirir. Yazdığı bir çox şeirdə gözlə görülən bir dərinlik mövcuddur. Bəzən sözləri sanki koda salırE Açar rolu oynayan məzmunu tapdıqdan sonra məna corab söküyü kimi süzülüb beyinə inteqrasiya edir. Əslində Cəfakeş şeirlərində sadə bir dildən istifadə edir. Bu istiqamətiylə aydın olanlar açıq-aşkar görünsə , poetik dərinliyi həll etmək baxımından çətindir əsərləri.

İlk baxışdan sıravi görünür yazdıqlarıE Lakin hər sözdə bir dərinlik mesaj yükü vardır. Bunu anlamaq üçün köklü bir şeir məlumatı fəlsəfi təcrübə lazımdır. Orta oxucunun vəqf ola biləcəyi şeirlər onun yaradıcılığında olduqca üstünlük təşkil edir. Cəfakeşin şeirlərində ölçü qafiyə öz yerində olduğu kimi, bəndlər bir-birinə məna dərinliyi ilə zəncirvari olaraq çox bağlıdır. Adil Cəfakeşin yaradıcılığı kənardan sadə görünsə , o, oxuduqca məna dərinliyinin təzahür etdiyi, qeyri-adi mürəkkəb dünyagörüşün dərya qədər dərinliyini fərq etdiyimiz şeirlərin müəllifidirE Bu şeirlərin çox uzun zaman kəsiyində yazıldığı da bir gerçəkdir. Bir anda qafiyə xatirinə yazılmamışdır bu şeirlər. Şairin hər bir şeiri bir əziyyətin fikir sancısının məhsuludur.

Yaradıcılıq yolunda özünəməxsus cəhətlərindən biri onun tərənnüm şairi olmamağıdır. Utopik düşüncədən uzaq olduğu üçün reallıq baxımından olmayan nəyisə qabardıb ön plana çəkməyi yalan tərifləri şeirə çevirməyi əsla bacarmır. Məqsədi haqqa ədalətə xidmət etməkdir. Hər halda, Cəfakeşin adilliyi , burdan qaynaqlanıb ətrafa yansıyır. Sanki onun sinəsində şeir istehsal edən bir mexanizm mövcuddur. O, yazdığı şeirlərin vəkilidir. Vətənə xidmət edən əsgər kimi o, bütün şeirlərinin keşiyindədir. Adil Cəfakeş xalqdan qopuq özünə qapalı bir şair deyil. O, sönmüş ürəkləri sevgi atəşiylə isidən, vətən eşqi ilə yaşayan ürəklərin dostudur.

Şeirləri olduqca axıcı yaddaqalandır. Bəlkə bu səbəbdəndir ki, Cəfakeşin ömrü şeirləri kimi məna yükü ilə bərabər, həm axıcıdır.

Ömrü şeir kimi axan şair! ömrün tarixdə iz qoyan şeirlər kimi uzun ömürlü olsun!

 

 

 

Roma XOSROV

Təzadlar.- 2010.- 14 dekabr.- S.14.