Müşfiq necə kim tərəfindən güllələnib?

Şairi güllələyən caninin ifadələri "Təzadlar"da

 

Böyük ərəb şairi Əbül-Əla əl-Məərri (973-1057) ərəb şairlərindən danışarkən hər kəsi adı ilə adlandırar, Mütənəbbiyə (915-965) isə, sadəcə, şair deyərdi. Ona görə o, "şair demişdir" - söylərkən, tələbələri hansı şairi nəzərdə tutduğunu sormazdılar. Mütənəbbi böyük istedad sahibi olub özünün dediyi kimi, başqaları qafiyə tapmaq üçün gecələr səhərədək yuxusuz qaldığı halda, o, rahatca yatar, qafiyələr onun kipriklərindən süzülərdi. Bəzi fenomenal qabiliyyətləri, öncəgörmələri olmuşdu. Elə buna görə , o, "Mütənəbbi"- "peyğəmbərlik iddiasında olan şair" adlandırılmışdır. Tarix boyu peyğəmbərə verilən vəhylə şairə verilən ilham arasında yaxınlıq olması söylənilmişdir. 

Azərbaycan ədəbiyyatı tarixində dərin iz buraxmış ŞAİRlərdən olan Mikayıl Müşfiq qeyri-adi şairlik istedadına malik olub. Dilbər xanımın söylədiyi kimi, o, yuxudan oyanarkən dili şeirlə açılardı. Mütənəbbi kimi Mikayıl Müşfiq vətənini sevib, öz torpağında yadellilərin ağalığına dözməyib, o dövrün bir çox ziyalısı kimi o da Azərbaycanın müstəqilliyi yolunda çalışıb, Ruhulla Axundovun yaratmış olduğu gizli təşkilata üzv olub nəticədə 37-38-ci illərin ziyalı qırğınında o da məhv edilib.

Müşfiq sözün əsl mənasında ilham şairi olub. Bədahətən şeir deməkdə onun misli-bərabəri olmayıb. O, görünməmiş bir nikbinliklə səadətə inanır, tapındığı ideyaların xoşbəxt gələcəyinə ümid bəsləyirdi:

 

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var.

 

 

Müşfiqin bəzi kəlamları isə sanki Azərbaycan şeirinin gələcəyindən xəbər vermişdir: "Ola bilsin ki, mənim ilhamım sönsün, amma Səməd həmişə yazıb-yaradacaq".

Müşfiqin ilhamı sönmədi, amma özü söndü, o, amansız bir repressiya maşınının qurbanı oldu.

Mən 2004-cü ildə Səudiyyə Ərəbistanının əl-Feysal jurnalında nəşr olunmuş "Qırmızı terror qurbanları" adlı məqaləm üçün material toplayarkən mərhum yazıçımız Əlibala Hacızadənin Müşfiqlə bağlı söylədiyi bir əhvalatı da o yazıya daxil etmişdim. Həmin yazımı Azərbaycan dilinə çevirmək fikrindəyəm. Hələlik isə Müşfiqlə bağlı bu əhvalatı akademiyanın həyətində Əlibala müəllimdən eşitdiyim kimi Azərbaycan oxucusuna çatdırmaq istərdim. Əlibala Hacızadə  deyirdi: "Bir dəfə hələ Sovet dövründə dəniz kənarında dostlarımla bir kafedə oturub yeyib-içir, söhbətləşirdik. Yaxınlıqdakı stolun arxasında həddindən artıq kədərli görkəmi olan bir kişi əyləşmişdi. Qarşısında bir şüşə araq bir az da kolbasa var idi. Mən öz stolumuzdan ona kabab bir çox başqa yeməklər göndərdim. O, əli ilə işarə edib məni yanına çağırdı soruşdu: "Bilirsən mən kiməm?" Dedim: "Yox" Dedi: "Müşfiqi mən öldürmüşəm". Sonra o neçə illərdir qəlbini parçalayan bir sirri açırmış kimi dedi: "Həmin günü məni aparıb iki stəkan araq içirtdilər. Sonra məni Müşfiqin olduğu kameraya apardılar. Müşfiq divara söykənib heyrət dəhşət dolu gözləri ilə mənə baxırdı. qədər çalışsam da, bu gözlərin təsirindən tətiyi çəkə bilmirdim. Mən ona "zakroy qlaza!" - deyə qışqırdım bütün iradəmi toplayıb tətiyi işə saldım. Müşfiq qan içərisində yerə yıxıldı. Türmə işçisi yaxınlaşıb onun öldüyünə əmin olduqdan sonra divardakı düyməni basdı. Bu zaman Müşfiqin dayandığı yerdə döşəmə aralandı, su şırıltıları eşidildi, Xəzərin suları qana boyandı Müşfiqi çəkib apardı. O vaxtdan mən Müşfiqin gözlərini unuda bilmirəm".

Müşfiq yaradıcılığında dəniz mövzusu xüsusi yer tutmuşdur. Kim bilir, bəlkə o, bir şair həssaslığı ilə son məkanının dalğaların qoynu olacağını duymuşdur. Suların şırıltısından xoşhal olan şair deyərdi: "Kaş ki mən yatanda başımın üstə axar çaylar çağlaya idi..."

 

 

 

Aida QASIMOVA,

professor

Təzadlar.- 2010.- 18 dekabr.- S.11.