Gənc alimin monoqrafiyası çap olunub

Əhməd Şahidov: "Azərbaycan rus dillərinin sillabikası ilə bağlı monoqrafiyam ilk ciddi elmi əsərimdir"

 

Bu günlərdə Bakı Slavyan Universitetinin "Diplomatiya xarici siyasət" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov yeni bir uğura imza atdı. "Müasir Azərbaycan rus dillərində heca sözün sillabikası" adlı monoqrafiyası yenicə çapdan çıxan müəlliflə söhbətimiz elə bu barədə oldu. 2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanan gənc alim bu monoqrafiyasında iki fərqli dillərdə - Azərbaycan rus dillərində hecanın fonetik quruluşu sözün sillabik quruluşu barədə söhbət açır, hər iki dildə mövcud olan heca nəzəriyyələrini tədqiq edir, azərbaycanlıların rus dilini öyrənən zaman üzləşdiyi fonetik çətinliklər bucür çətinliklərin həlli istiqamətlərini göstərir.

Müəllif öz monoqrafiyasında qeyd edir ki, "...əcnəbi dilin mənimsənilməsi zamanı ən çətin mərhələ bu dilin fonetikasının öyrənilməsidir.

Ona görə qohum olmayan dillərdən istifadə zamanı təzahür edən fonetik hadisələrə, yad dilin mənimsənilməsi zamanı ana dilinin fonetik sisteminin tələffüzdə kök salmış əlamətlərinin təsiri altında meydana çıxan çətinliklərə çox ciddi tədqiqatlar həsr olunmuşdur (S.İ.Bernşteyn, N.S.Trubetskoy, Y.D.Polivahov, E.Sepir s.). Dünyada elə iki dil yoxdur ki, onların dil sistemləri tamamilə eyni olsun. Bu, fonetik sistemə aiddir, belə ki, əcnəbi dildə hər hansı bir sözün tələffüzünə edilən istənilən cəhd artikulyasiya tələffüz vərdişlərinin dəyişdirilməsi ilə nəticələnir: xarici dil öyrənən şəxs onun tələffüz qaydaları öz "ana dilinin fonoloji sisteminin prizmasından" qəbul edir (S.İ.Bernşteyn)."

Monoqrafiyanın aktuallığı barədə danışan Əhməd Şahidov xarici dil öyrənən zaman gənclərin üzləşdiyi problemlərdən söhbət açdı. Onun sözlərinə görə, insan qədər çox dil bilsə, bir o qədər yaxşıdır. Bu, onun dünyagörüşünə, mədəniyyətinə, savadına birbaşa təsir edən parametrdir. Dili səlist öyrənməkdən savayı, həmin dildəki sözlərin düzgün tələffüzü önəmli faktorlardan biridir. Odur ki, rus dilində düzgün tələffüz etməkçün ilk növbədə doğma Azərbaycan dilini dərindən qavramaq lazımdır. Bu, çox önəmli məsələdir: "Bu səbəbdən ikinci dilə yiyələnmənin əsas fonetik interferensiyası ana dilin fonetik bazasının özünəməxsus xüsusiyyətləridir, amma bu, yalnız xarici dilin fonoloji sisteminin şifahi formada ifadəsi zamanı meydana çıxır. Bu, daha çox bir dildə bu ya digər fonem birləşmələrinin mövcudluğu, digər bir dildə isə əksinə, onların olmaması ilə, həm nitq axınında samitlərdən saitlərə əksinə, saitlərdən samitlərə artikulyasiya keçidlərinin qavranılması zamanı meydana çıxan çətinliklərlə bağlıdır."

Yenicə işıq üzü görən elmi monoqrafiyanın aktuallığından söhbət açan Ə.Şahidov əlavə etdi ki, iki fərqli dilin heca sisteminin qarşılıqlı müqayisəsi zamanı çox maraqlı faktlar ortaya çıxdı: "Hamı tərəfindən qəbul olunmuş fikir belədir ki, azərbaycanlıları rus tələffüzünə öyrədən zaman mütləq Azərbaycan rus dillərinin  fonoloji sistemlərinin qarşılıqlı münasibətlərinin müqayisəli planda dərindən öyrənilməsinə ehtiyac vardır. Dilin hər bir təbəqəsi kimi fonetika da təkcə konkret dil vahidlərinin toplusu ilə deyil, həmçinin həmin təbəqə üçün vacib olan qanunlarla onların birləşmə qaydaları ilə müəyyən edilir. Deyilənlər tədqiqatın  mövzusunun aktuallığını bir daha sübut edir."

Sonda gələcək planları barədə danışan Əhməd bəy yaxın 1 ayda şeirlər kitabının da çap olunacağını bildirdi. Geniş ictimaiyyətdə daha çox elmi-publisistik yazıları müxtəlif elmi konfranslardakı uğurlu çıxışları ilə tanınan həmsöhbətimiz maraqlı dəstixətti ilə seçilən şeirləri ilə özünə pərəstişkar toplaya bilmişdi. Odur ki, Ə.Şahidovun şeirlər kitabının da oxucular tərəfindən maraqla qarşılacağına ümid edirik.

 

 

 

Təzadlar.- 2010.- 21 dekabr.- S.10.