“Ürəyimi döyə-döyə öldürəcəm”

 

Son günlər nədənsə xatirələr mənə daha çox güc gəlir. Açığı səbəbini heç özüm də bilmirəm. Sadəcə bildiyim bir şey var. O da xatirələrin son dərəcə kövrək, həzin və bir az da insanı kədər notları üzərində kökləmək imkanıdı. Yəni nə qədər şirin xatirə olur olsun, onun sevincli, fərəhli damarının bir şaxəsi də kədərə, nisgilə söykənir. Hökm deyil ki, bu kədər ölüm-itimlə bağlı olsun. Yox, sadəcə, xatirənin özü səni keçmişə aparıb qaytaranda orda qoyub gəldiklərin üçün kədərlənirsən, ürəyin sızıldayır...

Mətbuatprospekti ilə pay-piyada yol gedirdim. Birdən qarşıma çıxdı. Heç ağlıma da gəlməzdi ki, onunla burada qarşılaşaram. Çox mehriban görüşdük. Uşaqlardan, özümüzdən, ötən günlərdən danışdıq. Yanaşı addımlaya-addımlaya yataqxanalara tərəf getdik. Tələbə şəhərciyinin yataqxanaları indi daha çox ailəlilər ünvanını xatrladır. Amma bizim vaxtımızda bu şəhərcik tələbə sevinci ilə, tələbə qayğısı ilə, tələbə gülüşləri ilə, tələbə zarafatları ilə, imtahan həyəcanı ilə dolu olurdu. Nədənsə mən indi onu hiss eləmədim. Bilmirəm, həmsöhbətim, dostum da hiss etdi, yoxsa yox, amma həqiqətən mənim içimdən çox qəribə bir dalğa gəlib keçdi. Elə bil ki, şəhərə hansısa bir şimalmı, cənubmu küləyi həmlə etdi...

3 nömrəli yataqxanada tələbəlik həyatını yaşayırdım. Özü birinci kursun ilk ayları idi. Özümdən yuxarı kursda oxuyan bir oğlanla tanış olmuşdum. Tanışlığımız da sözlə, şeirlə əlaqəli yaranmışdı. Onun əlindəUlduzjurnalının son nömrələrindən biri vardı. Üz tutub baxmaq üçün istədim. Etiraz etmədi. Tələsik jurnalı vərəqləyib başa çıxandan sonra şirin bir təbəssümlə dedi:

isə axtarırdın?

, mən yazılarımı təqdim etmişəm. Söz veriblər ki, çap etsinlərdedim.

Bax, beləcə başladı tanışlığımız. Onun adı indiki kimi yadımdadı. Çünki həm çox görkəmli bir yazıçının adaşı idi, həm Sovet İttifaqı Qəhrəmanı. Yəni Mehdi idi adı. Söhbət əsasında mentalitetimizə uyğun olaraq haralı kimlərdən olduğumuzu da bir-birimizə söylədik. Bax, elə bu məqamda o universitet tələbələri arasında bəlli olan bir şeir söylədi müəllifinin kimliyini bilib-bilmədiyimi məndən soruşdu. Başımı buladım. O da gülümsədi:

Sənin öz kəndçindi, öz eloğlundu. Bizlə birlikdə oxuyurdu. Heyf ki, səni tanış edə bilməyəcəm, o təhsilini Moskvada davam etdirir. Amma adını deyim yadında saxlaBəxtiyar Qaraca!

, yadıma düşdü. Mən bu imzanı o dövrünAzərbaycan gəncləriqəzetində bir neçə dəfə görmüşəm. Şeirlərini oxumuşdum. Ürəyimə yatmışdı. Amma imza mənim üçün bir az qarmaqarışıq gəldi. Çünki mən soraqlayıb onun Bəxtiyar Balakişiyev olduğunu öyrənmişdim. Sən demə, eloğlum artıq Bəxtiyar Qaraca imiş.

Həyat elə gətirdi ki, bizim tanışlığımız universitet illərindən sonraya təsadüf etdi. Mən yazı-pozu ilə əlaqədar tez-tez nəşriyyatlara üz tuturdum. O dövrün çox gözəl cəhətlərindən biri bu idi ki, gənclərin kitab oxumağa, mütaliə etməyə böyük həvəsi var idi. Mən oxuduğum bir çox kitabların tərcüməçisinin, redaktorunun Bəxtiyar Qaraca olduğunu titul vərəqlərində gördükcə ürəyim dağa dönürdü, qürrələnirdim. Zarafat deyildi, balaca bir rayonun balaca bir kəndindən Bakıya-dövlət universitetinə üz tutmuş Bəxtiyar tələbə dostları arasında öz qabiliyyəti ilə, istedadı ilə hamıdan fərqlənmiş artıq ikinci kursda oxuyandaAxundovtəqaüdünə layiq görülmüşdü. Ardınca da oxuduğu filologiya fakültəsinin üçüncü kursundan Moskvaya təhsilini davam etdirməyə göndərilmişdi.

Çox sonralar Bəxtiyar müəllimlə doğma münasibətlərin işığında öyrəndim ki, Moskvada təhsilini başa vurub qayıdandan sonra xoş bir təsadüfdən Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev Həsən Həsənovla görüşə bilib. Belə ki, qəbul imtahanlarının gedişi zamanı ali məktəbləri gəzən ümummilli liderimiz dövlət universitetinə gələrkən həyətdə dayanıb imtahan verən bacısını gözləyən Bəxtiyar Qaraca Əlövsət Ağalarovla da görüşür. Buradakı valideynlərə yaxınlaşan birinci katib onun Əlövsətin əlini sıxır, kimliklərini soruşur. Rusiyada təhsil aldıqlarını biləndə Həsən Həsənova tapşırır ki, sabah bunları qəbul edib problemləri ilə məşğul olarsan. sözarası onu da əlavə edir ki, sizi ölkədən xaricə ona görə oxumağa göndəririk ki, qayıdanda daha böyük dünyagörüşlə, yeniliklərlə cəmiyyətimizi irəli aparasan.

Məhz bu görüşün təsiri ilə qısa bir zamandan sonra Bəxtiyar Qaraca, eləcə Əlövsət Ağalarov nəşriyyatda işə qəbul olundular. Doğrudur, Bəxtiyar Qaraca telejurnalist idi, onun arzusu, marağı televiziyaya səmtlənmişdi. Amma böyüklərin məsləhəti, xeyirxahların tövsiyəsi ilə bir neçə il nəşriyyatda işləyəsi oldu. Həmin illərdə özünün hekayə povestlərini, romanını kitab halında çap etdirdi. Elə bir təccüblü məqam da həmin vaxt ortaya çıxdı. Çoxlarının şair kimi tanıdığı Bəxtiyar Qaraca ortaya nəsr əsərləri qoydu. Sonralar bunun səbəbini soruşanda Bəxtiyar Qaraca o vaxtlar yazdığı heç yerdə çap etdirmədiyi şeiri həzin bir səslə pıçıldamağa başladı.

 

Fələk, bu qarnı tox, qalın adamlar

Başdan ayağacan qarın adamlar

Qoymur bu dünyada yolumu gedim,

Qoymur söz söyləyim, ümid eləyim...

Fələk, bu özündən razı adamlar

Toyda da, yasda da hazır adamlar.

Bu nazir adamlar, qazil adamlar,

Mənə gül verdilər, gün vermədilər...

Dedim:bu dünyanın yolun göstərin,

Gedib son ucuna çıxım ağlayım

Bu boyda şəhərdə mənə yer verin,

Bir qızın üzünə baxım ağlayım...

Allahın göyləri qaldı günəşə,

Gecəni ay çalıb, ulduzlar udub...

Gedim üz söykəyim tut ağacına

Onu da ağacın kölgəsi tutub...

Mənə bu dünyanın dərdi gərəkməz

Gördüm naqisləri, mərdi gərəkməz

Yaxşı , yaman fərqi gərəkməz

Ömrümü-günümü verin aparım...

Qırıb budağını göy çinarların

Qarınlı adamlar gələr üstümə

Kabab döşüyərlər quzu ətindən

Qaçıb sığınaram göy tüstüsünə...

Görən istəyir dəli adamlar

Bu sümük adamlar, dəri adamlar...

 

, məhz sümük adamların, qarınlı adamların at oynatmaları, haqqı nahaqqa vermələri Bəxtiyarı şeirdən, poeziyadan bir addım geri çəkilməyə vadar etdi. Amma əvəzində nəsr-publisistika irəli keçdi. Nəhayət, 1989-cu ildə çoxdan arzuladığı televiziyanın qapıları onun üzünə açıldı. Qısa bir müddətdən sonraGənclikproqramının baş redaktoru, sonra Gənclər İdman nəhayət, Gənclər, İdman Uşaq proqramının baş redaktoru oldu. Bir-birindən maraqlı, bir-birindən baxımlı verilişlərin ssenarisini, layihələrini hazırladı. Çəkilişlərinə, araya-ərsəyə gəlməsinə köməklik göstərdi, iştirakçısı oldu. Həmin illərdə doğma Qarabağa üz tutan, Şuşa televiziyasının yayımlanmasında iştirak edən Bəxtiyar Qaraca demək olar ki, bütün fəaliyyəti boyu hərbi vətənpərvərlik, yurd, ocaq mövzularını işinin qayəsinə çevirdi.

... Bəli, zaman hər şeyi ələkdən keçirir zaman dəyişkən olduğundan ələkdən keçənlərin çoxları ya bir araya gəlirlər, ya da pərən-pərən olurlar. 1957-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində dünyaya gələn Bəxtiyar Qaraca öz həyatı, yaradıcılığı boyu həmişə yerini bildi, lazım olan məqamda sözünü dedi, gərəkli olduğunu işi ilə sübut etdi. Dəxli yoxdur, onu kimlər necə qəbul edir etsin, o öz qələmi ilə, öz istedadı ilə bu söz-sənət dünyasının tapdanmamış bir səmti ilə öz cığırını aça-aça istəklərini gerçəkləşdirmək yolunu tutdu. Onun ssenarisi əsasında kinorejissor Vaqif MustafayevYerlə göy arasındabədii filmini çəkdi. Şeirlərinə çoxsaylı mahnılar yazıldı bu gün yazılmaqdadır. İndi müstəqil studiya yaradıb müxtəlif layihələri, daha çox isə Qarabağla, torpaqla bağlı məqamları gerçəkləşdirir. bir təmənnası, kiməsə yarınmağı yoxdur. Çünki o, şeirlərinin birində yazıb ki, “Ürəyimi döyə-döyə öldürəcəm”...

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Təzadlar.- 2010.- 20 mart.- S.14.