Sultan bəy - türk dünyasının qəhrəman oğlu

 

Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndində) anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra Gəncə şəhərində gimnaziyada orta təhsilini tamamlayaraq, o dövrün ən mükəmməl məktəblərindən olan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olmuşdur. Lakin naməlum səbəblərə görə məktəbi bitirməmiş o, doğma kəndinə qayıtmışdır.

Təkcə bir faktla - 1905-1906-cı 1918-1919-cu illərin erməni-müsəlman hadisələrində Sultan bəyin necə bir sücaət göstərdiyini aydın görmək olar.

1919-cu ilin fevral ayında Sultan bəy Laçının Zabux dərəsində Andronikin təxminən 30 minlik daşnak ordusunu darmadağın etmiş, bununla da Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdir. Bundan sonra Zabux dərəsi "Qanlı dərə" adlandırılmışdır.

Sultan bəy onun qardaşı - Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur Qarabağın deyil, Kəlbəcər, Basarkeçər digər ərazilərimizin erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olmuşdur.

Hələ sağlığında əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəy çox təəssüf ki, sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşamışdır. Mühacirət həyatının ilk illərində İranda olmuş, lakin sonralar Sovet imperiyasının göndərdiyi cəsuslar tərəfindən təqib olunduğundan 1923-cü ildə Türkiyəyə keçmişdir. Sultan bəy 1955-ci ildə Türkiyənin Qars vilayətinin Köçqoy kəndində vəfat etmişdir. Sultan bəy mühacirətdə olarkən ailəsi müsibətlərlə qarşılaşmış, 1937-ci ildə həyat yoldaşı, 3 oğlu bir qızı Qazaxıstana sürgün edilmişdir. Onlar 1956-cı ilədək sürgün həyatı yaşayırlar.

Bu gün bütöv Azərbaycan gəncləri Sultan bəylə qardaşı Xosrov bəy haqqında nələr bilirlər?

Bizim qəribə xasiyyətimiz var. Bəzən yaxşıları qoyub yamanları öymüşük, günahkarı qoyub günahsızı döymüşük. Fillə çaqqalın, qartalla kor yapalağın, igidlə namərdin fərqinə varmadan hansı sarsağınsa dediyinə "bəli" deyib, əl çalmışıq. Əl çala-çala da alçalmışıq. Öz fikrimizə, ağlımıza şübhəylə yanaşmağımız ucbatından başımıza müsibətlər gəlib. Arxalı köpəyin qurd basmasına, bayquş ulamasına, cibin vızıltısına, sabun köpüyünün möcüzələrinə təriflər uyduran biz deyilikmi? Harada ki, xalqımnızın xeyrinə yaxşı bir görəni milliyətinə görə (türkə, ərəbə, farsa, tata, talışa, kürdə, ləzgiyə, avara s.) ayıraraq parçalamaq vərdişindən çəkinməmişik. Gördüyünü deməyənə kor, eşitdiyini qulaqardına vurana kar, danışmayana isə lal deməmişik. Gələcək nəsillərə ulularımızdan örnək olacaq qeyrət dərsi keçməkdənsə, əcnəbi oyuncaqlarını kompüterlərdə yerləşdirib, telekanallarda bazar verilişləri, mənəvi əxlaqımıza zidd olan evləndirmə proqramları nümayiş etdirərək, üstəlik bununla öyünürük. Belə verilişlərlə baş qarışdırmaqdansa, igidliyi, adı-sanı bütün dünyanı dolaşan Sultan bəy kimi tarixi şəxsiyyətlər haqqında verilişlər hazırlansa, itirmiş olaraq? Belə yerdə böyük şairimiz M.Ə.Sabir deyib:

 

Kim deyər bizdə olan qeyrətə

 

Yaxud xalq şairi S.Vurğun yazıb:

 

yaradır, qurur,

Yaradana ağız burur.

 

İndiyədək oxuduğum kitablarda, qəzet jurnallarda çox az toxunulan xalq qəhrəmanlarından biri Sultan bəy olub. Qaniçən ermənilərin vəhşiliklərinə misilsiz əzmkarlığı ilə cavab verən Sultan bəy haqqında niyə layiqli bir kitab, bir film, bit dastan yaradılmayıb. Görəsən, Sultan bəyə onun qardaşı Xosrov bəyə qarşı qısqanclıqğın səbəbi nədir?

İyirmi ildən çox vaxt keçir ki, müstəqil demokratik bir dövlət kimi tanınırıq. Elə isə nədəndi ki, Sultan bəy qardaşı Xosrov bəy haqqında əməli bir görülməyib? Sultan bəy haqqında ağsaqqalların dediyi beş-altı kəlmə deyil, onunla bağlı ciddi görülməlidir. Stepan Şaumyanla Andranikin Gəncədə onun ətrafındakı rayon kəndləri, Qarabağı Azərbaycanın digər bölgələrini ələ keçirib "vahid erməni dövləti"ni yaratmaq arzularını gözündə qoyan Sultan bəylə qardaşı Xosrov bəy deyildimi? Bu gün yüzlərlə Sultan bəylərin, Xosrov bəylərin keçdiyi qəhrəmanlıq yolunu təbliğ etməklə, yeni-yeni Sultan bəy Xosrov bəyləri yetirə bilmərikmi? Bu gün Babəki, Koroğlunu, Nəbini, Həzi Aslanovu digərlərini ermənilər rişxəndlə başımıza qaxırlar. Amma Sultan bəyin adını eşitcək, belə bir qəhrəmanın yenidə zühur olmasından qorxurlar. Rusiyanın köməkliyi ilə qəsbkarlıqla əldə etdikləri Qarabağın qələbəsini əldə bayraq edirlər. Amma Sultan bəyin adını çəkəndə bu gün qorxudan ermənilərin bədəni lərzəyə düşür.

Sultan bəylə qardaşı Xosrov bəyə elə bir əzəmətli heykəl ucaltmaq, kitablar yazmaq, sənədli, bədii film çəkmək lazımdır ki, gənc nəsil fəxrlə desin ki, bu babalar Azərbaycanımızın xilaskarıdır. Ermənilər uşaqlarına öyrədirlər ki, al bu tapancanı türkə tuşla, türk bizim düşmənimizdir.

Bəs bizim balalarımız ermənilərin atasına od vuran Sultan bəy onun qardaşı Xosrov bəylə niyə öyünməsin?

Hörmətli oxucu, mən aşağıda təqdim edəcəyim şeiri 1989-cu ildə ustadım Mikayıl Azaflının, atam Hüseyn Hüseynovun, Aşıq Əkbər Cəfərovun danışdıqlarından sonra yazmışdım. Doğrudan da belə möhtəşəm, qorxmaz, təəssübkeş, torpaqcanlı, insancanlı, ağıllı kişilər haqqında dastan yazmağa məcbur oldum. Məlumata görə, Sultan bəy olduqca böyük əzəmətli kişilərdən biri olub. Necə ki, şeirlərimdə təsvir etmişəm.

 

Hünərdə, qeyrətdə şahdı, soltandı,

Misilsiz kişiymiş Sultan bəyimiz.

Başqa bir aləmdi, başqa bir candı,

Qənirsiz kişiymiş Sultan bəyimiz.

 

Belələri az-az gəlir cahana,

Bənzəyir kür təki coşub, axana,

Halaldı igid tək məğrur baxana,

Əvəzsiz kişiymiş Sultan bəyimiz.

 

Kim keçərdi, o keçilməz yolları,

Bətən deyə açılardı qolları,

Məhərrəm axtarır pürkamalları,

Bənzərsiz kişiymiş Sultan bəyimiz.

 

Soltan bəyin mənalı ömrü anlarla xatırlanası anılası ömürdür.O bir qeyrət qalası kimi gözümüzdə,könlümüzdə heykəlləşmişlərdəndir. Öz ölməzliyini əməlləri ilə sübut edən xalq qəhrəmanımız haqqında bir şeir belədir.

 

Sultan bəyin bircə anlıq ömrünü

Yüz il, min il ömr edənə vermərəm.

Səcda qılıb çevirərəm yönümü,

çürük cana, boş bədənə vermərəm.

 

Sinəmizə dağ çəkəni dağlayıb,

Bərə-bəndi yeddi yerdən bağlayıb,

Dəli kür tək haray salıb çağlayıb,

Yol azana, hər yetənə vermərəm.

 

Söylə var yuxu görüb yozmağa,

Özümüzün ayağından qazmağa,

Tələsirik yad-yaltaqdan yazmağa,

Nəfsin qulu, cib güdənə vermərəm.

 

Ulu babam, qüdrətinə vurğunam,

Xoş ətirli söhbətinəm, sorğunam.

Məhərrəməm, haqq gəzənlə yorğunam,

Qanqal sayaq dik bitənə vermərəm.

 

 

Məhərrəm Hüseynli,

aşıq, şair, publisist

 

Təzadlar.- 2011.- 14-18 iyun.- S.14.