Sehirli xalat

 

(Hekayə)

 

 Allahın adı ilə!

- Rəşiiiid!!! Uşaqlar, Rəşid qayıtdı...

- Urraaaa!.. Rəşid qayıtdı...

- Rəşid qayıtdı uşaqlar...

 

Şənliyin ortalarında  Rəşid qoltuğunda sehirli xalat- hamını təəccübləndirdi. Hamı bir-birinə onun gəldiyini xəbər verdi. Bu əsnada məktəbin tərbiyəvi işlər üzrə direktor müavini Mövsüm müəllim sinif otağına daxil oldu.

 

- Uşaqlar, bu nə səs-küydür?

- Rəşid qayıtdı, Mövsüm müəllim!

- Rəşid, gəldinmi?

- Bəli, Mövsüm müəllim.

- Danış görək, nələr gördün oralarda.

 

- Sizin şənliyə gətirdiyiniz sehirbazın verdiyi bu sehirli xalatı əynimə geyinib, öyrətdiyi sehirli sözləri oxuyub keçmişə qayıtdım. Gözümü açıb gördüm ki, çox qərib bir yerdəyəm.

- Aha, maraqlıdır...

- Bir də gördüm ki, meydanda hazır olmuşam. Qadınlar çadrada, çarşabda gəzirlər. Mənim nənəm də, elə gəzərdi. Amma bilmədim neçənci əsrdir. Küçədə kişilər əbada, başlarında  sarğı ilə, üzləri saqqallı gəzirdi, arvadlar isə çarşabda. Hətta, cavan qızlar belə, başlarında örpəklə gəzirdilər. Ağsaqqal bir kişidən soruşdum ki, bura haradır? Dedi ki; bala, bura İrandır. Dedim: indi neçənci əsrdir ki, siz kişilər belə geyinirsiniz, qadınlar isə çarşabdadır? Dedi: sən məgər, bilmirsən, indi 14-cü əsrdir. Dedim: 14? Dedi: bəli. Sonra mənə dedi ki; sən haradan gəlmisən, buranın camaatına oxşamırsan axı? Ona heç nə deməyib yanından ayrıldım. Yaxınlıqda bir qələbəlik var idi. Ora yaxınlışdım, bir adamı asıb öldürmək istəyirdilər. İzdihamın içinə girib bir kişidən soruşdum: Onlar bu oğlana neyləyəcəklər? Dedi: asacaqlar. Dedim: niyə, məgər, o insan deyil, məgər, onun yaşamaq haqqı yoxdur? Məgər, 21-ci əsrdə insan asırlar, axı, tərəqqi, texnologiya, kosmos-kompyuter, qloballaşma-svilizasiyalar əsridir indi... Dedi: nə 21-ci əsr? İndi 14-cü əsrdir. Bir anlıq yadıma düşdü ki, mən keçmişə, 14-cü əsrə qayıtmışam. Dedim: o yazıq deyil, o neyləyib ki? Bəs uşaqları yoxdur onun? Balaları yetim qalmaz? Dedi: onun öldürdüyü insan səncə yazıq deyildi? Onun balaları yox idi, yetim qalmadı? Dedim: bəs, bu ölsə, balalarına kim baxacaq? Dedi: dövlət baxacaq, özünə kim baxırdısa, balalarına o baxacaq.

Oradan ayrıldım. öz-özümə gileyləndim ki, nə qədər geri qalıblar. Kişilərinin müasir "cillet"i yoxdur, hamı saqqalladır. Qadınları çarşabdadır, hətta cavan qızları belə, qara çarşab geyinirlər, bunların müasir geyimləri yoxdur. O cavanı asmalarını da, qınamadım, çünki orada 14-cü əsr idi, geridə idilər. Hələ, insan hüquq və haqları nədir, bilmirdilər.

Bir məkana yaxınlaşdım. Bir izdiham var idi. Bir saqqallı kişi nəsə danışırdı. Anlamırdım nə dediyini. Ətrafına isə fərqli geyimdə- kostyumda bir neçə nəfər adam yığışmışdı. Amma bizim kimi qalstuk, bantikləri yox idi. Bir nəfərdən soruşdum ki; bunlar kimdir, niyə yığılıblar bura? Dedi: o, gördüyün danışan kişi ölkə başçısıdır. Sonra məndən niyə onu tanımadığımı soruşdu. Dediyinə görə, onu bütün dünya tanıyır. Dedim: bu izdiham niyə bura gəlib? Dedi ki; elmi-texniki tərəqqi və inkişaf haqqında danışırlar. Dedim: burda nə inkişaf? Dedi: Sən nə danışırsan? Biz son illərdə elmi-texniki tərəqqiyə nail olmuşuq. Dedim: məsələn? Dedi: məsələn, nüvə sahəsində bir çox nailiyyətlərimiz var, aerokosmik sahədə 5 yeni proyektimizin  təqdimetmə mərasimini keçirtdik. Bizim dəyərli alimlərimiz "Tolu" və "Misbah2" süni peykini, tələbə araşdırmaları üçün nəzərdə tutulmuş "Mehdi" süni peykini və "Simurq" raket-daşıyıcısının mühərrikini ictimaiyyətə təqdim etdilər. Bu dəqiqə ABŞ və İsrail kimi güclü dövlətlər, həmçinin Avropa bizim sərvətlərimizdən öz xeyrinə istifadə edə bilmədiyi üçün, bizim ayaqda durmağımızı, inkişafımızı gözü götürmür. Sanksiyalar tədbiq edir, hədə-qorxu gəlir, bizi təkləyir, amma yenə də, məğlub edə bilmir. Bizim tibb sahəsində də elmi nailiyyətlərimiz var. Hətta Avropa ölkələrindən, Amerikanın özündən belə, buraya müalicə üçün gəlirlər. Paytaxt Tehranda ölkə başçımızın və Səhiyyə və Tibbi Təhsil Nazirimizin iştirakı ilə İranda yaradılmış cərrahlıq əməliyyatını kompüter idarəetmə sisteminin açılışı oldu. Prezidentimiz distansion- uzaq məsafədən idarə olunan cərrahiyyə robot sisteminə, Laparskopiya cərrahiyyəsində cərrah assisenti robotuna, həmçinin əlin reabilitasiyası robotuna, optik skaynerə, ¸Ekostik Amişen Analizer" cihazına və nanoskop STN cihazına baxış keçirtdi. İki il əvvəl cənab prezidentimizin iştirakı ilə 147 min tutuma malik olan ən iri və modern aliminium zavodunun açılış mərasimi oldu. Həmin ildə "Misbah-2", "Tulu" və "Navid" peyklərinin təqdimati oldu,  Milli kosmos gününə həsr olunmuş tədbirdə prezidentimiz də iştirak etdi. Ondan əvvəl "ümid" adlı ilk peykimizi yerətrafı orbitə buraxdıq. Ötən il 4 yeni peykimizi - "Fəcr", "Zəfər", "Rəsəd" ve "Əmir Kəbir-1"buraxdıq. İran donanması səsdən 3 qat sürətli "Bəsrə Körfəz" adlı raketin sınağını keçirdi. Yeni "Qiyam1" raketini sınaqdan keçirtdik. Bizim "Şahab3" raketlərimiz var ki, malik olduğumuz ən mükəmməl raket hesab olunur. Bu raketlərlə 2 min kilometr məsafədə yerləşən hədəfi vurmaq mümkündür. Həmçinin 200 kilometr vurma məsafəsi olan "Fateh" və 150 kilometr vurma məsafəsi olan "Tondar" raketlərini də uğurla sınaqdan çıxartmışıq. Dedim: Siz nə üçün insanı edam edirsiniz? Dedi: inancımız belə buyurur ki, edam cəzasına layiq olanları edam etmək lazımdır. İllər keçsə də, bu müqəddəs-ilahi qanunlar hər əsr üçün yenidir. Sən də, öz müqəddəs dəyərlərindən dönməzsən, eləmi? Təsdiq elədim. Sonra mənə çıxışa qulaq asmağımızı təklif etdi.

- Xahiş edirəm, ölkə başçısının nə dediyini mənə deyəsən.

- O deyir ki, istənilən xarici təhdidə hazırdırlar və buna qarşı çıxmaq üçün heç nədən çəkinməyəcəklər. Bir də deyir ki, İranın digər dövlətlərin beynəlxalq suverenlik və əsas hüquqlarına hörmətlə yanaşır və digər ölkələr də İranın bu dəyərlərinə hörmətlə yanaşmalıdır.

- Maraqlıdır, - deyə, Mövsüm müəllim dilləndi.

- Mövsüm müəllim, sonra mən gələcəyə aparan sehirli sözləri oxuyub gələcəyə getdim.

- Orda nə gördün?

- Bir tədbir var idi.

- Orada insanlar necə geyinmişdilər?

- Orada bir nəfərdən soruşdum ki, bura haradır? Dedi: Türkiyədir, bilmirsən məgər? Dedim: neçənci əsrdir? Dedi: 21-ci əsrdir. Həqiqətən belə idi. Orada camaat kostyumda, qalstukda idi. Qadınlarının içində elələri var idi ki, açıq-saçıq geyinmişdilər, çarşabları yox idi. Dedim: bu nə tədbirdir? O kişi dedi ki: Elmi və Texnoloji Ali Şuranın toplantısıdır. Sonra səs salmamağımı və nitq söyləyənə qulaq asmağımı xahiş elədi. Dedim: o danışan kimdir? Dedi: Türkiyənin baş naziridir. Qulaq asdım onun çıxışına. O, belə deyirdi: "Qonşumuz İran 2000-2500 kilometr mənzilli raketlər hazırladı. Toplantıların birində komandanlarımızdan bizim raketlərimizin mənzilinin nə qədər olduğunu soruşdum. "Ən çox 150 kilometr" dedilər. Bu olmaz. Bunu inkişaf etdirməyimiz lazımdır"

Daha sonra Rəşid üzünü Mövsüm müəllimə tutub dedi:

- Mövsüm müəllim, mən gördüm ki, İranda 14-cü əsr, Türkiyədə 21-ci əsr, İranda hicri təqvimi, Türkiyədə miladi təqvimi, İran dini, Türkiyə dünyəvi dövlət olmasına baxmayaraq İran daha çox inkişaf edib.

- Bəli Rəşid, icazə ver, sənin dediklərinə əlavə edim. Türkiyədə dini dövlətin ləğv olunub dünyəvi dövlətin bərqərar olmasına və İranda dünyəvi dövlətin süquta uğrayıb dini dövlətin təsis edilməsinə baxmayaraq, Türkiyədəki indiki- dünyəvi dövlətin 89 il yaşı, İrandakı indiki-dini dövlətin isə 33 yaşı olmasına baxmayaraq, İran daha çox inkişaf edib, nəinki Türkiyə. Deməli, nə çarşab, nə əmmamə, nə əba, nə saqqal, nə dini cəzalar insanı inkişafdan saxlaya bilməz, müasirliyin qarşısına ala bilməz. çünki müasirlik elmlə mümkün olur. Eləcə də, dinin ləğv və rədd edilməsi bir xalqı, dövləti inkişafa apara bilməz. İnkişaf geyimlə, tərzlə deyil, elmlə, oxumaqladır əziz balalar. Ona görə də, sizlər də oxuyun, sizlər də bu ölkəni inkişafa aparın.

Mövsüm müəllimin bu sözləri şagirdlərin inkişaf barəsində olan yanlış təsəvvürlərini dəyişdi. Daha sonra Rəşid uşaqlara orada gördüyü başqa maraqlı, yaddaqalan hadisələrdən danışdı...

 

 

Qasımbala Səfərov

 

Təzadlar.- 2012.- 26 aprel.- S.15.