Akademik Milli Dram Teatrında yazıçı Elçinin əsəri ilə bağlı qalmaqal yaranıb

 

Səbəbi göstərilmədən baş roldan çıxarılan aktyor ərizə yazaraq işdən çıxıb

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 ildir aktyor vəzifəsində çalışan, bir çox tamaşalarda rol alan İlyas Əhmədov teatrdan işdən çıxıb.

APA-ya daxil olan məlumata görə, aktyorun teatrdan uzaqlaşmasının səbəbi baş nazirin müavini Elçin Əfəndiyevin pyesi əsasında, Mehriban Ələkbərzadənin rejissorluğu ilə hazırlananQatiltamaşası ilə bağlı olub. Belə ki, sözügedən tamaşada müvafiq rola təsdiqlənən məşqlərə gələn İlyas Əhmədov səbəbsiz şəkildə roldan çıxarılıb bu hal aktyora pis təsir edib. Bundan sonra aktyor haqsızlığa uğradığını səbəb göstərərək işdən çıxmaqla bağlı ərizə yazıb ərizəsi teatrın direktoru İsrafil İsrafilov tərəfindən imzalanıb.

 

İsrafil İsrafilov: “Hansısa aktyor ya əməkdaş ərizə yazıb işdən getmək istəyirsə, onun tələbi təmin olunur

 

Teatrın rəhbəri İsrafil İsrafilov APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirib ki, aktyor öz ərizəsi ilə işdən uzaqlaşıb. Aktyorun işdən çıxmaqla bağlı ərizəsinə imza atan İ.İsrafilov bu məsələ ilə bağlı rejissor Mehriban Ələkbərzadə ilə əlaqə saxlamağı da məsləhət görüb. O, aktyorun işdən çıxma səbəbi haqqında məlumatsız olduğunu qeyd edib: “Hansısa bir aktyor ya əməkdaş ərizə yazıb işdən getmək istəyirsə, onun tələbi təmin olunur. Bu qanuni haldır qeyri-qanuni heç yoxdur. Kimisə döyüb, sıxıntıya salıb, təhqir edib burdan qovan yoxdur. Aktyor əgər ərizə yazıb gedirsə, bu təbii bir haldır. Mehriban Ələkbərzadə sağdır, ondan aktyor rejissor münasibətlərini öyrənə bilərsiniz”.

 

Akademik Milli Dram Teatrından işdən çıxan aktyor: “Bir ay boyunca məşq etdim, dörd serialdan imtina etdim, çörəyimdən oldum

 

Aktyor İlyas Əhmədov APA-ya açıqlamasında həqiqətən teatrdan öz ərizəsi ilə çıxdığını təsdiqləyib bunun səbəblərinə aydınlıq gətirib. Aktyor bildirib ki, o, “Qatiltamaşasında baş rola təsdiqlənib, lakin hansı səbəblə roldan çıxarılmasının səbəbi belə özünə deyilməyib: “Adamı yandıran odur ki, səbəbsiz olaraq məni o roldan kənarlaşdırdı. Bir ay “ay direktor, ay filankəsdeyib səbəbini demələri üçün arxalarınca düşdüm. Dedim ki, səbəbini rəsmi olaraq yazın ki, “bu aktyor məni qane etmədi”. Mənə heç bir səbəb gətirmədən, halbuki məşqlərin heç birində mənə bir dəfə olsunalınmırsözü belə deməyib. Bizim truppa müdiri Elnura deyib ki, İlyasda problem yoxdur. Yaxşı, problem yoxdur, o zaman səbəbini açıqlayın. Əmrdə adım da yazılıb ki, İlyas Əhmədov Kişi rolunda çıxış edəcək. Çağırmaq demək lazım idi ki, İlyas, bu səbəblərə görə mən səni məşqdən azad edirəm. Bu, mənə qarşı hörmətsizlik oldu. Mən hətta direktorun yanına qalxdım, o da dedi ki, “bəli, rejissoru çağırın rəsmi olaraq yazsın ki, nəyə görə İlyası biz roldan uzaqlaşdırırıq”. Bir həftə, on gün gözlədim gördüm ki, mənim hisslərimlə oynanılır, səbrim tükəndi ərizəmi yazdım. Ərizədə teatrdan çıxmağımın səbəbini yazdım”.

Aktyor bildirib ki, teatrın direktoru İ.İsrafilov onun yanında zəng edərək “o xanıma deyin ki, əhval-ruhiyyə ilə aktyor seçmək olmazsöyləyib, amma yenə nəticəsiz olub: “Səbəbsiz olması heç bir səbəb gətirilməməsi mənə təsir edir. Bir ay boyunca məşq etdim, dörd serialdan imtina etdim çörəyimdən oldum. Axı bu real deyil. Mehriban Ələkbərzadəyə sübut etdim ki, hər şeyi siz istədiyiniz kimi həll etmirsiniz. Mənim öz şərəfim, hörmətim var. Aktyorun ürəyi zərifdir, həssasdır, tez inciyir, onu sındırmaq lazım deyil. Onsuz da aktyor Azərbaycanda ən bədbəxt bir insandır. Onlar mənim hisslərimlə oynadılar. Teatrda belə heç kim işdən çıxmağımın səbəbini bilmir. İlk dəfədir bunu sizə danışıram. Mənim dayım var, tapşıran adamım var, biznesmen deyiləm. O teatrda Qvazimoda, Fətulla bəy, “Uçqun”da baş rol oynamışam. Bəs bunlar hara getdi? 10 il mən o teatrda işləmişəm bir anda hər şey silinib getdi. Siyavuş Aslan, Yaşar Nuri, Kamal Xudaverdiyev, Telman Adıgözəlov, Sevil Xəlilova getdi, onlar heç yada salınmır. Mən kiməm? Cəmi 10 il işləmişəm. Dostum Səbuhi Məmmədov 23 il işlədi iki ay bundan əvvəl ərizəsini yazıb işdən çıxdı. Elə bil heç belə adamlar da yoxdur. Mən o zaman Mədəniyyət İncəsənət Universitetini hədər yerə oxudum. Hamısından iyrənmişəm, heç kimə nəticəsi olmayan müraciətlər etməyəcəm”.

İ.Əhmədov deyib ki, “Qatiltamaşasının məşqinə çox həvəslə gəlib, hətta rejissordan tez: “Axı mən dördüncü məşqdə artıq teksti yerə atmışdım, hətta qızın da sözlərini bilirdim. oldu bəs axırı? Oturub düşünürəm ki, bəlkə nəsə olub, amma heç olmayıb. Akademik Milli Dram Teatrında elə fikir yaranıb ki, aktyorlar rejissordan asılıdır. Niyə, rejissor bizdən asılıdır. Mən öz istedadıma güvənirəmsə, rejissordan asılacağım ola bilər? O, artıq Milli Dram Teatrındaorda oturmayın, burda oturunsöhbətinə öyrəşib, amma mən bunu etmədim. Mən tələb edirəm ki, səbəbini açıqlasın. Əgər o, düşünsə ki, bir aktyorun taleyi ilə oynadı, o zaman vicdan əzabı çəkəcək...”

 

Mehriban Ələkbərzadə: “Hikməti seçdim düz etdiyimi düşünürəm

 

Qatiltamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə APA-ya açıqlamasında İ.Əhmədovun roldan çıxarılma səbəbinə aydınlıq gətirib. Rejissor bildirib ki, iyun ayında sözügedən tamaşanın məşqlərinə başlayanda hər rola iki aktyor götürülüb: “Bu tamamilə yeni baxış idi. İlyas Hikmət ikisi eyni rola təsdiq olundu. Masa arxası məşqlərdə mən hər gün deyirdim ki, sizin ikinizdən biriniz qalacaqsınız. Burada mənim dublyorla işləməyə zamanım həvəsim yox idi, çünki bir aktyorla işləmək daha rahatdır. Amma bu ikisinin içindən məndə daha çox inam doğuran Hikmət oldu. Mən demirəm ki, İlyas pisdir, o biri daha yaxşıdır. Bu rol üçün lazımi daxili aləmi mən Hikmətdə tapdım. Aktyor içindəki intellekt bazasından istifadə etməlidir. Bu məsələdə Hikməti seçdim düz etdiyimi düşünürəm. Bu, sınaq idi o, sınaqdan keçə bilmədi. Bir ay məşq oldu, bir ay fasilə daha sonra yenidən başladıq. Niyə bu üç ayı yaxınlaşmır premyeraya iki gün qalmış bu məsələni qaldırır? Şəxsi istəklər ola bilər, amma hamı hər şeyi edə bilməz. Yaxşı olardı ki, onlar bir az intellektləri ilə məşğul olardılar, çünki qətiyyən heç oxumurlar, öz üzərlərində işləmirlər. Bunu mən hər bir aktyora məsləhət görürəm”.

RejissorQatiltamaşasında yer alan açıq-saçıq səhnələrin narazılıq doğurması məsələsinə toxunub bildirib ki, bu əsər 12 il bundan əvvəl qoyduğu tamaşadır bərpası adı ilə işlənilib: “Dünən əsərin müəllifi Elçin müəllim tamaşaya baxıb çox bəyənib. Tamaşada sındırılmış stereotiplər var. Aktyor pərdənin arxasında qucaqlaşır, öpüşür. Bu həyatdır, çox amansız həyatdır bu amansız həyatın amansız qanunları var. Tamaşada açıq-səhnələrə etiraz edənlərin 90%-nin həyatda etdiklərini mənim aktyorlarım səhnədə edir bu, əsərin məzmunundan gələn şeydir. Elçin müəllimin baxış zamanı ən çox qiymətləndirdiyi elə bu oldu”.

 

 

Təzadlar.- 2012.- 11 oktyabr.- S.15.