Mənəvi dünyamıza işıq salan kitab

 

Yaxud, dəyərli ziyalımız Hacı Qubad Həsənzadənin "Tanıyaq əhli-beyti" kitabı haqqında bir neçə söz...

Mənəvi dünyamızın tənəzzül etdiyiya Avropalaşdığı indiki dövrdə insanları haqqa və ədalətə səsləmək hər bir ziyalının həm də mənəvi borcudur. Narahatlıq ondadır ki, indi bu haqq birbaşa vəzifəsi olanlar deyil, sadəcə, bu haqqı mənəvi borcu sayan, barmaqla sayıla bilən ziyalılarımız öz çiynində daşıyırlar. Etiraf edək ki, Azərbaycanın çox da uzaq olmayan ötən tarixibunu sübut edib.

Neçə gün əvvəl ilahiyyətçi-ziyalımız, şair təbli Hacı Qubad Həsənzadənin "Tanıyaq əhli-beyti" adlı kitabı ilə tanış oldum. Kitabda diqqəti çəkən məqam ondan ibarətdir ki, Həzrəti Peyğəmbər(s)-in Əhli-Beyti şeirpoeziya dili ilə vəsf olunur.

Onu da deyim ki, Hacı Qubad Qarabağ bölgəsində xeyirxahlığı ilə diqqəti çəkir, seçilir. O, məcburi köçkün camaatın yas mərasimlərində yaxından iştirak edən din-islam bilicisi kimi də özünə hörmət qazandırıb, hamıya mənəvi dayaqlığı ilə xətir sahibidir. O, özünəməxsus ürək açıqlığı, Azərbaycanın çağdaş problemlərinə, xüsusən də Qarabağ probleminin 20 illik aqibətinə öz baxışları olan ziyalıdır. Onunla ünsiyyətə qədər hansı qəlbə malik olmasını duymaq çətindir. Sadəliyi və diqqətcilliyi ilə ünsiyyətə körpü salan Hacı Qubadın kitabını vərəqlədikcə elə onun hansı dünyagörüşə və ürəyə, mənəvi qəlb aləminə  malikliyi bəlli olur.

Kitabda dəyərli ziyalıların ürək sözləri və xeyir-duaları da yer alıb. Hacı Novruz deyir:

- Hacı Qubad Allahın sevdiyi və seçdiyi insanlardan biridir. O, Əhli-Beyt vilayətindən qidalananbu vilayətə sadiq bir mömindir.

Hacı, İlahi tərəfindən ona verilən geniş təfəkkürü və mükəmməl zəkası ilə, öz düşüncə və fikirlərini, çox gözəl məntiqlə dinləyicilərinə və oxucularına çatdırmağı bacarır. O, öz şeirlərində Şeyx NizamiŞeyx Füzulini örnək tutur. Hacı az bir müddətdə İslamı və xüsusilə Əhli-Beyti sevənlər üçün çox zəhmətlər çəkib. Onun uşaqlar və yeniyetmələr üçün dərs verdiyi mədrəsə, həm də böyüklər üçün ədəb, mərifət və elm ocağı olub.

Hacını tanıyanlar onu bu dövrzaman üçün Allahın verdiyi bir ruzi və nemət kimi qəbul edirlər.

Allah bu ruzi və neməti bizə çox görməsin. Hacı Qubadın yazdığı şeirlərdən görünür ki, o yüksək səviyyədə haqqı batildən seçən, nadir insanlardan biridir. Həmçinin onun yazdığı şeirlər geniş məna və məntiqilə, müəllifinin necə əhatəli bir insan olduğunu tam mənada öz oxucusuna çatdırır və anladır.

İlahidən, bundan sonra da mən Hacıya öz işində və yaradıcılığında müvəffəqiyyət və uğurlar diləyirəm. Allah ondan razı olsun.

Dünya şöhrətli alim Rafiq Əliyevin "XALQ ADAMI" adlı yazısı isə Hacı Qubad dünyasına verilən ən yüksək dəyərlərdən biri kimidir. Professor R.Əliyev yazır:

- Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən belə adamlar ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. öz alicənablığı və təvazökarlığı ilə seçilən, xalq adamı, Allah adamı kimi Qubad Həsənzadə də məhz bu cür hörmətə layiq olan insandır.

Qədim yunan filosofu Sokratın məşhur kəlamı var: "Əgər söz çatmırsa, dəyənək də kömək etməz". Bu həqiqətə əsaslanaraq deyə bilərik ki, ən güclü silah yaxşı sözdür. Bacarıqlı natiq Hacı Qubad sözün imkanlarından, fikrin sehrindən məharətlə istifadə edir. Onun üçün insanı dəyişdirən, fəallaşdıran, cilalayan və qiymətli edən əsaslı sözdür, məzmunu aydın olan, məntiqli fikirdir. O, söz közündən fikir tonqalı alışdıra bilənlərdəndir.

Onun başlıca qayəsi Allah-təalanın verdiyi bütün ömrünü islamın, Quranın və bunları bizə gətirmiş olan Peyğəmbər (s) və onun Əhli-Beytini daha dərindən öyrənməyə çalışmaq və bu vacib həqiqətlərixalqa çatdırmaqdır.

Alimlər, ziyalılar və dindarlar cəmiyyətin seçilmiş təbəqəsidir. Alimlərin imanlı, dindarların elmli əxlaqı arzuolunandır. Hacı Qubadın elmi, əxlaqı Qurani-Kərimdən, bu bulaqdan su içən dahi Nazamidən və Füzuli hikmətlərindən, Əxlaqi Nasirdən, bütövlükdə şərq və islam mənblərindən qaynaqlanır. İnsanların saatlarla onun sözlərinə, nəsihətlərinə, müdrik söhbətlərinə necə aludə olduğunun dəfələrlə şahidi olmuşam.

Elmi, ruhaniliyi, Tanrıya böyük sevgisi olan bu adamda eyni zamanda böyük insanlıq görmüşəm.

Əzizim Qubad! Siz Azərbaycanımıza lazımsınız, amma arzum budur ki, tezliklə Qarabağda, Ağdamda, Abdal, Gülablıda və Novruzluda görüşək!

Kitabda daha bir məqam diqqətimi çəkdi. Hacı Qubad ölkəiçi problemlərin həllini başqa ünvanda və müstəvidə axtaranlara da mesaj göndərib və "...Gər özümüz düzəlsək" adlı şeirində yazır:

 

 

"...GƏR ÖZÜMÜZ DÜZƏLSƏK"

 

(Səha əhlinə belə buyrulmuşdur:) "Rəbbi-nizin ruzisindən yeyin və Ona şükr edin. (Yıırdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir! Lakin onlar (itaətimizdən) iiz döndərdilər. Biz də üstlərinə ərim (bəndinin) selini göndərdik... Onları nankorluqlarına gör belə cəzalandırdıq". Səba-15,16, 17

 

Hey deyirik həyatımız nədən qeylü-qaldadır,

Torpağımız kafər əldə dübarə işğaldadır.

Biz necə doğru dindəyik, həq necə İslamladır?

Eşit, sadə cavabı var, gör nə həyati gerçək,

Müşkülatımız düzələr, gər özümüz düzəlsək.

 

Quran oxu, bizlərə ibrətləri etmiş bəyan,

Küfr edən ümmətləri gör, Rəbb necə etmiş talan

Ötmüş əsrlər, bu günsə bizlərə yetmiş zaman,

Müşkül əməldən yaranır baxıb qəlb ilə görsək,

Müşkülatımız düzələr, gər özümüz düzəlsək.

 

Yağmadımı Lut elinə daş necə ünvan ilə?

Qərq edildi Nuhun eli sel-suya tufan ilə.

Ad Səmud qövmü çökdü necə divan ilə,

Tanrı bəyanın oxuyub da ibrət ala bilsək,

Müşkülatımız düzələr, gər özümüz düzəlsək.

 

Hansı qövm bax beləcə küfr edibdi nemətə,

İzzəti əldən gedibdi, düşübdür zəlalətə.

Valiahi biz xəlq sığınıb yalnız O pak qüdrətə,

Küfrümüzü dərk eləyib dinə, vəhdətə gəlsək,

Müşkülatımız düzələr, gər özümüz düzəlsək.

 

Hacı Qubad, ibrət alıb dərk elə dövran nədir,

İbrəti hər dərk edənə, o necə ayanədir.

Quran, Əhli-Beyt bizə tam ibrəti Rəbbanədir,

Bu cütlüyü mizan edib nəfsi hesaba çəksək,

Müşkülatımız düzələr, gər özümüz düzəlsək.

 

Rəbiüs-sani 1428

 

May 2007

 

Nəhayət, Hacı Qubad redaksiyamızın qonağı olanda özünəməxsus təvazökarlıq içində bir şeirini təqdim etdi, dərcini arzuladı. Dünya şöhrətli alim, professor Rafiq Əliyevə həsr olunmuş şeiri dərc etməklə həm Hacı Qubad fəlsəfəsinə bir daha nəzər yetirmək imkanı yaratmış olarıq yəqinki.

Beləliklə, Hacı Qubad "Rafiqim" şeirində deyir:

 

Elm ilə ey yavərim, heyran eylə dünyanı,

çünki elmdir bəşər dərdlərinin dərmanı,

Qoy ziyası elminin fəth eləsin hər yanı,

Ucalt bir övlad kimi, yurdun Azərbaycanı!

Elmin ilə daima yüksələsən Rafiqim!

Könüllərdə dastana çevriləsən Rafiqim!

 

Elm meydanı ümman, bu ümmmanda ər gərək,

Zəkasıyla cəng edən, basılmayan nər gərək,

Çarpış ey vətən oğlu, mərd sənəni gər görək,

Yar yeni yarğanları dünyaya ver dürr görək!

Elmin ilə daima yüksələsən Rafiqim!

Könüllərdə dastana çevriləsən Rafiqim!

 

Arxa, dağ oldun necə nəhəng Lütfizadəyə,

Qoy Xuda versin əcr böylə şərif qayəyə,

Mərhaba, səd mərhaba səntək əsilzadəyə,

Elmi böyük, özüyisə bunca şirin, sadəyə.

Elmin ilə daima yüksələsən Rafiqim!

Könüllərdə dastana çevriləsən Rafiqim!

 

Ruhu şad olsun ulu şeyximiz Nizaminin,

Möhtəşəm Fizulinin, böyük Xudu, Tusinin,

Lütfüdür bu yurduma, gör necə İlahinin

Boş qala qoymur yeri zaman-zaman dahinin

Elmin ilə daima yüksələsən Rafiqim!

Könüllərdə dastana çevriləsən Rafiqim!

 

Hacı Qubad şerilə əhli-elmi vəsf edər,

Bu əhli insanlığa ümdə nicatkar bilər,

Dərk edən insanlığı elmi əhlin sevər,

Yalnız elmlə insan cəhlə çün eylər zəfər.

Elmin ilə daima yüksələsən Rafiqim!

Könüllərdə dastana çevriləsən Rafiqim!

 

2011-1433

 

Elə biz Hacı Qubada professor Rafiq Əliyevin yuxarıdakı arzuları ilə istəklərimizi yetirir, ona Qarabağlı günlər arzulayırıq. Həmçinin Tanrıdan diləyimiz budur ki, onu külli Qarabağ camaatı ilə birgə Qarabağsızlıqdan, Ağdamsızlıqdan... tezliklə xilas eləsin! Amin!!!

 

 

Asif Mərzili

 

Təzadlar.- 2012.- 7 yanvar.- S.10.