Borçalının qədim Ormeşən eli barədə nələri bilirik?

 

Hər bir el-oba onun yetirmələri ilə tanınır və sevilir. Həm də sevdirilir.

İstəkli publisist Əlləz Vəliyevin  müəllifi olduğu "Borçalının qədim Ormeşən eli" adlı  kitabını yüksək dəyərləndirmək olar. Ən azı ona görə ki, müəllif bir daha ulu Borçalı elinin bir kəndinin-oymağının və elinin tarixini tarixə yazıb. Təkcə yazmayıb, həm də onun gələcək nəsillərə ötürülməsi üçün əlindən gələni edib.

Onu da deyim ki, kitabda qədim oğuz-türk yurdu olan Borçalı mahalının Ormeşən kəndi haqqında daha ətraflı məlumat verilməsindən başqa, həm də kəndi bu günə gətirən tanınmış insanların-ziyalıların, ağsaqqal və ağbirçəklərin, onların mənsub olduqları nəslin-kökün tarixi dəqiqliyi ilə qələmə alınıb.

Kitabda Ormeşən kəndi haqqında qısa tarixi-etnoqrafik məlumat, yerli oturaq əhalinin məşğuliyyəti, etniksosial tərkibi, adət-ənənələri, dini görüşləri, memarlıq abidələri, çayları, dağları: Şindi dağı, Şamdüyə, Sərxan, Əyriqar, bu dağlarda bitən müalicəvi bitkilər, dağlarda olan gözəl təbii bulaqlar:  Şır-şır, İlxı bulağı, Nədirin bulağı, Yazılı bulaq, Şamdüyə dağının başında   Südlü bulaq (südə oxşar, təmiz duru olduğuna görə Südlü bulaq adlanır), arxaclar, xalxallar, bərələrvə sairə haqqında məlumatlar yer alıb.

Ormeşən kəndinə aid olan yer adları, kənddə və ətrafında olan bulaqlar, bir sözlə tarixi coğrafiyası təsvir edilmişdir. Ormeşən kəndində yaşayan ağsaqqallar, ağbirçəklər ilk ziyalılardan: Topal Oruç, Ziyəddin Qaralov, Əsəd Rüstəmov, ilk ziyalı qadınlardan: Şahnigar İsmayıl qızı, Qaralova Sinaxanım və başqa ziyalılar haqqında məlumatlar verilmişdir. Ormeşən kəndini Ormeşən kimi tanıdanlardan biri  Bəkir Səməd oğlu Qaralov haqqında, Pedaqoji Elmlər Doktoru Professor Zahid İbrahim oğlu Qaralov, Tarix elmləri namizədi Məmməd Məhəmməd oğlu Vəliyev, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Bəkir oğlu Qaralov, Pedaqoji elmlər namizədi Şaban İbrahim oğlu Qaralov, M.F.Axundov adına rus dili və ədəbiyyatı İnstitutunun baş müəllimi Vəliyev Xəlil Alı oğlu, kənd təsərrüfatı elmləri namizədi Qaralov Ağamalı Məmmədalı oğlubaşqa alimlər haqqında məlumatlar verilmişdir.   İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsinin iştrakçıları, adamları, qulluqçular, Sərkər çobanlar, ustalar, kolxozda-sovxozdabaşqa səhələrdə çalışmış şəxslər haqqında ətraflı məlumatlar verilmişdir.

Bununla bərabər müəllif Ormeşən kəndindən olan nəsillərin hamısının bir-biri ilə sıx qohumluq əlaqəsi olmasını və Ormeşən kəndindən Aşağı Qarabulaq kəndinə köçüb getmiş Ormeşənlilər haqqında məlumatlar çox obyektivreal işıqlandırmışdır. Müəllifin əsas məqsədi Vətəninə, elinə, xalqına, onun füsunkar təbiətinə, ağsaqqallarına, ağbirçəklərinə, ziyalılarına, zəhmətkeş və xeyirxah adamlarına məhəbbət, sevgi dolu hisslərini tarixi mövqedən oxuculara çatdırmaqdır. Müəllif bu kitabı hazırlamaqla çox xeyirxah, qeyrətli, təəssübkeş və uzaqgörən bir görmüşdür. Çünki mən də, o yerlərə bağlı bir adam kimi, kitabı oxuduqca hər şeyi xatırladım.

Kitabı daha da əhəmiyyətli edən məqamlar ondan ibarətdir ki, burada (yəni Ormeşəndə) coğrafi məkan olaraq Ormeşənə ekskurs edilmiş, kənd sakinlərinin mənsubiyyəti və mənşəyinə aydınlıq gətirilmiş, onların mədəniyyəti, adət-ənənələri, məşğuliyyəti tarixixronoloji ardıcıllıqla göstərilmişdir.

Ormeşən orta məktəbinin tarix-ədəbiyyat müəllimi, Maarif əlaçısı Vəliyev Vəli Alı oğlunun kitaba yazdığı "ön söz"də də bu söylədiklərimiz ətraflı qeyd edilib. Elə bu məqamda bir suala cavab vermək lazım gəlir: Borçalı mahalının bu kəndi haqqında dərc olunan bu bilgilər nə dərəcədə əhəmiyyətlidir? Müəllim Əlləz Vəliyev özü bu suala belə cavab verir: "...Ormeşən kəndi və Ormeşən kəndində yaşayan  bütün nəsillər haqqında bu məlumatın verilməsi vacibdir. Ona görə ki, o vaxtkı, Gücüstan hakimiyyətinin 1988-1993-cü illərdə antiazərbaycanlı təbliğatı, milli ayrıseçkilik siyasəti, zorakılıqları, talanları və qeyri-insani hərəkətləri Başkeçid rayonunun başqa kəndləri kimi Ormeşən kənd əhalisinin də əksər hissəsinin əsrlərlə tarixi əraziləri olan dədə-baba yurdlarını tərk etrnəyə məcbur etmişdir. Ormeşən əhalisinin əksər hissəsi köçərək Bakı şəhərində məskunlaşmışdır. Bakı şəhəri böyük olduğuna görə qohumluğun itməməsi üçün bunları bilmək lazımdır. Bununla bərabər gələcək nəsil bilməlidir ki, onların babaları, ulu babaları, qohumları kimlər olmuşdur. Ormeşən  kəndində yad adam yoxdur. Hamı bir-birinə qohumdur. Bu qohumluğu saxlamaq lazımdır! Ona görə də mənim gələcək nəslə tövsiyəm odur ki, onlar bir-birini yaxından tanımalı, bir-birinə hörmətlə yanaşmalı, sıx birləşərək Ormeşən elinin xeyrində-şərinndə və Ormeşən kəndinin yenidən qurulmasında öz köməkliklərini əsirgəməməlidirlər. Bütün Ormeşən eli bilməlidir ki, biz qan qohumuyuq. Bu qan bizi həmişə çağırır..."

Bəli, vətəni vətən-torpaq edən həm də onun tarixinin tarixləşməsi, gələcək nəsillərə ötürülməsidir. Hesab edirik ki, tanınmış publisist Əlləz Vəliyev Borçalı eli qarşısında bu borcunu yerinə yetirməklə Azərbaycanın qədim yurdunun tarixinin tarixləşməsinə doğru daha bir addım atıb. Bütün Borçalı türklərinin bu kitabdan yararlanması və keçmişini unutmamaq üçün ordakı bəzi bilgiləri gələcək nəsillərə ötürməsi çox vacibdir.

 

 

E.ŞİRİNOV

 

Təzadlar.- 2012.- 17 yanvar.- S.7.