"Koroğlu qalası"nın sirri

 

 

 

Cəlaləddin Qasımov: "Dağda olanda bir neçə dəfə şəkil çəkdim, amma hər dəfə bu fotolar qeyri-müəyyən səbəblər üçündən fotoaparatımın yaddaşından silinmişdi..."

Bu yaxınlarda Tovuz rayonunda xəzinə aşkar edilib. Rayon mərkəzindən 35 km aralıda yerləşən Baqqallı kəndi yaxınlığında, Qalaboynu ərazisində "Koroğlu qalası" adlanan yüksəklikdə tapılan xəzinənin ətrafı artıq xüsusi mühafizə olunur. Burada araşdırmalara başlandığından kənd sakinlərinin əraziyə giriş-çıxışıtamamilə dayandırılıb. 1800 metr yüksəklikdə yerləşən qalada xəzinə olmasıhaqqında söz-söhbətlər çoxdan yayılsa da, indiyədək buna əhəmiyyət verməyiblər.

"Koroğlu qalası"ndakı tapıntı barədə ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixi romanlar müəllifi Cəlaləddin Qasımov məlumat verib. Belə ki, o,  ölkəmətbuatında çap olunmuş "İlahi varlıq" adlı məqaləsində Tovuzun Baqqallıkəndində qədim tariximizi özündə əks etdirən mağaraya rast gəldiyini yazıb: "Baqqallıda gözümə bir əzəmətli dağ sataşdı. Sanki içimdən bir səs məni o dağa tərəf çəkib apardı. Dağın zirvəsinə qalxmağa başlamışdım ki, daş parçalarından oyulmuş qapıya rast gəldim. Qapının ağzı hörüklə tikilərək bağlanmışdı. Mən orada başqa qapılara da rast gəldim. Düşündüm ki, görünür, dağın içərisindəmağaralar olub, sonradan bu mağaraların ağzı bağlanıb. Mən dağa qalxdıqca digər qədim tikililərə də rast gəldim. O dağ qədim tariximizin izlərini özündə yaşadırdı. Dağın zirvəsində isə ən möhkəm qayaların arasında dərinliyi 6 metrdən artıq olan 3 quyu var idi. Dördüncü quyu isə başqa tərəfdə yerləşirdi və dibi görünmürdü. Bu dağın möcüzəvi quruluşu sanki məni sehrlədiyindən növbəti gün səhərdən-axşama qədər dağın ətrafında dolaşdım, dağın üstündəki qədim tikililərə nəzər yetirdim. Mən orada bir neçə şəkil çəkdirdim. Özlüyümdə qərar verdim ki, bu dağda hiss etdiyim qeyri-adiliyi sonadək öyrənməyə çalışacağam. Gərək olsa, bu işətarixçiləri və digər mütəxəssisləri də cəlb edəcəyəm

Tanınmış yazar Cəlaləddin Qasımovla söhbətimizdə "Koroğlu qala"sının elməbəlli olmayan sirrinə aydınlıq gətirməyə çalışmışıq:

- Siz mətbuatda dərc etdirdiyiniz və ictimaiyyətin marağına səbəb olan məqalənizdə iddia edirsiniz ki, "Koroğlu qala"sının arxasından içəriyə doğru 3 gizli qapı, içəridə saraylar, mağaralar var. Deyirsiz ki, bu qalanın çox sirri var vəonu araşdırmağı təklif etmisiz. Siz o qalada sirri nədə görürsüz? Belədüşünürsünüz ki, bu qapıları indiyə qədər görən olmayıb?

 

 

- Məncə, qalada sirlər təkcə biz düşündüklərimiz deyil... Araşdırılsa, hələ çox möcüzələrin şahidi olacağıq. Mən dağa çıxanda ilk diqqətimi çəkən qapılar oldu.Onlar (örtük daşları) qədim insanlar tərəfindən elə ustalıqla hörülüb ki, kənardan baxanda burada qapı olduğunu müəyyən etmək olmur. Güman ki, qapıların olmasınəzərə çapmasın deyə bu tikililər dağın zirvəsinədək qalxır. Uzaqdan baxan hər kəs, bu qalanın bir çox dağlarda olduğu kimi, müdafiə məqsədi daşıdığını zənn edər.

Onu da deyim k, dağın 90-100 metrlik hündürlüyündə təxminən 10 kvadrat metr sahəsi olan bir ərazinin suvandığını güman etdim. Həmin sahə qayanın öz rəngindəişləndiyi üçün kənardan baxanda bu fərq hiss olunmur. Diqqətimi çəkən o oldu ki, qayanın başqa yerləri ilə müqayisədə suvaq vurulmuş hissəsi mamırla örtülməyib.

Düşünürəm ki, 150 metr hündürlükdə bir zirvənin 100 metrliyində giriş ola bilməz. Çox güman ki, qeyd etdiyim sahə qayanın içindəki sarayın eyvanıdır. Bu həqiqətən möcüzədir. Sirri bironda görürəm ki, həmin qalanın üstündə 20-yə yaxın insan, mələk, şeytan şəkilləri var. Həmin şəkilləri buraya yaxın ərazilərdə yaşayan insanlar görməyiblər. Əks halda, bu qədər maraq doğurmazdı. Mətbuatda və sosialşəbəkələrdə gedən yazılardan məlum olur ki, mənim məqaləmdən sonra nəinki sözü gedən dağa yaxın ərazilərdə yaşayan insanlarda, eləcə də bu məqaləni oxuyan, bununla bağlı  yayılan söz-söhbətləri eşidən hər kəsdə o dağa bir maraq oyanıb.

 

 

- Heç xəzinəni əldə etmək fikriniz olubmu?

 

 

- Xeyr! Mən həmin dağın gücünə bələdəm. Çox böyük ehtimalla o xəzinə yadelli işğalçlardan qorunmaq üçün saxlanılıb. Mən elə fikirləşirəm ki, bu xəzinəyəgirmək ağılsızlıq olardı və sonda xoşagəlməz bir fəlakət baş verə bilərdi. Mən dağda olanda bir neçə dəfə şəkil çəkdim, onların hamısı nəyə görəsə yanmışdı. Sonra aradan bir müddət keçəndən sonra yenidən Tovuza qayıdıb həmin dağa üz tutdum. Bu dəfə də dağın şəklini çəkmək istəyəndə qəfildən dağda qatı bir dumanəmələ gəldi. Bir anlığa şəkilə bənzəyən həmin duman gəlib dağın qarşısında dayandı. Mən onda dağın güclü bir sirrə malik olduğunu hiss etdim, sanki möcüzəbaş verirdi. Dağın müqəddəsliyinə inanaraq, ondan şəklini çəkmək üçün icazəistədim. İnanın ki, bu nağıl deyil, həqiqətdir. İcazə istəyəndən sonra duman elə bil bir anlığa yoxa çıxdı. Gəldiyi istiqamətdə dəçəkilib dağdan uzaqlaşdı. Bundan sonra dağın şəklini çəkdim. Bu da bir möcüzə idi.

 

- Əvvəllər "Koroğlu qalası" haqqında hansısa bir araşdırmanız olub?

 

- Kifayət qədər məlumatım var. Apardığım araşdırmalar nəticəsində öyrəndim ki, Alban şahı Cavanşirindağ oğuzlarının qızıl yatağı olub. Bu dagın 300 metreliyində Yel dağı var. Həmin dağda qızıl yataqları olub. Oradan xammal gətirilərək məhz bu dağın altında tikilmiş emalatxanada qızıl istehsal olunub. Bu dağda yaşayan albanlar türkdilli obdular tayfası olub.

Cavanşirin ölümündən sonra bu xəzinə, qızıl yataqları və emalatxanalar sasanilər dövlətinin əlinə keçib. Sasanilər dövləti qızıl mədənini daha da genişləndirərək dağın altında tunellər qazaraq xəzinəni gizlətmişlər. Ərəb xilafətinin Azərbaycana yürüşü zamanı yadelli işğalçılardan qorumaq üçün xəzinəni həmin dağda gizlətmişlər. Bu dağın tarixi haqqında "Çingiz xanın xəzinəsi" adlı kitabımda açıqlama vermişəm. Həmin kitab indi çap mərhələsindədir. Hazırda mən özüm dəbir tarixçi kimi 3 ildir ki, bu dağda araşdırma aparıram. Dövlətimiz bu sirli dağhaqqında xəbər tutandan sonra Fövqəladə Hallar Nazirliyi həmin ərazini öz nəzarətinə alıb. Yaxın zamanlarda həmin ərazidə arxeoloji qazıntılar aparılacaq. Tarix davam edir, amma o hansı tərəfə gedir, hələ heç kəs bilmir. Çünki gələcək hadisələrin planı gözə görünməz. Odur ki, tariximizə biganə qalmamalıyıq.

 

 

 

KƏNAN

Təzadlar.- 2013.- 15 oktybar.- S.6.