Kremlin memarı - Əliş Kərəmli

 

 

 

Yaxud, həmyerlimizin Moskvada tikdiyi qalanın adı necə “Kremloldu?

(Əvvəli ötən sayda)

 

...Tikintiyə başlanılan bir ilin tamamında artıq bürclü qala divarları, beş qüllə və onların altında beş darvaza hazır olur. Belə sürətli nəticəni Əliş bəy heç özü də gözləmirdi. Rus ustaları və fəhlələr çox böyük həvəslə və əzmkarlıqla çalışır, yorulmaqolduğunu bilmirlər. Hətta tez-tez ona İslam dini barəsində suallar verirlər. Əliş bəy bəzən heç ürəyincə olmasa da, hamıya hörmət, ehtiram, hətta artıq iltifat göstərməyə çalışır. Bu nəzakət və görmüş olduğu işin möhtəşəmliyi və gözəlliyi qarşısında bütün boyarlar Əliş bəy Kərəmliyə baş əyir, gülümsəyir, onlar da qarşılıqlı ehtiram göstərməyə çalışırlar.

Əliş bəy Kərəmlinin işdən başqa heç nəyə vaxtı yox idi, o cümlədən məhəbbətə də. Ancaq böyük knyazın bacısı qızı Anna onu dəlicəsinə seviröz məhəbbəti uğrunda hər şeydən keçməyə hazır idi.

Tikinti tamam başa çatdığı üçün qalanın böyük ərazisi tullantılardan təmizlənir. Ətraf təmizləndikcə qalanın içərisi daha möhtəşəm və etibarlı görünürdü. Qalanın içərisindəki köhnə tikililər ona heç uyğun gəlmirdi. Artıq tikintini əhatəyə almış taxta hasarlar da sökülmüşdü. Günün böyük hissəsi ətrafda qələbəlik olur, adamlar dəstə-dəstə ətraf yerlərdən də gəlir, hamının “Kreml” adlandırdığı bu gözəl tikiliyə tamaşa etməkdən həzz alırdılar. Əyanların qonaqlara dediyinə görə, buranı İtaliyadan gətirilmiş Aleksey Kremnıy adlı rus əsilli memar tikmişdi.

Son günlər Dmitri İvanoviç daha Əliş bəyi özündən kənarlaşdırmır, onu qalanın içərisində tikiləcək binaların layihələri üzərində işləməyə sövq etmək istəyirdi. Əliş bəy onunla qalanın içərisində atla son gəzinti zamanı sarayın, kilsələrin, malikanələrin, monastrların, kazarmaların, inzibati binaların bağın, küçələrin təxmini yerini müəyyənləşdirir. Bu zaman burada olan köhnə monastr və kilsələrin heç birinin sökülməsindən söz açmır. Çünki böyük knyaz o saat bu işi onun öz öhtəsinə qoymaq istəyəcəkdi. Bunsuz da o bu fikrindən daşınmır. Amma aralarında imzalanmış müqavilədə bu işlər olmadığı üçün Əliş bəy ona yeni layihələr üzərində işləmək barədə razılıq vermir.

Səhər nahar zamanı Dmitri Mixayloviç ona bu gün günün ikinci çağı yaxın dostları ilə birlikdə, onun tikintini başa çatdırması şərəfinə gözəl bir məclis quracaqlarını xəbər verir. Əliş bəy bu dəfə imtina edə bilmir və həm də həmin məclisdə ondan Anna ilə evlənməyə razılıq və özü ilə Qafqaza aparmaq barədə icazə almaq üçün son cəhdi göstərməyi düşünür. Bəlkə də bunun üçün münasib məqam yetişəcəkdi. Əks təqdirdə, sonra özünü qınamaya bilərdi. Axı üç il onların evində yaşamışdı.

Ziyafət məclisi üçün yer dünən onun Anna ilə şərq qülləsindən baxarkən aşağıda görmüş olduğu həmin çəmənlik idi. Görünür, bu məclisin daha yaxşı və onun əməyinin nəticəsi olan qalanın görünə biləcəyi bir yerdə keçirilməsini nəzərdə tutublar. Mühafizəçi Yeqoru özü ilə götürmədi - buna ehtiyac yox idi. Təzə-tər çəmənliyin üzərinə böyük bir süfrə sərilmişdi. Süfrədə hər cür rus yeməkləri vardı. Onların xahişi ilə Əliş bəy əsl Qafqaz kababı bişirir. Cəmi beş nəfər idilər. Süfrə arxasında, yerdə Annanın atası Bobrakovdan savayı boyar Baratinskidaha iki boyar oturmuşdu. Sonra hamı onun şərəfinə badə qaldırır, Moskva üçün belə gözəl bir qala tikdiyi üçün ən xoş sözlərini deməyə çalışırdılar.

Əliş bəy Moskvada qaldığı 4 il ərzində Şamaxıda yaşayan ailəsinə cəmi bircə dəfə baş çəkə bilmişdi. Memar möhtəşəm tikintini tamamladıqdan sonra Şirvana qayıtmaq ərəfəsində Knyaz D.İvanoviçlə razılaşma imzalamışdı. Razılaşmaya əsasən, memar vətənə dönür, yaz bitən günü Bakıya qayıdır, ona çatan zəhmət haqqını alır və onun şərəfinə veriləcək ziyafətdə iştirak edir. Aralarında olan razılaşmaya əsasən Əliş bəy vətənə yola salınır. Memar bir müddət Şamaxıda qaldıqdan sonra Moskvaya qayıdır.

Yayın ilk günlərində Moskva-Smolensk yolunun 9 kilometrliyində inliki Volokolamsk yolunun başlanğıcında, soldakı meşə talasında böyük sənətkarımızın qayıtma-vida məclisi açılır. Lakin sonra məlum olur ki, böyük Knyaz “xəstə” olduğu üçün məclisdə iştirak edə bilməyəcək. Təəccüblü görünsə də, əksər boyarlar, aşpazlar dəstəsi və saray musiqiçiləri məclisdə iştirak edirlər. Annanın sevinci yerə-göyə sığmırmış. Şirin şərabın, ləziz ət xörəklərinin, növbənöv qəlyanaltıların şövqündən məst olmuş məclis əhli xumarlıq və sərxoşluq içində olurlar. Ancaq bir az sonrabaş verəcəyindən Əliş bəyin xəbəri yox imiş. Memarımızı gözləyən təhlükədən heç Annanın da xəbəri yox imiş. Təəssüf ki, memarın qətlinə verilən fərman “uğurla baş çatır”.

1371-ci il iyun ayının 22-də içkili vaxtı bir kazak ataman xaincəsinə arxadan qılıncla güclü zərbə endirərək, Əliş bəyin başını bədənindən ayırır. Belə bir şərəfsiz qətlin icra olunmasında başlıca məqsəd böyük memarımızın adını yox etmək və “Keremlini (Kremli) ucaldan sənətkarımızı tarixdən silmək olmuşdur. Qəddarcasına qətlə yetirilən Əliş bəy Kərəmlini elə oradaca, qərib eldə dəfn edirlər. Bu ağır itkiyə görə ən çox üzülən Anna olur. Onun memarımıza məhəbbəti qarşılıqlı olmasa da, bu itkiyə dözməmişdir, saçlarını qırxdıraraq Penza rahibəxanasına yollanır və ömrünün sonunacan memarımızın məzarına qulluq etməkdən usanmır. Nə müqaviləyə, nə verdiyi sözə, nə də qəbul olunmuş bəşəri qaydalara məhəl qoymayan ruslar nəinki namərdlik yolunu seçir, həm də Kərəmlinin Kremlin yaradıcısı kimi tanınması yönündə susmağı üstün tutublar.

1556-cı ilin avqustunda IV İvan Qroznı tarixi gerçəklikləri saxtalaşdıraraq, xüsusi fərmanla “Keremli” qülləsini “Vodovzvoda çevirib. Lakin XIX əsrin sonlarınacan rusiyalılar, dünya ictimaiyyəti, səyyahlar və rəsmi sənədlər bu ölməz sənət abidəsini gahKeremli”, gahKremli”, gah da qısaca “Kreml” deyə yad edirlər. Beləliklə, “Kreml” adı tam sabitləşərək dünya tarixinə daxil olub. Paxıllıq əlaməti olaraq rus yazıçısı BorodinininDmitri Donskoytarixi romanında bu həqiqətlərə dair qısa qeydləri nəzərə almasaq, rus qaynaqları, xüsusən İ.KaramzininRus imperiyasının tarixi” adlı çox cildli əsərində bu haqda zərrə qədər də olsun məlumat verilməmişdir. Zaman keçdikcə 49 yaşlı Əliş Kərəmlinin layihəsi əsasənda Praqada, Smolenskdə, NovqoroddaKazanda Kremllər inşa edildi. Lakin öz gözəlliyi və əzəməti ilə dünyaya səs salan bu ölməz inşaat məbədi digərlərindən öz yaraşığına görə çox seçilməkdədir.

1997-ci ildə Rusiya öz paytaxtı Mokvanın 850 illiyini təntənə ilə qeyd etidyi yaddaşlardadır. Rusiyanın sabiq prezidenti Baris YeltsinMoskva şəhərinin meri Y.Lujkov Moskvanın tarixi haqqında söhbət açsalar da, nədənsə, Kremlin yaranma tarixinin üstünən sükutla keçdilər. Vətənimizə milli qürur, baş ucalığı, şöhrət gətirə biləcək çoxsaylı belə məqamlara lazımi qiymət verə bilməməyimizin nəticəsidir ki, gözümüzün qabağında süfrəmizin başında, evimizdə, elmi-mədəniyyətimizin bir çox sahələrində sözünü demiş, tarixə yazılmış şəxsiyyətlərə lazımi qiymət verə bilmirik.

Əldə olunan mənbələrə istinad edərək deyə bilərəm ki, Əliş Kərəmlinin faciəli şəkildə ölümünə gedilməsində məqsəd onun Moskvada yaratmış olduğu tikinti gözəlliyini bir daha başqa ölkə və diyarda təkrarına gedilməməsi ön planda olması ilə bağlı olub. Belə xəbislik, paxıllıq xüsusiyyətlərinə malik Rusiya təbiəti tarixən bütün sahələrdə özünü göstərir. Hamının bildiyi kimi, kosmosun fəth edilməsində azərbaycanlı Kərim Kərimovun uzun illər fəaliyyət dövründə qüsursuz uçuşların təşkilində rolunu necə də unudurlar.

Hər birimiz elə dərk edirik ki, bu gün nə ediriksə, xalq tərəfindən hiss olunmur. Bu heçdüşündüyümüz kimi deyil. Götürək dünya şöhrətli alimimiz Xudu Məmmədovu, Ziya Bünyadovu, yaxud Tofiq İsmayılovu. Onların da ömür yolu memar-inşaatçı Əliş Kərəmlinin taleyi ilə eyniləşdirildi. 

Unudulması mümkün olmayan alim və ziyalılarımızın vaxtında qiymətləndirməməyimiz bədnam qonşumuz olan ermənilərin çırağına sanki nöyüt tökməkdir. Əgər ermənilər özlərinin pislərinə pis demirsə, bizüçün dünya şöhrətli insanlarımızın cismən məhvinə gedirya hörmətdən salırıq?! Gəlin, gecolsa, bu barədə bir az düşünək...

 

 

 

 

 

 Amil Ağalar,

Azərbaycan Kommunist Partiyası Ağdam şəhər təşkilatının 1-ci katibi

Təzadlar.- 2013.- 21 sentyabr.- S.11.