Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

 

...Sabunçu Bakının digər rayonlarından həmişə fərqlənib. Əsasən də sənaye rayonu olması ilə. Rayonun ərazisinin böyük bir hissəsinin Xəzərin sahili boyu yerləşməsi də bu fərqi xeyli artırır. Rəsmi mənbələrdən aldığımız bilgiyə görə, 1958-ci ildən Leninin adını daşıyan rayonun bəxti üzünə bir də 1992-ci ildə gülüb-rayon qədim adına bəraət alıb, Sabunçu adlandırılıb... Və açıq deyim ki, rayonun bəxti bironda gətirib ki, bu sənaye rayonuna nəhayət ki, neçə il əvvəl məhz uzun illər istehsalatda-neft sənayesi sahələrində çalışmış Adil Vəliyev icra başçısı təyin olundu.

 

Heç kimə sirr deyil ki, hər bir rayonun rəhbərliyində çalışan məsul şəxslərin həmin rayonun iqtisadiyyatını dərindən bilməsi, böyük istehsalat və idarəçilik təcrübəsinə malik olması vacib şərtdir. Mən bununla Sabunçunun əvvəlki RİH başçılarının fəaliyyyətinə fərqli qiymət vermək fikrindən uzağam. Lakin mənim üçün kifayət qədər fəaliyyətini tanıdığım Adil Vəliyevin istehsalatdan keçən əmək fəaliyyəti diqqəti çəkəndir. Məlumat üçün deyim ki, Adil Vəliyev əmək fəaliyyətinə neft avadanlığı istehsal edən maşınqayırma zavodunda çilingər işləməklə başlayıb, sonralar isə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qazçıxarma İstehsalat Birliyində məsul sahədə işləyib. Lap sonralar isə, təxminən on ilə yaxın, “Euro style” LTD şirkətinin rəhbəri olub, yenə də istehsalatda, sənaye sahəsində fəaliyyətini davam etdirib. Bunları deməkdə məqsədim odur ki, bu gün ölkə prezidenti cənab İlham Əliyevin də xüsusi diqqət verdiyi Sabunçu rayonunda məhz qeyd edilən əmək fəaliyyətli şəxsin rəhbər vəzifədə olması xüsusi əhəmiyyət daşıyır. Ən azı, Adil Əliyevin malik olduğu təcrübə iqtisadiyyatın vacib sahəsi olan sənayenin Sabunçu rayonunda yeni mərhələdə inkişafı və mövcud problemlərin həlli üçün böyük əhəmiyyəti var. Bunu hazırda rayonda həyata keçirilən iqtisadi islahatlar, yeni möhtəşəm sənaye-tikinti layihələri də təsdiqləyir...

 

 

 

Sabunçuda problemlərin həlli mümkünsüz deyil, çünki...

 

 

 

Sabunçu rayonunda 10 qəsəbə vardır ki, onların hər birinin özünə məxsus infrastrukturu, sənaye potensialı, iqtisadi rolu var. Rayonun Sabunçu, Zabrat, BalaxanRamana qəsəbələri... Sabunçunun neftçıxarma sənayesi mərkəzi sayılırsa, Pirşağı, Bilgəh, Kürdəxanı və Nardaran qəsəbələri isə əsasən rayonun, eləcə də bütövlükdə paytaxt əhalisinin hələ tarixən istirahət yeri-çimərlik zonası kimi məşhur olub. Bir sözlə, iqtisadi inkişafla əldə olunan uğurların bəhrəsi  kimi çəkilən zəhmətin də son nəticəsi-istirahət imkanları rayonda bir-birini tamamlayır. Bunu rayonun ötən ilki iqtisadi göstəriciləri də təsdiqləyir. Məsələn, Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi saytının məlumatına görə, “2013-cü ilin yanvar-dekabr aylarında rayonda 3965518,4 min manatlıq (əvvəlki ilin muvafiq dövrü ilə müqayisədə 122,2 faiz çox) sənaye məhsulu istehsal edilmiş və xidmət göstərilmişdir. 2013-cü ilin yanvar-dekabr aylarında istehlakçılara 400154,7 min manatlıq, o cümlədən sənaye müəssisələrinin öz istehsalı olan 393590,2 min manatlıq malların və ya bütün sənaye istehsalının 99,3 faizi qədər sənaye məhsulu göndərilmişdir. Sənayenin neftçıxarma bölməsi Sabunçu rayonunun iqtisadiyyatında mühüm rola malikdir. Belə ki, əmtəəlik neft hasilatı 380,0 min ton, qaz hasilatı isə 5,1 milyon kub metr olmuşdur”.

 

 

 

 Onu da deyim ki, rayon iqtisadiyyatının qeyd olunan uğurlarında əsasən neft-mədənçıxarma sənayesi ilə məşğul olan “Balakhanı Operating Company” LTD, “Azgerneft” MMC, emal sənayesi ilə məşğul olan “Bakı Neft Maşınqayırma” TASC, “Bakı Fəhləsi” TASC, “Neftqazmaş” ASC, “Sərham” MMC, “Sun tea” MMC, “Şirin”MMC, “Bakı fındıq emalı”MMC və digər müəssisələrin böyük payı var.

 

 

 

Sabunçu rayonu böyük tikinti meydançasını xatırladır... 

 

 

 

Məlum olduğu kimi, Dövlət başçısı İlham Əliyev Abşeron yarımadasının ən böyük gölü olan və əsasən də Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölünün idarə edilməsi və istifadə olunması ilə bağlı fərman imzalamışdır. Fərmanda İqtisadiyyat və Sənaye Nazirliyinə gölün bərpa olunmasını təmin etmək, istehsal və məişət tullantılarını aradan qaldırmaq, gələcəkdə göldən səmərəli istifadə etmək, həmçinin onun saxlanılmasına nəzarəti həyata keçirmək tapşırılıb. Və 2015-ci ildə Bakıda keçiriləcək Olimpiya oyunlarına hazırlıqla bağlı gölün ətrafında hazırda möhtəşəm tikinti-quraşdırma işləri görülür. Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkəti hazırda ərazidə tikinti işlərini həyata keçirir. Belə ki, 2015-ci ildə istifadəyə veriləcək daxili sahəsi 120.830 kvadratmetr olan, 65 min tamaşaçı yeri tutacaq Bakı Olimpiya Stadionunun tikinti işlərindən sonra  burada Bakı Olimpiya kəndi salınacaq. Ən vacibi, bu möhtəşəm tikinti kompleksi-Olimpiya Stadionu Bakıda Böyük Şor gölü ərazisində əvvəllər neft məhsulları ilə çirkləndirilmiş ərazidə tikilir. Bu işlər isə təbii ki, Sabunçu rayonunun sənaye-tikinti işlərində mühüm yer tutur. Ümumiyyətlə isə, ötən il rayonda bütün maliyyə mənbələri hesabına 87600,5 min manat əsas fondlar, 2157,6 kv.m. yaşayış evləri istifadəyə verilmiş, əsas kapitala 304676,3 min manat həcmində investisiya yönəldilmişdir. Həmin dövrdə həm 230009,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bir sözlə, rayonun iqtisadiyyatının digər sahələrində xeyli işlər görülmüş, bu işlər davamlı olaraq həyata keçirilməkdədir. Rayon ərazisində böyük yaşayış komplekslərinin inşası isə diqqəti çəkməyə bilməz.

 

 

 

Neftlə çirklənmiş əraziləri yaşıllığa çevirən təşəbbüslər...

 

 

 

Sənaye rayonu olan Sabunçuda Sovetlər dönəmində neftçıxarma sənayesinin xüsusi çəkisi sənayenin digər sahələrini üstələmişdir... Lakin mərkəzi büdcəyə hər il milyon tonlarla neft verən bundan qat-qat çox qaz hasil edən, çoxnövlü  neft avadanlığı istehsal edən rayonun ekoloji problemləri barədə düşünən olmamışdır. Daha doğrusu, rəsmi Moskva nədənsə Azərbaycandan aldığı varidatın bir hissəsinin bölgənin ekologiyasınan bərpası qorunması üçün sərf etməkdə xəsislik nümayiş etdirmişdir. Lakin SSRİ dağılandan sonrakı ötən dövrdə, xüsusən son illərdə Bakının, ümumiyyətlə isə Abşeron yarımadasının ekologiyasının qorunması saxlanması üçün böyük işlər görülməkdədir. Bu sırada Sabunçu rayonu xüsusilə fərqlənir. Rayonda kifayət qədər ekoloji narahatlıq yaradan mənbələr neftlə çirklənmiş ərazilər vardır. Bu ərazilərin bərpası ekoloji durumunun yaxşılaşdırılması üçün vacib olan çirkab sularının axıdıldığı kiçik göl kölməçələrin qurudulması, çirkab sularının axınının idarə olunmasıdırsa, bundan da vacib məsələ çirklənmiş ərazilərdə yaşıllıqların salınmasıdır...

 

 

 

Leyla Əliyevadan gələn təşəbbüsün bəhrəsi...

 

 

 

 ...Neçə gün əvvəl-aprelin ilk günlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “ASAN xidmət  Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı iləHər kağızı bir yarpağa dəyişəkadlı müştərək layihə yeni mərhələyə çatdı. Maraqlı olan bu idi ki, fevralın 3-dən başlanmış layihə çərçivəsində könüllülər “ASAN xidmətmərkəzlərinə müəyyən miqdarda kağız təhvil vermiş, əvəzində isə hər 50 kiloqram kağız tullantısı müqabilində bir ağacın əkilməsinə imkan əldə etmişdilər. Ümumilikdə, üç ay davam etmiş layihə çərçivəsində toplanmış 78 min 810 kiloqram kağıza 1576 ağac alınmış, nəticədə uzun illər Bakının ekologiyası üçünüz qarası”na çevrilmiş, tənqid hədəfi olmuş Balaxanı sənaye məişət tullantıları (zibil) poliqonunun 5 min kvadratmetr ərazisi yaşıllaşdırılmışdır. Bütün bunları həm bu ilin martın 29-da Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyevin Balaxanı qəsəbə sakinləri ilə keçirdiyi səyyar görüşündə sakinlərin bəzi sosial məsələlərin həlli ilə əlaqədar qaldırdığı təşəbbüslərin təkliflərin nəticəsi kimi dəyərləndirmək olar.

 

 

 

Bəlkə barsız yolka əvəzinə qiymətli meyvəsi olan zeytun əkilsin?

 

 

 

Təbii ki, nəinki ərazilərinin xeyli hissəsi neft məhsulları paytaxtın məişət tullantıları ilə  zaman-zaman çirkləndirilmiş bir rayonun, eləcə Bakının bütövlükdə Abşeronun ekologiyası üçün maraqlı təşəbbüs olanHər kağızı bir yarpağa dəyişəklayihəsi təcrübə kimi Bakının digər ərazilərində yayılmalıdır. Mən bura həm Hər kiloqram metal tullantısını bir ağaca  dəyişəkadlı layihənin həyata vəsiqə almasını arzu edərdim. Çünki bu yazını çapa hazırlayarkən əvvəlcə Sabunçu rayonunda istər metal, istərsə digər sintetik polietilen torbalar ya butulkalarla çirklənmiş ərazilərə çox rast gəldim... Bu narahatlıq doğuran mənzərəyə həm Xəzərin çimərlik ərazilərində rast gəlmək mümkündür. İstərdim arzulayardım ki, Sabunçu rayonunun gəncləri həm bu təşəbbüsdə olsunlar ki, rayon ərazisində ətrafı çirkləndirən metal qırıntıları, təkrar emala yarayan digər sənaye tullantılarını toplayaraq əvəzində aidiyyəti ünvanlardan ağaclar alsınlar, həmin ağaclar rayonunu yaşıllığı az olan ərazilərinə əkilsin.

 

 

 

 Yeri gəlmişkən, hələ ağac əkilmə kampaniyalarında həmişəyaşıl yolka küknar ağaclarına daha çox rast gəlirik (foto-şəkil təqdim olunur). Təklif edərdik ki, bu barsız, az ömürlü Abşeronun küləkli iqliminə davamsız olan yolka  ağaclarının əvəzinə həmişəyaşıl, uzun ömürlü barı-məhsulu çox qiymətli olan zeytun ağacları əkilsin. Axı zeytun həm Abşeronun iqlimi üçün ən əlverişli ağacdır.

 

 

 

Sosial-iqtisadi inkişaf üçün ciddi əsaslar...

 

 

 

Onu da deyim ki, Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na rəğmən, Sabunçuda indiyədək çoxsaylı  sosial-iqtisadi əhəmiyyətli obyektlər tikilib istifadəyə verilmiş, yeni yollar çəkilmiş, elektrik, qaz, su istilik təchizatının yenidən qurulması işləri görülmüşdür. Həmçinin rayonun yol infrastrukturu təzələnmiş, Sabunçu-Zabrat-Maştağa, Zabrat-Pirşağı Bilgəh-Sumqayıt avtomobil yollarının tikintisi sürətlə davam etdirilməkdədir, yolların böyük bir hissəsi artıq istifadəyə verilmişdir. Prezidentin 18 iyun 2013-cü il tarixli sərəncamı ilə Maştağa, Zabrat Nardaran qəsəbələri yollarının tikintisi yenidən qurulması üçün sonuncu dəfə İcra Hakimiyyətinə əlavə vəsait ayrılmışdır. Nəticədə adı çəkilən qəsəbələrin elektirik, su qaz verilişi xətləri yenidən qurulmuş, yollar asfaltlanmışdır. Həmin qəsəbələrdə, həmçinin digər sosial yönümlü layihələr həyata keçirilmiş, bir sıra layihələrin icrası isə davam etdirilməkdədir.

 

 

 

***

 

 

 

Sonda, təbii ki, bir qəzet yazısında Sabunçu kimi böyük sənaye potensialına malik rayonda indiyədək görülmüş görüləcək kompleks işlərin hamısından danışmaq mümkün deyil... Amma indiyədək görülən işlərin uğurlu davamına nəzər salanda perspektivdə Sabunçu rayonunun hansı iqtisadi yüksəlişə nail olacağını nəinki görmək  mümkündür, həm aydın görmək mümkündür...

 

 

 

Asif Mərzili

Təzadlar.- 2014.- 10 aprel.- S.9.