Söz adamı Məmməd İlqarla bir gün

 

 

 

Bu yazını müsahibə yox, xəstəliyə qalib gələndən sonra sağlamlığını yavas-yavaş bərpa edən şairin evindən reportaj adlandıraq

Məmməd İlqar:” Şairlər arasında çox sevdiyim, belə ən çox sevdiyim Məmməd Arazdır”

 Şairlərin budefisit” vaxtında eşitdik ki, dəyərli şairimiz, ağır taxtalı söz ustadı Məmməd İlqar beyin insultu keçirib. Mütəxəssislərin söylədiyinə görə beyin insultu iki cür olur. Biri beyinə qan sızma, o biri isə, beyinə qanın işləməməsidir. İkinci variantda, səhhətində ciddi problemlər yaratmaqla yanaşı,  xəstənin beynində yaddaş pozğunluğu da əmələ gəlir. Ünlü şairimiz  Məmməd İlqarı məhz ikinci variant haqlamışdı. Bu səbəbdən həkimlər müalicə dövründə şairin effektli müalicəsi baxımından, onu narahat etməmək, həyacanlandırmamaq üçün hətta ən yaxınları ilə belə görüşlərə məhdudiyyət qoymuşdular. Ancaq buna baxmayaraq, yaxın dostum, şairin bacısı oğlu Rasimdən və oğlu Babəkdən Məmməd İlqar barədə mütəmadi məlumatlar alırdım. Onu da öyrənmişdim ki, Şairin məşhur “...Gül üstündə arıya bax bircə sən, Gör gülün nazını nə gözəl çəkir...” təcnisində dediyi kimi, oğlu Babək də xəstəliyinin böhranlı anlarında atasının başına pərvanə tək fırlanaraq, onun bütün nazını, qayğısını yoruldum- demədən çəkib. İndi şükürlər olsun, çətinliklər arxada qalıb. Yaranmış cüzi yaddaş zəifliyi də aparılan intensiv müalicələr nəticəsində artıq aradan qalxmaqdadır.

 

 

 

 Odur ki, şairlə çoxdan arzuladığım görüşə yollandım. Məmməd İlqara tez-tez baş çəkən, maraqlı söhbətləri ilə onu darıxmağa qoymayan  gənc həmyerlisi və həmkarımız Həmid Ormanlı da mənimlə birlikdə şairin görüşünə gəlmişdi. Sumqayıtdakı evinin həyətində, təzəcə qızarmağa başlamış albalı, yetişmiş qara tut ağaclarının əhatəsində gözəl bir görüşümüz alındı. Artıq bir balaca yaddaş zəifliyi olmasa, sanarsan ki, Məmməd İlqar elə əvvəlki duzlu-məzəli, sözlü-söhbətli Məmməd İlqardır. Düzü, əvvəldən qərara gəlmişdim ki, şairi yormamaq üçün yazını müsahibə janrında hazırlamayacağam. İstədim hər şey təbii olsun.  Ona görə də Məmməd İlqarın ömür-gün yoldaşı, xəstə vaxtlarında bir an da olsa, yanından çəkilməyən Fatma xanım birinci çayı gətirən andan diktafonu işə salıb, stolun üsyünə qoydum. Bununla da diktafonun varlığını unudub, çay və yemək süfrəsi arxasında Məmməd İlqar, oğlu Babək, həmkarımız Həmid Ormanlı ilə birlikdə müxtəlif mövzularda çox maraqlı, yadda qalan söhbətlər edərək, deyib, güldük.  Bəli, həmin gün ömrə yazılan mənalı günlərdən biri oldu. İnanıram ki, yemək-içmək süfrəsi arxasında şairlə olan söhbətimiz həm Məmməd İlqarı, həm də bütün poeziya sevərlərin ürəyincə olacaq.       

 

 

 

(əvvəli ötən sayda)

 

 

 

Söz ustadı Məmməd İlqarın həyətində, yemək-içmək süfrəsi arxasında poeziyadan, şairlərdən olan söhbətimiz davam edir. Çay süfrəsi arxasında olan söhbətimizi ötən sayımızda təqdim etmişdim. İndi isə şairin ömür-gün yoldaşı Fatma xanımın dadlı təamlarından yeməyə başlayırıq. Ötən sayımızda qeyd etmişdik ki, Fatma xanım həkimin məsləhəti ilə şairə araq içməyi qadağan edib. Amma Qazaxdan gətirilmiş təmiz çaxıra isə qadağa yox idi. Odur ki, ilk sağlıq  ağsaqqalımız Məmməd İlqara həvalə olunur:

 

 

 

- Ayə, xoş gəlmisiniz, hamınızın canı sağ olsun. Bu qapıya tez-tez gəlin. Görək Fatma xanım nə verib bizə yeməyə? Amma nədənsə, Fatma xanım bizə içməyə araq vermir. Belə götürəndə təmiz çaxır da pis deyil, eləmi? İçək sizlərin sağlığına. Yeyin, için, nuş olsun! 

 

 

 

Badələr toqquşdurulub, içilir. Lakin mənim içki ilə  aram olmadığına görə bir-iki qurtum içib badəni yerə qoymağım Məmməd İlqarın gözündən yayınmadı:

 

 

 

- Sən niyə badəni axıra qədər içmədin? Ayə, belə çaxır vallah, həmişə ələ düşmür.

 

 

 

Məmməd İlqarın bu zarafatı hamımızın eynini açır. Bu vaxt həmkarımız, şairin yaxın dostu Həmid Ormanlı əvvəlki söhbətə qayıdaraq deyir:

 

 

 

- Elçin müəllim, şair olan Məmmədlərdən- Məmməd Arazdan, Məmməd İsmayıldan, Məmməd İlqardan xoş sözlərlə danışdın. Məmməd Aslanı isə nədənsə, bir şair kimi bəyənmədin, Mən də Məmməd əminin sözlərinə qoşularaq deyirəm ki, Məmməd Aslan gözəl şairdir. Amma heç o biri məmmədlərdən- Məmməd Namazdan, Məmməd Orucdan danışmadın...

 

 

 

- Nə vaxt mənə öz kitablarını versələr, onda onlar haqqında da nəsə demək olar. Ona görə də indi heç nə deyə bilmirəm.

 

 

 

 H. Ormanlı:

 

 

 

- Məmməd Namaz uşaq şeirləri yazır. Sənə verməz axı kitabını...

 

 

 

(Hamımız gülüşürük)

 

 

 

M.İlqar:

 

 

 

- Məmməd Arazdan danışmaq lazımdır. O çox böyük şairdir. Şairlər arasında çox sevdiyim, belə ən çox sevdiyim Məmməd Arazdır. Allah ona rəhmət eləsin.

 

 

 

- Bəs Söhrab Tahirlə münasibətin necədir?

 

 

 

- Söhrab Tahirsevdiyim şairlərdəndir. Amma ola bilər o, məni yaxşı tanımır...

 

 

 

- Söhrab Tahir səni çox yaxşı tanıyır. Onun yanında sənin “Qara camaatşerini söylədim, çox xoşuna gəldi və dedi ki, Məmməd İlqar gözəl şairdir, yaxşı tanıyıram, özü də Sumqayıtda yaşayır.

 

 

 

- Eləmi dedi?  Çox sağ olsun! Deyəsən arada xəstələnmişdi....

 

 

 

- İndi maşallah olsun, yaxşıdır.

 

 

 

- Yaxşı olsun, qadan alım, yaxşı olsun!

 

 

 

Oğlu Babək əlavə edir:

 

 

 

- Atam Söhrab Tahirə şeir də həsr edib. Amma hələ çap etdirməyib.

 

 

 

- Nə əcəb? Verərsiniz, biz onu “Təzadlar”da dərc edərik.

 

 

 

M.İlqar:

 

 

 

- Canın sağ olsun sənin, çox sağ ol. A Babək, mən onu niyə çap etdirməmişəm?

 

 

 

- Ata, tək o deyil ki, şeirlərinin çoxunu çap etdirməmisən.

 

 

 

- Ola bilər nəsə yerində olmayıb, üstündə yenidən işləmək lazım olub və belə yaddan çıxıb qalıb.

 

 

 

- İndi zəhmət çəkin, o yaddan çıxan şeirlərdən verin, çap edək.

 

 

 

Babək gedib M.İlqarın əlyazmalarından ibarət böyük bir qovluğu gətirir. H.Ormanlı şairin gözəl xəttinə baxıb deyir:

 

 

 

- A Məmməd əmi, nə gözəl xəttin var, elə bil  pasportstolda-zadda işləmisən...

 

 

 

(Hamımız gülüşürük)

 

 

 

- Həmid bəy, sənin qəzetimizdə dərc olunan yazılarından gözəl qələminin olduğunu bilirdim. Amma özünü yaxından tanımırdım. Əməkdaşımız Elbar Şirinov səni yaxından tanıyırdı deyə, həmişə tərifləyirdi. İndi görürəm doğrudan da həm yaxşı insan, həm də əsl məclis adamısan.

 

 

 

- Çox sağ ol, Elçin müəllim.  Elbarla çoxdan dostluq edirik, çox yaxşı insandır, yaxşı da jurnalistdir.

 

 

 

Bu arada Babək Məmməd İlqarın Söhrab Tahirə həsr etdiyi şeiri tapıb oxuyur:

 

 

 

Vətən  deyəndə

 

 

 

Söhrab Tahirə ithaf olunur

 

 

 

Bir saz dinər bu yollarin başında

 

 

 

Sinən boyu istəklərin qıvrılar.

 

 

 

Bir saz yanar bu yollarin başında

 

 

 

Hər telində bir nisgilin qovrular.

 

 

 

 

 

 

 

Bir çay axar gözlərinin içindən,

 

 

 

Ləpələri gözlərini yalayar...

 

 

 

İldirimlar çaxıb-sönər içində-

 

 

 

Səbrin səni söküb yeyər,talayar.

 

 

 

 

 

 

 

Bu çay dönər bir ovxarlı qılınca,

 

 

 

Yuxuların dilimlənər,çapılar.

 

 

 

Boylanarsan bir umudun dalınca-

 

 

 

Xəyalında - Açmadıgın, döymədiyin qapılar...

 

 

 

 

 

 

 

Karvançəkməz dərdlər var ki,çəkərsən,

 

 

 

Qızınarsan bir gümann qoruna.

 

 

 

Küləklərə bir bayatı bükərsən-

 

 

 

Bəlkə çatdi babalarin goruna...

 

 

 

 

 

 

 

Dagı-daşı ünləyərsən köməyə,

 

 

 

Gilə-gilə əriməkdən bezərsən...

 

 

 

Ürəyini deşən sözü deməyə-

 

 

 

Bu dünyanın qulagını gəzərsən.

 

 

 

 

 

 

 

- Çox gözəl, çox əla! Məmməd müəllim, Məmməd İsmayıla da bir neçə şeir ithaf etmisən.

 

 

 

- , var elə şeirlərim, Amma onları çoxdan yazmışam, yadımda qalmayıb.

 

 

 

- Onda icazə ver, Onu tanıdınmı, Məmməd İsmayıl?” şeirini söyləyim.

 

 

 

- Əzbər bilirsənmi?

 

 

 

- Bilirəm.

 

 

 

- Onda söyləsən yaxşı olar.

 

 

 

- Məmnuniyyətlə:

 

 

 

Onu tanıdınmı,

 

 

 

Məmməd İsmayıl?

 

 

 

Baxırsan insandı insan içində,

 

 

 

Min bir şər böyüdür bir can içində.

 

 

 

Şeytan barmağıdı- bir an içində,

 

 

 

Neçə el tərpədir, oba hərləyir.

 

 

 

 

 

 

 

Bilir qılıq çəkmək, çəm tutmaq nədi,

 

 

 

Sərsəm zurnalara dəm tutmaq nədi.

 

 

 

Şam tutan görmüşəm,-şam tutmaq nədi,

 

 

 

Əlində aşkarca lopa hərləyir.

 

 

 

 

 

 

 

Kəllələr gəmirir- kəlləsi çatmır,

 

 

 

Nəfsinə Haqqın da şilləsi çatmır.

 

 

 

Özünün başınin gülləsi çatmır,

 

 

 

Özgənin başına zopa hərləyir.

 

 

 

 

 

 

 

Yüz möcüzə göstər, heyrəti yoxdu...

 

 

 

Mərhəmət, mərifət- hey qəti yoxdu!

 

 

 

Qanında tükcə qeyrəti yoxdu,

 

 

 

Burnunun altında lopa hərləyir.

 

 

 

 

 

 

 

Yalandı əzəli, sonu yalandı,

 

 

 

Əlli dona girsə, donu yalandı.

 

 

 

Beş kəlmə danışsın,onu yalandı,

 

 

 

Dilinin altındatobahərləyir.

 

 

 

 

 

 

 

M.İlqar:

 

 

 

- Ayə, sənin yaxşı yaddaşın var. Canın sağ olsun sənin, çox sağ ol!

 

 

 

H.Ormanlı:

 

 

 

- Elçin müəllimin həm yaxşı şeir deməyi var.

 

 

 

M.İlqar:

 

 

 

- Ayə, ay Babək, Elçin müəllimin ünvanını, telefonunu götür, lazım olanda dəvət edək, məclislərimizdə şeir desin.

 

 

 

Babək:

 

 

 

- Yaxşı ata, götürərəm. Elçin müəllim, atamın kefini əməlli-başlı açmısan haa... çox sağ ol!  

 

 

 

- Məmməd İlqara eşq olsun ki, belə gözəl  şeirlər yazıb.  Məmməd müəllim, şairlərdən, şeirlərdən söz düşmüşkən bir məsələ məni maraqlandırdı. Bilirik ki, şairlərin sevgiləri bir başqa aləmdir. Ona görə sənə bir sual verəcəyəm, amma səmimi cavab ver. Gözəl məhəbbət şeirlərin var. Şair ki, sevmədiyi qıza necə şeir yaza bilər?  İndi Fatma xanım da evdədir, bizi eşitmir. Düzünü de görək, sevdiyin qız olubmu ki, belə məhəbbət şeirləri yazmısan?

 

 

 

- Ayə, Fatma xanımdan başqa qızmı görmüşəm?

 

 

 

Məmməd İlqarın bu zarafatyana cavabı bizi uzun müddət şaqqanaq çəkib, gülməyə vadar etdi. Handan-hana özümüzə gələndən sonra, dedim:

 

 

 

- Məmməd müəllim, bax bunu gərək Fatma xanım eşidəydi...

 

 

 

M.İlqar:

 

 

 

- Amma o məhəbbət şeirlərini necə yazmışam, heç özüm bilmirəm.

 

 

 

- Təkcə məhəbbət şeirlərin yox, dövrün nəbzini tutan, ictimai əhəmiyyət kəsb edən şeirlərin olduqca düşündürücü mənalıdır. Şeirlərində çox maraqlı, özü indiyə qədər eşidilməmiş qafiyyələr işlətmisən. Məsələn, götürək eləQara camaatşeirini. Mən bu yaxınlarda gənclik illərindən  dostum olan dilçi professor Asif Rüstəmlinin iştirak etdiyi bir tədbirdə həmin o  Qara camaatşeirini söylədim. Təbii ki, hamının xoşuna gəldi. Mütəxəssis kimi isə Asif Rüstəmli axırıncı bənddəki qafiyyələri çox yüksək qiymətləndirərək dedi:” Bax bu, əsl tapıntıdır. Əfəndi, kəfəndi”. Görün gözəl qafiyyədir. Dilçilər bunun üzərində işləməlidirlər.”

 

 

 

M.İlqar:

 

 

 

- Asif Rüstəmli ilə bir-iki dəfə məclislərdə olmuşuq. O çox gözəl alimdir. Sağ olsun mənim şerimə verdiyi qiymətə görə. Ona salamlarımı çatdırarsan.

 

 

 

- Mütləq çatdıraram.

 

 

 

Artıq məclisi yekunlaşdırmaq lazım idi. Çünki stola qoyulan çaxır da qurtarmışdı. Şairə səhhəti ilə bağli Fatma xanımın qoyduğu həddən artıq içmək olmazdı. Amma M.İlqar çox təəssüfləndi ki, Fatma xanım bizə araq vermədi. Eybi yox Məmməd müəllim, araq da qalsın sən tam sağalandan sonraya. Bax onda söz verirəm ki, içən olmasam da, mütləq yüz qram içəcəyəm...

 

 

 

Beləliklə gözəl şairimiz, söz ustadı Məmməd İlqaronun şeirləri ilə birlikdə mənalı, yadda qalan bir gün yaşadıq. Sevimli şairimizə də belə mənalı, sağlam uzun ömüryeni yaradıcılıq uğurları ilə bizləri sevindirməyi arzulayırıq.

 

 

 

Elçin MƏMMƏDLİ 

Təzadlar.- 2014.- 19 iyun.- S.11.