Daş salmalı başımız var

 

Şərəfsizsə nəyə gərək

Deyək, doxsan yaşımız var.

Yaraşarmı göz gedəndə

Deyək, budur qaşımız var.

Əməl saxta, sözlər yalan,

Azalıbdır dərdə qalan.

Süfrəyə haram qoyulan

Fəxr edəkmi aşımız var?

Təəssüf dedik itənə biz,          

Buyur dedik yetənə biz.          

Qıymadıqca Vətənə biz          

Daş salmalı başımız var.        

Daş salmalı başımız var.        

 

Sevgim içimdə tufan

 

Milli Qəhrəman Mübariz İbrahimova

 

Qayçılanır torpağımız-

Budur biçimdə tufan?

Sinəm altda boğulur

Naləm içimdə tufan.

Fələk qatır başımızı,

Zəhər edir aşımızı.

Yola tökür daşımızı,

Edir köçümdə tufan.

 

Düz olanı kim əyir?

Sınıq qəlbə kim dəyir?

Ürək bir ömür ödəyir,

Bu, bir əlçimdə tufan.

 

Gül əkib tikan dərdim,          

Fil çəkməyən var dərdim”.

Vətənə can ödədim-

Sevgim içimdə tufan.

Sən kişisən, deməli

 

Sifətin də görünmür,

Nə saqqalın, nə bığın.

Yayda, qışda açıqdır,

Başında yox papağın.

Qadına bənzər üzün,

Saçın da bir az uzun...

Görkəmin gülməli,

Sən kişisən, deməli.

 

Lap pəhləvan kimisən,

Boy-buxunun yerində,

Bir doxsandır lap boyun.

Biri böyük, biri kiçik-

İki dəfə olub toyun.

Belə olmalıdır-       

Kişi bu yoldan keçməli.

Toylarından görünür,

Sən kişisən, deməli.

 

Bəxtin yaxşı gətirib,

Eşitdim var vəzifən.

İşindəsevdiklərin

Olur sənə əyilən.

Özün sına-sına

Sındırmısan çoxunu.

Qapırsan onun-bunun

Əlindən var-yoxunu.

Hələ bir öyünürsən:

Əyilməzi əyməli!..

Əməlindən görünür,

Sən kişisən,deməli?

 

Özün əsl riyakar,

Sevirsən yaltaqları-

Onlarla əlbir olub

istəsən edirsən.

Düzü qoyub bir yana,  

Əyri yolla gedirsən.

Gözləyirsən, umursan

Hamı səni sevməli.

Umduğundan görünür,

Sən kişisən, deməli.

 

Sənintək yırtıcılar       

Düşüb sərvət dalınca.

Sənintək görməmişlər

Çoxalıbdı yamanca.

İt yiyəsin tanımır”,

Sağındaqap-qapgedir.

Kim bilir danışır,

Solunda “hap-gopgedir.

Katibən qoşa-qoşa,

Qaşı-gözü sürməli.

Katibəndən görünür -

Sən kişisən, deməli.

 

Yerini bilməyənə,       

Kişiyəmdeyənlərə,

Bu gün xalqın içində

Yusif baxıb kənardan

Bildirir nifrətini,

O, verir qiymətini:

- Torpaqlar işğal altda,

Qarabağa getməli!       

Onda hamı deyəcək.

Sən kişisən deməli.

Bu dətən torpağını

İndi azad etməli,

Onda hamı biləcək

Biz kişiyik deməli.

Sən, kişisən deməli.

 

Ay itlərə daş atan

Yersiz, acı, düşünmədən danışaraq ara qatan bəzi insanlarıinsanlıqdançıxaranlara belələrinin toruna düşənlərə

 

Ay itlərə daş atan,

Yatan iti oyatma.

Qızışdırsan boğuşar,

Dayan, aranı qatma.

Ay itlərə daş atan,

Öz yoluna davam et.

Hamıya təhlükədir

Ayılanda yatan it.

Yatan itlər oyansa       

Yolçu yolundan qalar.

Yolçu yolun dəyişsə,

Yolunu uzaq salar.

Sözünü daş kimi

Hara gəldi tullama.

Sonra da bir axmağı

Söz dalıncayollama”.

 

Atılan daşlar ilə

Çox yatanlar ayılıb.

Atılan daşa qaçan

Ağılsız it” sayılıb.

Ağıllılar gedəcək

Öz işinin dalınca.

Sakitlik nədi bilməz

Sarsaq qisas alınca.

Mən sözümü söylədim,

Hərə oz payın seçər.

Bir ki, sən unutma:

- İt hürər, karvan keçər.          

 

Yusif Millətoğlu,

şair, publisist

Təzadlar.- 2014.- 2 oktyabr.- S.15.