İyirmi üç yaşlı qəhər

 

Bizim qələbəmiz qisasdan keçər,

Bizim xilasımız ixlasdan keçər...

Mümkün azadlıqda diridir gecə,

Ayı, ulduzuyla azaddı, tamdı,

Günəşsiz açılan sabah yetimdi...

 

Azadlıq, köləlik döyüşür hələ,

Insan varlığında, millət içində.

Düşmənlə döyüşdə büzüşür kölə,

Düşmənə nifrəti qorxusuyla tən.

Igidlər olsa da mələk gücündə

Ordusuz, sevgisiz qorunmaz vətən;

 

Bağışlamaq böyüklükdü, qisas haqq!

Yətər, bağışladıq yağı düşməni.

Yeddi yerə, yetmiş yönə bölünüb

Qazanmayaqxəciladı, ünvanı.

Qisas gözlər Ağdam da, Xocalı da,

Şuşa, Laçın... düşmənin əcəli .

İyirmi üç il namusumuz arada...

Qisas almayınca yaşamaq haram.

Milli qeyrət, hazır dayan cihada!

Qoy ölü vicdanlar yaşasın aram,

Qoy qansız quldurlar insaf gəmirsin...

Gedirik Xocalı faciəsindən,

İtkili atəşkəs fasiləsindən

Mənəvi iflasa, çal-çağır ilə

Həm varlı, ortabab həm fağır ilə

Döyüşsüz sülh sabah uduzmaq demək,

Güzəştli - güzəştsiz, fərqi yox anam.

Ordu öz gücünü göstərsin gərək,

Onda yaranacaq sabaha inam...

Yurda ağa, yurda oğul, yurda qul

Igidlər var yad gözünə yurd oxu.

Varlıya, kasıba bölmürük xalqı,

Kişisi döyüşür, qorxağı qaçır.

Bir gün görəcəyik ayağa qalxır

Hayk qoyub tutduğu torpağı qaçır...

Allaha, Rəhbərə, gələcək günə,

Özünə, gücünə inamdı Millət.

İki yüz il öncə sınandı Millət.

Sənə türk deyənə türklüyü göstər,

Arxalı düşmənə təkliyi göstər!

Talış, tat, ləzgi, kürd,... vətən övladı!

Qisasını al dünənin, bugünün,

Açılmasa kəs qartımış düyünü.

 

C.Albantürk

Təzadlar.- 2015.- 24 fevral.- S11.