Anam külümü ağlayır

 

Dirim qalıbdı bir yana,

Anam ölümü ağlayır,

İçim çoxdan ölüb mənim,

Anam çölümü ağlayır.

Od tutub oduma qalan,

De, mənə odumu qalan,

Tikanı əlimdə qalan,

Anam gülümü ağlayır.

Qardaş qardaşa söyülür,

Əl qaldırıb döyülür,

Araya hasar hörülür,

Anam günümü ağlayır.

Qan üstündən qan çiləmə,

Dağlar çəkilən sinəmə,

Başı kəsilən şiəmə,

Anam sünnümü ağlayır.

Ey vətən, səndən УuzağamФ,

Elə bilmə üzü ağam,

Yanıb qaralmış ocağam,

Anam külümü ağlayır.

 

Zeynalzadə N.

Təzadlar.- 2015.- 22 yanvar.- S15.