Çıxdı

 

Eşqim ürəyimdən başa, başdan gözə çıxdı,

Göz yaşım axanda neçə dərdim üzə çıxdı.

 

Dərd adli tikan üstunə göz yaşımı səpdim,

Səpdikcə ucaldi, boyu qalxib dizə.çıxdı.

 

Dunya özü bir möcüzədir, vəslətə yetsəm,

Vallahi deyərlər yenə bir mocüzə çıxdı.

 

Bir sevgi dönüb oldu iki, üç sonra dörd, beş,

Aldandım, unutdum sayın, artıq yüzə çıxdı.

 

Saldım yola, ruhum gələcəkdənn xəbər alsın,

Keçmişdəki hər səhvim ilən üz-üzə çıxdı.

 

Səhranı dolaşdım neçə il səhərə dönəndə,

Kim gördü mənim halımı güldü, məzə çıxdı.

 

Bir sevgi olar, İman, o da Allaha sevgi,

Ondan savayı kimsəni sevmək təzə çıxdı?

 

 

İman Əlioğlu

Təzadlar.- 2015.- 22 yanvar.- S15.