Sənətə urvatnan gələn aşıq Nargilə

 

Aşıq Nargiləni, ailəsini xeyli vaxtdır tanıyıram. Onun bir asıq kimi bu gün hansı məqama qədəm basdığını bu uğurları necə qazandığını söyləsəm, zəhmətin, iradənin, dözümün nələrə qadir olduğunu bir daha gözlər önünə sərgiləmis olaram.

Nargilənin doğulub boya-başa çatdığı ellə Borçalı ellərinin arasinda Tiflis boyda bir şəhər var. Bu şəhər Gürcüstan adında bir ölkənin paytaxtıdır. Həmin yerin adına da Muxran çökəyi, Muxran dərəsi ya Kaspi bölgəsi deyirlər. Təxminən 20 minə qədər əhalisi olan bu bölgənin 20-yə qədər kəndi var həmin kəndlərin əhalisi Azərbaycan türklərindən ibarətdir. Necə ki, Tiflisin bəri üzündə yüzlərlə eli, obanı birləşdirən bir yanı Qaraçöp, Qarayazıdan Baş keçidə qədər olan başdan-basa tərəkəmə elləri olan kimi, fəqət, Nargilənin böyüyüb boya-başa çatdığı Muxran elləri ilə Borçalı ellərinin çox böyük fərqi var. Fərq ondan ibarətdir ki, Borçalıda yaşayanlar öz ana dillərində bütün zamanlarda təhsil alıb. Azərbaycan tarixini, ədəbiyyatını, coğrafiyasını hər zaman əzbər biliblər. Məhz buna görə borçalıların övladları istənilən ixtisas üzrə bütün mərtəbələrə çatmağı bacarmış, ordan o yana da getmişlər. Yəni hər sahə üzrə alim olmağı bacarmışlar. Nargilənin doğulduğu böyüdüyü Muxran çökəyində isə insanlar balalarına heç bir zaman öz ana dillərində təhsil verə bilməmişlər. Çünki həmin bölgədə kiçik yaşlılar üçün məktəbəqədər təhsil tərbiyə müəssisəsi, məktəb yaşlı uşaqların oxuması üçün məktəb olub. Nəticədə, bölgənin uşaqları məcburi olaraq gürcü məktəblərində gürcü dilində təhsil almalı olub.

Muxran çökəyindəki kəndlərdə böyüyən yüzlərlə, minlərlə azərbaycanlı balaları kimi balaca Nargilə ilk təhsilini öz doğma kəndlərində alıb. Təxminən 12 yaşına kimi, yəni 4-cü sinfi bitirənədək öz ana dilində bir kəlmə belə bilməyən Nargilə tamam yad bir düşüncənin təqlidçisi olmaqdaydı.

Günərin bir günü Həmayıl arvad bu vəziyyətə dözmədi. O, nəvəsinə laylalarını, bayatılarını öz dərsini keçməyə başladı. Dodaqaltı zümzümələri ilə balaca Nargilənin düşüncələrinə elə bil sığal çəkdi ki, ram oldu qızcığaz. Çox keçmədi ki, quzuya döndərdi nənəsinin laylalı dili Nargiləni. O da yavaş-yavaş zümzümə etməyə başladıı.

Bütün bunları Nargilənin özündən, bir onu tanıyanlardan eşitmişəm. Məndə heyrət doğuransa tez bir zamanda öz doğma dilini, hətta sazını qavraması olub.

Nənəsinin aldığı sazla ülfət bağlayan bir körpə az bir zamanda havaları, havaçatları bir-birindən ayırmağı bacardi. Bunu görən valideynləri onu Bakıya qohumlarının yanına gətirdi. Burada həm dil zənginliyini, həm saz çalıb-oxumaq qabiliyyətini artırmaq üçün xeyli zaman gərək idi.

Bakıda İlqar İmamvediyevdən musiqinin sirlərini, sazın daha dərin qatlarını oyrənən Nargilə çox rahatlıqla çalıb-oxumağa başladı. Bir qədər püxtələşəndən sonra Həmayıl nənə onu yenidən öz yanına - Muxran çökəyinə apardı. Sonra başqa aşıqlarla ünsiyyət qurdu Nargilə. Onun əhatə dairəsi genişləndikcə daha da püxtələşəməyə başladı. Borçalı aşıq məktəbinin yollarını daha tez mənimsədi. Onun saz çalmaq qabiliyyəti artdıqca söz ehtiyatı da çoxalmağa başladı. Gün o gün oldu ki, 1996-cı ildə Tovuzda gənc aşıqların müsabiqəsi keçirildi. Həmin müsabiqədə gənc qızlar öz bilik bacarığını sınadı. Amma yarışmanın qalibi Nargilə Nəbi qızı Mehdiyeva oldu.

Bəzi çətinliklər üzündən ata-anası Bakıda yaşasa da, Həmayıl nənə Nargiləni özündən ayırmadı. Onun yetişməsində Həmayıl nənənin çəkdiyi zəhmət əsla hədər getmədi.

Nargilə yetkin qız olana qədər artıq peşəkar bir aşıq oldu. Folklorşunas saz bilicisi Elxan Məmmədli ona çox dəyər verdi. Professor Məhərrəm Qasımlı onu televiziyada özünün aparıcısı olduğu sazlı-sözlü verilişə dəvət etdi. Çiçək MahmudqızınınDuyğulu könüllərverilişində Gəncə televiziyasının qonağı oldu.BorçalıCəmiyyətinin sədri Zəlimxan MəmmədliSən ki bu sazı Muxran çökəyində dilləndirirsən, yaşadırsan, sənə halal olsun” - dedi.

Muxran çökəyində türkün simgəsi olan sazın aşıq sənətinin incəliklərində təqdim olunması unikal ərazidə özəl gözəldir ki, bu özəlliyi gözəlliyi Nargilə xanım təqdim edir. Özünün millətini, toplumu layiq formada təmsil edir. Onun səsi türk dünyasına yayıldıqca Muxran türklərinin varlığı duyulmağa başlayır. Aşıq Nargiləyə sinəsində gəzdirdiyi ustadlıq zirvəsini daşımasını istərdim.

Ozanverilişinə dəfələrlə dəvət olundu. O, öz mərifətli davranışıyla, oturuşu-duruşuyla, ləngərli havaları öz məqamında oxumasıyla doğrudan-doğruya hər kəsin könlünü fəth edib.

Aşıq Nargilə öz aşıqlıq məharətilə Türkiyədə özünə dəyər qazanıb. İzmirdə, Dənizlidə, Karsda başqa şəhərlərdə keçirilən festivallarda şənliklərdə çox uğurlara imza atıb.

Bundan başqa, Tiflisdə öz yetirmələrinə saz dərsi keçir Nargilə. O, indi Tiflisdə yaşayır. Özünün açdığı saz məktəbi var. Gürcüstan televiziyalarında vaxtaşırı çıxışlarıyla gürcü tamaşaçılarına ən dəyərli folklor nümunəmiz olan sazı tanıdır. Aşıq Nargilə Seyfullah Türksoyun rəhbəri aparıcısı olduğuTürksoyla ipək yoluproqramında, Bengü Türk TRT AVAZ kanallarında yaddaqalan çıxışlarıyla insanların sevgisini qazanıb. Nargilə Tiflis konservatoriyasında əcnəbi tələbələrə, o cümlədən ingilislərə saz dərsi keçir. Onlardan bir neçəsi artıq mükəmməl saz calır. Bu yaxınlarda Londondan səfərdən qayıdıb aşıq Nargilə. O, Gürcüstan konservatoriyasının tələbə muəllimləri ilə birgə getmişdi. Oradan böyük uğurla qayıdıb Nargilə. Konsert Londonda əsasən sənətkar çevrənin yıaşadığı bölgə kimi tanınan Hackney-de yerləşən KAFE-OTO-da baş tutub. Ustad aşıq Aslan Kosalıyla, aşıq Sahbazla, aşıq Əfqanla digər Borçalı aşıqları ilə daim səfərlərdə olur aşıq Nargilə.

Onun gənc yetirməsi Rustavidə yaşayan Məsim Nizami oğlu da artiq aşıqlıq aləmində öz boyuyla görünür. Onu da qeyd edim ki, Məsim Nargilənin yanına qədər aşıq Asimdən dərs almışdı bu uğurda aşıq Asimin böyük rolu var.

Bu yaxınlarda Bakıda keçirilən II beynəlxalq aşıq festivalında Gürcüstanı, Borçalını təmsil edənlərdən biri aşıq Nargilə idi. Yuxarıda dediyim kimi, Nargilə Tiflisdə yaşayır, gözəl ailəsi var. O, xalası oğlu ilə ailə qurub. İki gül balası Tiflisdə böyüyür. Azərbaycanın istənilən bir guşəsində saz çalmaq, aşıqlıq etməyi hər kəs bacarır. Amma Tiflis şəhərində sazımızın uğurlarına çox gözəl imza atmaq hər adamın hünəri deyil.

Bu ugurlara imza atmaq üçün Həmayıl nənənin Nargilə kimi nəvəsi gərəkdir. İnanırıq ki, aşıq Nargilə çox uğurlara imza atacaq...

 

Ay Nargilə, dindir sazı,

Bir az bəmə endir sazı.

Asta-astayandırsazı,

Mən yanım istəyirəm.

 

Divani”nə qurban olum,

Urfani”nə heyran olum.

Bəhməni”nə mehman olum,

Qaynar qanım istəyirəm.

 

Cıxıbsan haqq səməndinə,

Vuruldum usta fəndinə,

Yaman düsdün kəməndinə,

Sazdı yönüm istəyirəm

 

Ağır durdun, batman gəldin,

Sən əsildən-kökdən gəldin.

Sənətə urvatnan gəldin,

Belə dönüm istəyirəm.

 

Çal, sazının üzü gülsün,

Eldarqızı vəcdə gəlsin,

Daim sənə qismət olsun,

Toy-düyünüm istəyirəm.

Güllü Tomarova

Təzadlar.-2015.- 29 sentyabr.- S.15.