“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Dünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Toplantıda oftalmoloqların məruzələri dinlənilib, qlaukoma, onun müasir diaqnostik təhlilindən, müalicəsindən danışılıb və xəstəliyin aradan qaldırılmasına dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, qlaukoma gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və yaqarasu” adlandırılan qlaukomadan dünyada milyonlarla insan əziyyət çəkir. Müalicə edilmədiyi halda korluqla nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.

Tibb qəzeti  2019.- 30 mart.- S.6.