Farsların etnik
antropologiyası
Kolumbiya universitetinin professoru Vilyam Repli
“Avropanın irqləri” adlı kitabında yazır : “Ön Asiya
və Qafqazın avropoid olması bizə əsas
vermir ki Ön Asiya
xalqlarının hamısının köklərini Şumerlərə,
Assurlara bağlayaq. İran yaylasında məskunlaşan müxtəlif
etnik qruplara malik insanların antropoloji
analizi göstərir ki,
Ön Asiyanı heç
də şumerlərin,assuların əzəli vətəni kimi qeyd etməməliyik və
müasir dövrdə bu
ərazilərdə məskunlaşan bütün
etnosların kökünü onlara bağlamamalıyıq.
Bu gün İranın pers əhalisi ( farsları nəzərdə tutur ) etnik cəhətdən ön asiyalılarla qohum deyillər. Onlar həmçinin Qafqazlılarda da əlaqədə olmamışlar. Farsların adı çəkilən ərazilərə sonradan gəldiyini sadə linqivistik və mədəni araşdırmalarla sübut etmək olmaz. Mütləq şəkildə miqrasiyalar araşdırılmalı və farslara dil və mədəni cəhətdən deyil antropoloji cəhətdən qohum olan xalqlarla əlaqələri öyrənilməlidir.” V. Replinin farslarla bağlı dediyi bu fikir o dövr üçün bir mənalı qarşılanmamışdı. Çünki dövr irqçilik dövrü idi. Amma nədənsə V. Repli digər antropoloqların sevə-sevə adlarını qeyd etdiyi farsların arilərin real davamçısı olmasına qarşı kitabında belə ifadələrə yer verməsi, dövrün və sonrakı illərin tədqiqatçılarına çox qəribə gəlmişdi. Əslində məhşur antropoloq nə dediyini çox gözəl bilirdi. Çünki ondan öncə də farslarla bağlı bu tip yanaşma avropa antropologiyasında yer almışdı.
İran adlanan ərazinin araşdırılması və nəticə çıxarılması rus antropoloqları üçün xarakterik idi. Onlar farsları ya Balkan – Qafqaz tipinə yada sadəcə Qafqaz yarımqrupuna aid edirdilər. Lakin Avropa üçün İranın araşdırılması ümumi nəticə çıxarılma deyildi. Qəti şəkildə istər II Dünya müharibəsindən öncə istərsə də sonra İran və fars termini antropoloqlar üçün tamamilə fərqli anlayışlar idi. Ümum İran üçün qeyd olunurdu ki: “burada əhalinin əksəriyyəti Aralıq dənizi irqinə aiddir, digər qismini isə Əfqan tipi təşkil edir”. Aralıq dənizi irqi dedikdə Cənubi Azərbaycan əhalisi nəzərdə tutulurdu. Əfqan tipinə isə bəluclar, farslar, bəxtiyarilər aid idi. Adı çəkilən etniklərə görə sonrakı dövrlərdə bu tip əfqan yox İrano-Əfqan adlandırılmağa başladı. Və sualları da özü ilə birlikdə gətirdi : İrano-Əfqan tipinin mənşəyi kimlərlə bağlıdır? Bu tipin yayılma arealı haralardır ? Hansı qədim xalqlarla əlaqəsi vardır ? və s.
Harvard universitetinin Antropologiya üzrə professoru Stivin Kun “Avropanın irqləri” kitabında yazır: “ Əvvəllər Persia adlanan İran farslar tərəfindən sonradan ələ keçirilmişdir. Əvvəllər burada semit dillərində və hind-avropa dillərində danışan tayfalar yaşamışlar. Əsas üstünlüyü isə Azərbaycan türklərinin dili təşkil edirdi”. Kunun yazdıqlarından belə aydın olurki, Persiyanın qədim əhalisi kimi özünü qələmə verən farslar əslində sonralar buraya gəlmişdilər. Bu ərazinin yerli əhalisi böyük ehtimal assurların və şumerlərin davamçıları olmuşdurlar. S.Kunun Avropada irqlər kitabında İran xəritəsi . Maraqlıdır ki xəritədə S.Kun Cənubi Azərbaycanın bir qismini İrana daxil etməmişdir.Təbriz və Urmu gölü Azərbaycanın tərkibində verilib. S.KUNUN AVROPADA İRQLƏR KİTABINDA İRAN XƏRİTƏSİ . MARAQLIDIR Kİ XƏRİTƏDƏ S.KUN CƏNUBİ AZƏRBAYCANIN BİR QİSMİNİ İRANA DAXİL ETMƏMİŞDİR.TƏBRİZ VƏ URMU GÖLÜ AZƏRBAYCANIN TƏRKİBİNDƏ VERİLİB.
S.Kunun Avropada irqlər kitabında İran xəritəsi . Maraqlıdır ki xəritədə S.Kun Cənubi Azərbaycanın bir qismini İrana daxil etməmişdir.Təbriz və Urmu gölü Azərbaycanın tərkibində verilib.
S.Kun yazır: “İran adlanan yerdə ( olduğu kimi
tərcümə olunmuşdur ) yaşayan əhali
iki irqi tipə aid olunurlar: bunlardan birincisi Aralıq dənizi
irqi, ikincisi isə
İrano-Əfqan tipidir. Ümumilikdə hər
ikisinin boy göstəricisi
qadınlarda 164 sm, kişilərdə 170 sm-dir. ( orta gösətirici
) Etnik cəhətdən farsdilli
olmayan Aralıq dənizi irqinin
nümayəndələri Mesopotomiyanın qədim əhalisi
ilə oxşarlıq təşkil edir.
Başları dolixokefal ( yəni
uzunbaşlı) olan türklərdən başqa bəxtiyarilərdə bu irqə tipə adi olunur. Onların başları isə
yastıdır yəni braxikefaldır. Böyük
ehtimal bəxtiyarilər Aralıq dənizi
irqinin və İrano-Əfqan tipinin qarışması nəticəsində
yaranmışlar”. Farslar özlərini “nordik” yəni Şimali Avropa əhalisinin tünd
rəngli versiyası kimi qələmə
verirlər. Lakin ciddi
səhvlər var. İlk
öncə Nordiklər uzunbaşlı, farslar
isə yastı başdırlar. Farsların etnik
kökəni daha çox
hind tayfalarına antropoloji
cəhətdən uyğun gəlir.
Ümumilikdə piqmentasiya yəni dəri,
saç və gözlərin rəngi adətən
tünd-qəhvəyi, qara,
qara-şabalıdı olur. Bu tip rəng tempinə malik farslar Tehran və ona yaxın ərazilərdə
yaşayırlar və ilk baxışdan
Qafqazlılara bənzəyirlər. İkinci
tip farsların gözlərinin rəngi 2
bəzəndə 3 rəng kombinasiyasına malik
olub, hind-ari kökənli
insanlara bənzəyirlər. Xorasana doğru bu rəng tempi
çoxaldığı halda sırf Xorasanda rastlamaq təsadüfi hal
alır. Farsların braxikefallığı ilə bəxtiyarilərin
braxikefallığı arasında ciddi fərqlər
var. Bəxtiyarilərin kəllə
qutularının həcmi və forması onları
Qafqazlılara daha çox
yaxınlaşdırır. Farsların baş
quruluşu isə həm həcm həmdə
forma cəhətdən Ön
Asiyaya uyğun gəlmir.
Farsların kəllə qutuları, gözlərinin rəngi və
burunlarının quruluşu bizə imkan verir ki,
onların mənşəyi ilə bağlı fikir yürüdək. “Farsların
baş quruluşlarının
formalaşması ilə bağlı 3 versiya
var: 1-cisi bu baş quruluşunu
parfların və Ön Asiyalıların
qarışması nəticəsində yaranıb. 2-cisi Ön Asiya xalqları ilə
arilərin qarışması nəticəsində
formalaşıb. 3-cü versiya isə bəluclardan
qoparaq Ön Asiya xalqları ilə qarışan qolun sonradan arilərlə
qarışması və farsları formalaşdırması”.
3- cü versiya Stivin
Kunun da dediyi kimi o qədərdə ağıla batan deyil. Ilk
2 versiya məntiqə daha çox uyğundur. Farsların Ön
Asiya xalqları ilə qədim parfların və
sonrakı dövrdə Armenoid tipli Avropadan gəlmələrin
miksasiyasından törəmişdir. Kolumbiya Universitetinin
Klassika bölməsinin Ön Asiya üzrə tədqiqatçısı
Alferd Kapper “Ön Asiyanın
antropologiyası” kitabında
yazır ki: Parflardan sonra Ön Asiyanın əhalisində elə
də ciddi dəyişiklik olmamışdı. Qədim
assurların davamçıları parfların zamanında
ciddi qarışıma məruz qalmamışdılar.
Kiçik və ensiz və eyni zamanda ucdan əyri burunu olan
Assurların qalıntıları parflardan sonra müasir
İranın cənubunda yayılmağa və həmin yerlərdəki
parflarla nikaha girmişlər. Yeni nəsilin nümayəndələrini
Avropadan Skifiyanın dağılmasından bir müddət
sonra gələn Dinarid versiyalı Armenoidlərin fiziki təsirinə
məruz qalmışdılar ( burada müəllif Armeoid dedikdə
erməniləri nəzərdə tutmur, onlara bənzəyən
başqa xalqları nəzərdə tutur) . Bu nəsil
sonrakı dövrdə daha öncədən Hindistanın mərkəzindən
gəlmiş arilərlə artıq qarışmış və
Persiyanın mərkəzində yaşamaqda olan digər
toplumla birləşərək müasir farsları əmələ
gətirmişlər” Əvvəldə
də qeyd olunmuşdur ki, Persiyanın mərkəzində
yaşayan farslar arilərə daha çox bənzəyir nəinki
Tehran və onun ətrafında yaşayanlar. Verilən məlumatlardan
görünür ki, farslarların etnogenezisi bir neçə
mərhələdən keçmişdir. Və sonda
yalnız Əhəməni
imperiyasının sonuna yaxın adı çəkilən və
müasir farsların əcdadları
formalaşmışdılar.
Dil və mədəniyyətin bu barədə fikirləri
tam başqa ola bilər ammadaş üzərindəki
hökmdar və sadə əhaliyə məxsus oymalar göstərir
ki, Əhəmənilər zamanında daha çox Ön
Asiyanın semit dilində danışan, ərəblər və
yəmənlərlə qohum olan xalq üstünlük təşkil
etmişdir. Farsların
qarışması sübutunu əlsində onların
müasir dövrdə tam bir etnos şəkildə bir-birlərinə
çox az bənzəməsi sübut edir. Hətta ucqar kəndlərində
yaşayanların fars olması belə bəzən
şüphə doğurur. Mövzudan kənara
çıxaraq, bir nüansı qeyd etmək istərdim: Azərbaycan
dilində qarışma, törəmə ifadələrinin
İngilis dilində bir neçə formada işlənməsi
bəzən problem yaradır. Buna görədə çox
vaxt insanlar “hər millətdə qarışma” var deyə təkid
edirlər. “Törəmələr
nəslin davamçılarıdır. 1 nəslin 10
davamçısı ola bilər. Elə bir şərait yarana bilər
ki, həmin on nəsil
birləşərək tək
1 etnos yarada bilər.
Bu etnosun nümayəndələri
köçlər edər, bir-birindən təcrid olunar amma antropoloji
və mədəni cəhətdən sabit
qalarlar. Bu etnosların
birləşək millət yaratması həmin millətin
qarışıq olması anlamına gəlmir. Qarışıq etnos və millət
bir- biri ilə
bağlı olmayan istər antropoloji istərsədə mədəni cəhətdən
fərqlənən, 2,3,4 və s. etnosun toplu şəkildə
birləşək yeni bir
etnos yaratmasına deyilir.” Azərbaycan
dilində çox vaxt
“mələz” kimi başa
düşülən terminin insanlara aid edilməsi
də doğru deyil. Və qeyd olunur ki, “toplu
şəkildə”. Farsların ulu
babaları fərqli etnik qrupların toplu şəkildə yəni tayfaların
qarşılıqlı nikahı əsasında deyil, ümumi miksasiya nəticəsində yeni
tip və yeni mədəniyyət
yaratmışlar. Daha çox
iddia olunan fikirlərdən
biri farsların əslində parfların
və elamların davamçıları olması ilə
bağlı fikirdi. Etnoqraf Xanikof antropoloq Dr. Henri Fildlə birlikdə II Dünya
müharibəsindən sonra İranda apardığı tədqiqatlarla
bağlı “Persiya etnoqrafiyası, xatirələrimdə” adlı əsərdə yazır ki: “farslar əfqanlar kimi qarabuğdayı və çox
tüklü kişilərdi. Nisəbətən
cüssəli olan farslar
əfqanlarla xeyli oxşarlıq təşkil
edirlər.Elit təbəqə adətən Ön
Asiya kökənlilərdir. Onlar burunlarına və gözlərinin
çökəkdə yerləşməsinə görə
digər farslardan fərqlənirlər. Farslar arilərin 3-cü hindistan
qolunun davamçılarıdır.” Arilərin
adı çəkilən qolu hindistan ilk öncə
Əfqanıstan ərazisinə oradan Xəzərin
cənubuna gəlmişdilər. Bu qolun köçü
Parfiyanın sonuna yaxın baş
vermişdir. “ Parflar
perslərdir amma perslər farslar
deyil. Parf ifadəsinin
Persə keçməsinin səbəbkarları hindistandan köç edən
arilərdi. Arilər qalın boğaz səslərindən
daha çox incə boğaz səslərinə üstünlük
verirdilər. Buna
görə bölgənin adını Parf
kimi yox Pers kimi səsləndirmişdilər.” Kunun bu fikirləri nə qədər realdır demək
çətindir. Amm hər halda o, Harvard Universitetində
professor idi. Səhv etməsi ona baha başa gələrdi.
Türkiyədə
“iranoloji” adı altında həyat keçirilən tədqiqatlar
isə farsları elam, ari, hind və
Avropa kökənli tayfaların davamçısı kimi
göstərir. Məntiqlə fikirləşəndə anlamaq
olmur, 4 ayrı- ayrı toplumun, bir davamçısı necə
ola bilər ? Yenidən Stivin Kuna müraciət edərək,
öz kitabında yazdıqlarını olduğu kimi sizə
çatdırıram: “ İrana köçlər bir
neçə istiqamətdə olub. Hindistandan İran
yaylasına doğru köçlər e.ə
I minillikdə az saylı tayfalar şəklində başlayıb. Luristanda aparılan
qazıtnılar nəticəsində e.ə 2000-1100-cü illərə
aid 5 kəllə qutusu aşkar olunub. Həmin kəllə
qutuları sübut edir ki, Elamın və Mesopotomiyanın
yerli əhalisi arilər və başqaları gələnə
qədər Aralıq dənizi irqinə aid olmuşlar.”
Aralıq dənizi irqinə həmin dövrlərdə
mövcud olan kutilər və lullubilərdə aid olunurlar.
Bundan əlavə bu gün Azərbaycan türkləri də
bu irqi aid olunur. Əsas olan budur ki, həmin kəllələr
uzunbaşlılığı ilə Ön Asiya
xalqlarından, farslardan , arilərdən tamamilə fərqlənirdi.
Farsların Luristanda sonradan məskunlaşdığını
iddia edənlərə qarşı bildirmək istərdim ki,
Əl-Übeyddə e.ə 3700-cü illərə aid aşkar
olunan kəllə qutusunun uzunbaş olması bu iddianın da əsassız
olduğunu göstərir.
Zamin Qafar Adnalı
Türküstan.- 2015.- 5-11 aprel.- S.14.