AzərinAzərbaycan adıyla

bütünləşmiş bir insanam

Onunla tanışlığımın yaşı artıq bu ilin iyun ayında on üç olacaq. İllər öncə Azərbaycanın  körpə partızanı,  cəbrayıllı balası  şəhid Tiqananın  (Samir Əliyevin) 25 illik yubleyində, yani anım mərasimində, anım mərasimıi yox, Tiqananın timsalında bütün toysuz şəhidlərimin adına cismənBəysizçaldırdığım toyda yaxından tanış oldum.

Niyə bəysiz,  çünki həmin gün nakam gənclərimin, hansı ki, bəylik masasına oturmaq qismətləri olmamışdı, onların ruhları o məclisdə bəy idi. O məclis tam fərqli bir məclis idi. Həmin gün hamı Tiqananın 1993-cü ildə son dəfə Cəbrayılda iştirak etdiyi, qol götürüb “Yanıq Kərəmi” oynadığı toyun iştirakçısı oldu. Amma,bu toy  on ildən sonra, Bakıda “İnturist”restoranında qurulmuşdu , Cəbrayılın Cocuq Mərcanlı kəndində deyil.

Həmin toya gələn sənətçilərimiz hər biri qəlbində şəhid bəylərə sevgiylə gəlmişdilər, təmənnasız olaraq. Onların arasında çox sevdiyim, sənətinə dəyər verdiyim xanım müqənnimiz vardı. Ruhu, cismi, qanı, canı Vətən adlı maya ilə yoğrulmuş bu xanımBəysizbəylərlə əhatələnmiş məclisimizi gözəl səsi, əsrarəngiz ifası ilə daha da rövnəqləndirdi. O gündən bu xanımın sənəti mənim üçün daha əziz, daha cazibədar oldu. Bilirsinizmi niyə?Çünki, ürəkdolu, içdən gələn səsində, nəfəsində Vətən vardı, Vətən...

Elə bu Vətən sevgisi ilə illərdən sonra onunla həmsöhbət olmaq istədim. Çünki, bu gün şou biznesin qalmaqallı, “maral”larla dolduğu , əsil sənətin qondarma sənətin kölgəsində gizlənildiyi bir vaxtda bu xanımın fikirləri mənim üçün çox önəmli idi. Həm bir yazar, həm bir vətəndaş olaraq.

Beləcə, bu günki həmsöhbətim türk dünyasının xanım-xatın müqənnisi Azərindir.

-Salam, Azərin xanım. İllərdən sonra yenidən sizinlə görüşmək mənim üçün çox xoş oldu.

Bu günki söhbətimiz  vətənpərvərlik notları üzərində köklənəcək. Əslində, sizin ruhunuzun bu mövzuyla yoğrulduğunu gözəl bilirəm. Elə ona görə bu gün Azərin xanımın vətənpərvərlik ruhuna daha  bir qidanın-hərbi vətənpərvərliyin əlavə olunmasına açıqlama gətirmək istəyirəm.

Rəhmətlik, M.Arazın

Vətən mənə oğul desə dərdim,

Mamır olub qayaslnda bitərdim

misrası sızə tanışdır. Bu misradakı fikirləri Azərin xanım özünə uyğun tərzdə  oxucularımıza neçə açıqlayar?

 -Salam. Mən illərdən sonra görüşümüzdən çox şadam. Gözəl sualdı, gorkəmli şairimiz Məmməd Araz "Vətən mənə oğul desə dərdim"şeirində əslində hər bir Azərbaycan övladina torpağin,vətənin qədər müqəddəs oldugunu,onun yolunda lazim gələrsə canından belə kecməyi gözə almağı bacarmağı çox gözəl şəkildə ifadə etmişdir.

Vətən mənə oğul desə...”

Baxaq hər insana nəsib olurmu Vətən ona oğul desin? Xeyr. Açıqlayımmı?

Məncə yolunda ölümün gözünə dik baxmağı , onun namusu yolunda şəhid olmağı bacaran övladına içdən  oğul deyir Vətən.   bu iki misrada böyük bir fəlsəfə yatır-Vətən fəlsəfəsi...

Ürəyində Vətən boyda bir dünya yaşadan Məmməd Arazın bu misralarını Təbrizə boylanmadan, Zəngəzura, İrəvana, Dəmir qapı Dərbəndə xəyali səfər etmədən, yaralı Qarabağımızın nisgilli torpaqlarını qarış-qarış xatırlamadan anlamaq, dərk etmək asan deyil.

 -Azərbaycan Ordusu bu gün çox böyük uğurlara nail olub. Ordunun yeni rəhbəri, peşəkar zabit, dəyərli generalımız cənab Zakir Həsənovun təyinatı, ölkəmizin vətəndaşları üçün sevindirici haldı. Onun ordu siyasətindəki yenilikləri, mütəmadi sərhəd sərhədyanı hərbi hissələrdə əsgər zabit heyəti ilə görüşləri insanlarda qələbəyə inam hissini çox artırıb. Əvvələr övladlarını hərbi xidmətə yollamağa qorxan valideynlər bu gün, çəkinmədən övladlarını əsgər yola salırlar. Bütün bunları gözəl bilirsiniz. Amma, mənim söhbətə bu yönümdə  baslamağımın məqsədi sizin bir sənətçi olaraq bu sahədə olmağınızdı. Bu barədə fikirlərinizi bilmək maraqlıdır.

-Bəli, bu gün  Azərbaycan Ordusu, Silahli Qüvvələrimiz  inkişaf etməkdədir.Ölkəmiz üçün ən önəmli amillərdən biri olan, ordu ilə xalqın yaxınlaşması,birləşməsi,vətəndaşın öz övladını dövlətə tam güvənərək ordu sıralarına yollamasının əsas səbəblərindən biri Dövlət başçımızın, cənab İlham Əliyevin düzgün siyasətinin nəticəsidir.Onun sərəncamı ilə ordumuza rəhbər təyin olunmus cənab   generalımız   Zakir Həsənov qisa muddətdə xalqımızın inamını rəgbətini qazandi.

Dəyisikliklər göz önundədir.Mən inaniram ki, bu ordumuzla inşallah Azərbaycanımızın üçrəngli bayrağını Qarabağda asacağımız günə çox qalmayıb. Mənim Azərbaycan Ordusu ilə yeni layihələrə qoşulmağımın da tək səbəbi bilirsiniz-Vətən, Vətən yenə Vətəndir.

-Azərin xanım, sənətdə olan müqənnilərin 90 faizinin bu gün toylara, şou proqramlara can atdığı, efirlərdə görünmək üçün dəridən qabıqdan çıxdıqları bir vaxtda, gözəl səs diopazonuna malik, istedadlı müqənni Azərin, tam fərqli bir sahədə, tam fərqli bir mövzuda özünü tapır. Niyə? Sizə pul qazanmaq lazım deyilmi? Siz digərləri kimi komfort həyat tərzi, bahalı maşınlara, mülklərə sahib olmaq istəmirsinizmi???

-Allah(c.c)hər insana bir ömür biçir.Mən uşaq yaşlarindan vətənimi tərənnüm etmişəm.Daha sonralar,gənclik illərində Azərin adını özümə ad,ünvan bilmişəm.Ölkəmin böyük tarixini,soykökümü,dərindən öyrənmiş, Azərbaycan adiyla bütünləşmiş bir insanam. Mən başqa cür ola bilmərəm, Xalidə xanım. Vətən adlı libas boyuma biçilib. Mənim ən böyük sərvətim bu torpaqdı, bu xalqdı, Azərbaycandı. Mən çox dövlətli insanam biləsiniz...

 -Gənclərimizin hərbi vətənpərvərlik mahnılarına marağı bu gün bildiyimiz kimi, repe, popa, meyxanaya olan qədər güclü deyil. Sizcə buna səbəb nədir?

 -Başlıca səbəbi mən ailə məktəbdə görürəm. Gəncliyi qınamayaq. Ailə, valideyn, məktəbdə   müəllim sevdirməlidir bu mahnıları. Onlar usaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər.Olsun, musiqinin hər növünün, hər janrının öz gözəlliyi, öz cazibədarlığı var. Bunu da hər bir insan öz zövqünə uyğun seçir. Amma, yeganə janr, yeganə növ var ki, ona zövq lazım deyil. O da vətənpərvərlik mövzusunda olan mahnılardır. Bu mahnıları usaqdan böyüyə hamı sevməyi bacarmalıdır. Amma, əfsuslar olsun ki, hələ bizdə bu formalaşmayıb. Amma, ümidsiz olmayaq. İnşallah yavaş-yavaş bu da yoluna düşər

-Bildiyimiz kimi Müdafiə Nazirliyinin, şəxsən Zakir müəllimin   təşəbbüsü ilə hərbi vətənpərvərlik mahnılarının müsabiqəsi keçiləcək. Bu müsabiqədə sizin üzərinizə böyük məsuliyyətli bir vəzifə düşüb. Necə düşünürsünüz bu müsabiqə  hərbi vətənpərvərlik ruhunda yazılan əsərlərlə gənclərimizin diqqətini  çəkə biləcəkmi?

 -Bildiyiniz kimi mən uzun illərdir,butun gücümü həyat tərzimi bu işə həsr etmişəm.Bu gün Müdafiə Nazirliyinin keçirməyə hazirlasdıgı hərbi vətənpərvərlik mahnılarının müsabiqəsində,münsiflər heyətində yer almagim, mənim üçün çox sevindirici haldır.

Üzərimə düşən bu şərəfli işin uğurlu  nəticə verəcəyinə çox inaniram.Təbii ki, bu işdə bizə yardim edən, MN rəhbərliyinə,Gəncə Zabitlər evinin rəisinə MN-in bütün şəxsi heyətinə,ictimai təşkilatlara,mediaya,telekanallarimiza  bu işdə iştirak edən bütün insanlara öncədən öz təsəkkürümü bildirirəm.Düşünürəm ki,bu mövzuda görülən islər daimi olmalidir,və bu sahədə heç bir Azərbaycan vətəndaşi öz bacarigini,əməyini imkanlarini əsirgəməməlidir.

Vətənimizə,millətimizə xeyirli,ugurlu olsun.

 - Amin inşallah. Bəli, bu işdə hamı öz köməyini, öz bacarığını gücü yetdiyi dərəcədə ortaya qoymalıdır. Çünki,  bu müsabiqə bizim düşmənlə silahsız mübarizəmizə təkandı.

Azərin xanım, təşəkkürlər tutduğunuz bu şərəfli yolda sizə daha böyük uğurlar arzulayırıq.

Xalidə Xalid

Türküstan.- 2015.- 12-18 aprel.- S.16.