Azərbaycan bayrağının mənəvi-ideoloji mənası

 

Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişinibu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasını bilmirsə, yaxud da belə bir ideyanın olmadığını iddia edirsə deməli, onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünki milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü-kimliyini, dilini, mədəniyyətini və s. görür. Deməli, milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz.

Bu mənada bugünkü Azərbaycan Cümhuriyyətinin üçboyalı bayrağı onun milli varlıq fəlsəfəsidir. Bu üçboyalı bayraqda Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. Ancaq təəssüflər olsun ki, bir çoxlarımız milli baryaq ideyasını kifayət qədər anlamırıq və yaxud da anlamaqda çətinlki çəkirik. Hətta bəziləri üçün üçboyalı milli bayrağımız yalnız rənglər və bezdən ibarət maddi bir mahiyyət daşıyır. Halbuki, bayrağı milli bayraq edən nə bez, nə də onun təsviri deyildir. Milli bayrağın müqəddəsliyi, ucalığı, mənəvi mahiyyəti və s. onun boyalarındakı mənəvi-ideoloji mənası ilə bağlıdır. Bu baxımdan milli bayrağı yalnız ayrı-ayrı rənglərin təsadüfi bir toplusu kimi görmək, hər boya haqqında bir anlayış işlədib bununla kifayətlənmək və s. doğru deyildir.

Fikrimizcə, bu gün milli bayrağın fəlsəfi-ideoloji mənasının dərkindəki problemlərin nəticəsidir ki, Azərbaycan türk bayrağı İranda, Belçikadab. ölkələrdə aşağılananda (məsələn, milli bayrağımız tərsinə asılanda və s.) bir toplum olaraq buna anındaca nəinki yetərli, heç onun yarısı qədər belə reaksiya göstərmirik. Ümumiyyətlə etiraf etməliyik ki, milli bayrağa qarşı istər daxildə, istərsə də xaricdə xoşagəlməz hallara yalnız rəsmi dövlət səviyyəsində deyil, bir millət olaraq göstərilən təpkilər də çox zəifdir. Bunun səbəbini ilk növbədə, milli bayrağın yaranma tarixini istənilən şəkildə öyrənməməyimizdə, onun mənəvi-ideoloji mənasını lazımınca qavramamaqda, təhsilmizdəki problemlərdə və s. axtarmalıyıq.

Bugünkü Azərbaycan türk bayrağı rəsmi şəkildə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi yaransa da, onun tarixi türkün tarixi qədər qədimdir. Şübhəsiz, bu bayrağın hər boyasında türk millətinin özü izi, dəsti-xətti vardır. Öncə qeyd etməyi zəruri bilirik ki, Azərbaycan Cümhuriyyətinin ilk bayrağı, fonunda aypara və səkkizgüşəli ulduz olmaqla yalnız qırımızı-al boyadan ibarət olmuşdur. Həmin dövrdə də, bu gün də həmin bayraq, kiçik fərqlə - aypara və beşgüşəli ulduz olmaqla Türkiyə Cümhuriyyətinin bayrağıdır. Türkiyə və Azərbaycanın bayraqlarının oxşarlığını 1918-ci ildə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi aparmaq üçün, Azərbaycana gələn milli ziyalılarımızdan Əli bəy Hüseynzadə də görmüşdür. Əli bəy yazır: «Bayrağı bizimkinin (yəni Türkiyənin -F.Ə.) eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm». Deməli, Ə.Hüseynzadə cüzi fərqi nəzərə almasaq, Azərbaycan və Türkiyə bayrağını türk bayrağı kimi xarakterizə etmiş, bundan çıxış edərək hər iki ölkənin türk dövləti olduğunu vurğulamışdı.

Ümumiyyətlə, qeyd etməyi vacib bilirik ki, həmin dövrdə hər iki türk dövlətinin eyni bayrağı daşıması Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusilə, antitürk qüvvələr (ruslar, ermənilər, farslarb.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqda ittiham edir, onun müstəqilliyinə kölgə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayrağı yenisi ilə, yəni üçboyalı bayraqla əvəz etməli oldular.

Ancaq Azərbaycan Cümhuriyyətinin yeni üçboyalı bayrağı özündən əvvəlki təkboyalı al-qırmızı bayrağı nəinki inkar etmiş, əksinə mənəvi-ideoloji mənada onu tamamlamışdı. Başqa sözlə, Cümhuriyyətin ikinci bayrağında al-qırmızı boya və ayparalı səkkizguşəli ulduzla yanaşı, türklüyü və islamlığı ifadə edən göy və yaşıl rənglərin öz ifadəsini tapması ilə, milli bayraq tam bir mənəvi-ideoloji dəyər kəsb etmişdi. Bu baxımdan təkboyalı bayrağın üçboyalı bayraqla əvəz olunması müəyyən mənada siyasi amillərlə bağlı olsa da, əslində onun yaranmasında milli-türk və müstəqil Azərbaycan ideyası daha mühüm rol oynamışdı.

Üçboyalı bayrağın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayrağı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qiyafəli bir insan olalım» - deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideyasının təməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «üçlü» düsturuna görə, hər müsəlman-türk müasir ruhlu millidini birlikdən çıxış etməlidir. Çünki Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında millidini kimlik bir yerdə götürülürdü. Bunu, Ə.Hüseyn­za­də belə izah edirdi ki, islam istisna olmaqla türklərin əksəriyyəti baş­qa dinlərə ciddi şəkildə meyilistedad göstərməmiş, gös­tə­rən­­lər isə öz etnik mənşələrini belə unutmuşlar. Ancaq mü­səl­­man türklər həm islam aləminin mühüm bir istinadgahına çevrilmiş, həm də öz tayfa və milliyyətlərini qoruyub-sax­lamı­şlar. O yazır: «Müsəlmanız, onun üçün dünyanın hər nərəsində xeyirxahı bulunduğumuz din qardaşlarımız tərəqqi etsə biz o tərəqqiyi əz canü dil alqışlarız! Türküz, ona görə də türküz. Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu ediriz». Beləliklə, Ə.Hüseynzadənin türk xalqlarına çatdırmaq istədiyi fikir ondan ibarət idi ki, milli ruhlu ziyalılar islamçılıq və türkçülüklə yanaşı, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil etməyən Avropanın müsbət dəyərlərini də təbliğ edəcəkdir. Ancaq Qərb mədəniyyətini mənimsəmək heç də müsəlmanların, türklərin avropalaşması, avropalıları təqlid etməsi anlamına gəlməməlidir: «Türkün irtidad edib firəngləşməsi, firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!».

Tanınmış türkçü Yusif Akçuraoğluna görə, Ə.Hüseynzadənin bu «üçlü» düsturu çox keçmədən türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp tərəfindən dəstəklənmişdir. Belə ki, Z.Gökalp 1910-cu illərdə Ə.Hüseynzadənin yolunu davam etdirərək onun «türkləşmək, islamlaşmaqavropalaqmaq» ideyasını «Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm» kimi formulə etmişdi. 1912-1913-cü illərdə «Türk yurdu» jurnalında dərc etdirdiyi silsilə məqalələrində Z.Gökalp yazırdı: «Türkləşmək, islamlaşmaq məfkurələri arasında bir çatışma olmadığı kimi, bunlarla müasirləşmək ehtiyacı arasında da bir çəkişmə mövcud deyildir… O halda hər birinin nüfuz dairəsini təyin edərək bu üç cərəyanın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunları bir ehtiyacın üç müxtəlif nöqtədən götürülmüş səhifələri olduğunu anlayaraq müasir bir islam türklüyü ibda etməliyiz».

Türkiyədə olduğu dövrdə (1911-1913) Z.Gökalp, Y.Akçuraoğlu, Ə.Hüseynzadə və başqa türkçülərdən bu «üçlü» düsturu mənimsəyən və onu Azərbaycan türkçülüyünün məfkurəsi halına gətirən M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə 1918-ci ildə milli bayrağın simvolarına çevrilən türkçülüyü, islamçılığı və müasirliyi ardıcıl olaraq belə ifadə etmişdi: «Dilcə - biz türküz, türklük milliyyətimizdir. Ona görə də müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixitürk mədəniyyətinə malikiyyətimiz - məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızmızdır… Dincə - müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün (yeniləşmə) vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, mühtərək bir yazıya, xülasə ortaq bir mədəniyyətə malikizZamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək mütləq əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zamanə adamı olmalıyız… Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor - mütləqə üç əsasa sarılmalıyız: türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə millətimizin ictimai həyatının islahı üçün üzərinə dayandığımız üç payeyi-mədəniyyət!»

M.Ə.Rəsulzadə bu üç prinsipə sadiq qalaraq, onları Azərbaycan-türk bayrağında ifadə etmişParlamentin ilk iclasındakı çıxışında onun siyasi-ideoloji mənasını belə izah etmişdi: «Müstəqil Azərbaycanı təmsil edən üçboyalı bayrağı Milli Şura qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı-əhraranəsini (özgürlüksevərliyini) təmsil edən bu üçboyalı baryaq daima başımızın üstündə ehtizaz (dalğalancaqdır) edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcək­dir!». M.Ə.Rəsulzadə parlamentin növbəti iclasında isə milli bayrağın mənəvi-ideoloji mənasını bir qədər də açmışdı: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariyyətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən - nəuzu billah (Allah eləməsin)- islama xətər vurursunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olurDaima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».

M.Ə.Rəsulzadənin bu sözlərində inkarolunmaz elə bir həqiqət var idi ki, 70 illik SSRİ imperiyası belə milli bayraq fəlsəfəsini Azərbaycan-türk insanının şüurunda silə bilməmişdi. Əksinə, milli bayraqdakı üçboya və səkkizguşəli aypara onların ruhuna və mənəviyyatın əbədi həkk olunmuşdu. Hətta bu boyalar insanlar üçün o qədər doğmalaşmışdı ki, bəzən onlardan birinin digərini ifadə etməsi halları belə olmuşdu. Məsələn, 1919-cu ilin 28 mayında «Bir yaş» məqaləsində tanınmış ziyalımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, bayrağımızın mənəvi mənası olaraq al (qırmızı) boya türkçülüyə, yaşıl boya islamlığa, mavi boya isə mədəniyyətə işarədir. Deməli, Ü.Hacıbəyli qırmızı boyanı türkçülüyə aid edərək mavi rəngi mədəniyyət mənasında qəbul etmişdir. Biz burada Ü.Hacıbəy­linin nədən bayrağmızın boyalarına fərqli şəkildə yozmasını geniş izah etmədən, burada mavi rəngin mədəniyyət kimi yozulmasına diqqəti cəlb etmək istərdik. Fikrimizcə, mədəniyyət və müasirlik anlayışları heç də bir-birinə tamamilə yaxın istilahlar deyildir. Əgər «müasirlik» dar məna daşıyıb özündə yalnız bu günün dəyərlərini və tələblərini əks etdirsirə, «mədəniyyət» anlayış daha geniş məna kəsb edərək nəinki bu günün, həm də keçmişin və gələcəyin nişanəsidir. Eyni zamanda «mədəniyyət» anlayışında millidini dəyrlərlə yanaşı, Qərb-Avropa mədəniyyətinin mütərəqqi cəhətlərinin də öz əksini tapması mümkündür: demokratiya və mədəniyyət.

Bizə elə gəlir ki, bu baxımdan milli bayraqdakı boyaların fəlsəfi-ideoloji mənasını M.Ə.Rəsulzadə daha aydın ifadə etmişdi. Onun fikrincə, milli bayrağın məzmun və mənası «müasir bir türkislam siyasi mövcudluğu» ilə bağlıdır. Burada qeyd edilən «müasir bir türkislam» kəlməsi göstərir ki, «müasirlik» dedikdə, ilk növbədə millidini sahədə, yəni islamda və türklükdə yeniləşmə, milli və bəşəri mədəniyyətin bütövlüyü - dünyəvilik (layiqlik) nəzərdə tutulur. Bunu, M.Ə.Rəsulzadənin bayrağın mənası ilə bağlı, kitabda öz əksini tapmış xüsusi qeydi, açıqlaması da bir daha təsdiq edir. O yazır: «Azərbaycan bayrağındakı mavi rəng - türklüyü, yaşıl rəng - müsəlmanlığı, al rəng də - təcəddüd (yeniləşmə - F.Ə.) və inqilab rəmzi olmaq həsbilə əsrliyi tərmiz edər ki, möhtərəm Ziya Gökalp bəyin «türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» - düsturunu ifadə etmiş olur». Deməli, Rəsulzadə «qərb mədəniyyətindənəm» anlayışını yeniləşmə və inqilab kimi başa düşmüşdür. Bu baxımdan «yeniləşmə və inqilab» dünyəvilik (layiqlik) məfhumu ilə bağlıdır.

Bizə elə gəlir ki, Azərbaycan türk bayrağında öz əksini tapmış göy rəngin türklüyü ifadə etməsinin də böyük mənəvi-ideoloji anlamı var. Bu boya ilk növbədə, qədim türk­lərdə mövcud olmuş dini inanc - Tanrıçılıq dini ilə bağlıdır. Qədim türklər Tanrıya «Göy Tanrı» deyə müra­ciət edirdilər. Türklərdə «göy» səmanın rəngini bildirdiyi üçün müqəddəs sayılırdı. Buna görə də, göy boya müqəddəs göyün olduğu kimi, həm də Tanrının  simvolu idi. Bir sözlə, mavi rəng əski türk inancları ilə bağlı olaraq türklüyün rəmzi, simvolu kimi Azərbaycan bayrağına daxil edilmiş, XX əsrin əvvəllərində milli tərəqqi və milli istiqlalın siyasi doktrinası olan «türkləşmək, müasirləşmək, islamlaş­maq» ideoloji modelinin bir istiqamətini simvollaş­dır­mış­dır. Bu baxımdan türkçülüyün simvolu olan göy boya, eyni zamanda tanrıçılığın rəmzidir. Göy bo­ya türkçülüyü əks etdirdiyi qədər də, tanrıçılığı - tək­al­lah­lı­lığı da ifadə edir. Bu anlamda türkçülük tanrıçılıq, yəni tək olan Allaha inam deməkdir. Deməli, islamda yaşıl boya, tan­rı­çılıqda isə göy boya tək olan Allahı əks etdirir və hər ikisində dini-fəlsəfi məna vardır. Bu baxımdan türklərin tan­rıçılıqdan sonra islama tapınmalarını başa düşmək çətin deyildir.

Milli bayrağımızdakı boyaların mənəvi-ideoloji mənası ilə bağlı Əhməd Cavad, Cəfər Cabbarlı və b. şair-mütəfəkkirlərmiz də dəyərli fikirlər irəli sürmüşdü. Bu baxımdan Əhməd Cavadın yazdığı «Azərbaycan bayrağına» şeiri dövrünün ən gözəl incilərindən biri hesab oluna bilər. O, bu şeirində Türküstandan, Turandan, üç boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin birliyindən və s. bəhs edir:

 

«Gedərkən Turana çıxdın qarşıma,

Kölgən Dövlət quşu, qondu başıma!

İzn ver gözümdə coşan yaşıma -

Dinlətsin dərdini aha, bayrağım!

 

Qayi xan soyundan aldığın rəngi,

Qocalmış Elxanla müsəlman bəgi.

Elxanın övladı, dinin dirəgi,

Gətirdin könlümə səfa, bayrağım!

 

Köksümdə tufanlar  gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri!

Allahın yıldızı, o gözəl pəri,

Sığınmış qoynunda Aya, bayrağım!».

 

Başqa tanınmış Azərbaycan türk ziyalısı Cəfər Cabbarlı 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunan «Azərbaycan bayrağına» şeirində isə üç boyalı-üç mənalı Azərbaycan türk bayrağının fəlsəfi-ideoloji izahını belə verir:

 

                                    «Kölgəsində ay əyilib bir gözəli qucmada.

                                    Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

                                   Şu görünüş bir ananın şəfqətinə oxşayor.

                                   Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

                                  Bu ay, yıldız, boyaların qurultayı nə demək?

                                               Bizcə böylə söyləmək!

                                    Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

                                               Bir türk oğlu olmalı!

                                   Yaşıl boya islamlığın sarsılmyan imanı,

                                               Ürəklərə dolmalı!

                                   Şu al boya azadlığın, təcəddüdün fərmanı,

                                               Mədəniyyət bulmalı.

                                   Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU!

                                   Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

                                               Səhərlərə uçmuşdur.

                                   Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

                                               Yurdumuzu qucmuşdur!

                                   Allah, əməllərim edib şu bayrağı intiqal,

                                   Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

                                   Yürəyində bir dilək var, o da doğru kəsilsin,

                                   O gün olsun bir göy bayraq Turan üstə açılsın».

 

Bizə elə gəlir ki, Azərbaycan təhsilində tədrisində yuxarıda qeyd etdiyimiz bilgilər öz  doğru əksini taparsa, Azərbaycan-türk insan milli bayraq məfkurəsini daha yaxından mənimsəyər ona mənən sahib çıxar. Bunun üçün, bu gün yeni nəslə Hüseynzadələrin, Rəsulzadələrin, Cavadların, Cabbarlıların başqalarının milli ruhlu ideyaları aşılanmalı onlarda milli bayraq sevgisi yaradılmalıdır.

 

Faiq Ələkbərov

 

Türküstan.- 2017.- 9-13 noyabr.- S.6; 8.