Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:

MİR MÖVSÜM NƏVVAB

 

II Yazı

 

İctimai-siyasi görüşləri. Hesab edirik ki, Nəvvab həyatının son dönəmlərində nisbətən ifrat şiəçilik, imamilik təəssübkeşliyindən uzaqlaşmışdır. Məsələn, o, 1882-ci ildə qələmə aldığı Musiqi elmi haqqında kitabında əslində İslam dinində də musiqinin haram hesab olunmadığını sübut etməyə çalışmışdır. Eyni zamanda, Nəvvab musiqinin insanlar üçün vacibliyini, əhəmiyyətliyini göstərmək üçün Aristotel Pifaqor, Farabi, İbn Sina və başqa filosofların musiqiylə məşğul olmalarından nümunələr gətirmişdir.

İfrat mühafizəkarlıqdan uzaqlaşıb yenilikçiliyə meyil etməsi baxımından Nəvvabın 19-cu əsrin sonlarında qələmə aldığı Millətin birləşməsi haqqında şeiri də çox diqqətəlayiqdir. O, həmin şeirində başqa millətlərin tərəqqiyə üz tutduğu bir zamanda Qafqaz türklərinin o cümlədən Azərbaycan türklərinin hələ də qəflət yuxusunda olmasına etirazını bildirib:

 

Cümlə millətlər tapdılar rifət,

Saldılar ələ şənilə şövkət,

Cümləsi edər bizlərə töhmət,

Ayılın, millət, xabi-qəflətdən,

Qurtarın, qardaş, bu cəhalətdən.

 

Nəvvab Avropa ölkələri ilə müqayisədə, türk-müsəlman məmləkətlərinin böhran içində olduğunu görür və onu aradan qaldırmağa, İslam dini ətrafında sıx birləşməyə çağırır, millətin birliyini nifaq və cəhalətdən uzaq durmaqda görmüşdür:

 

Ey müsəlmanlar, amandır aman,

Gülzari-dini etməyin xəzan,

Dərdimiz qalıb cümlə bidərman

Əl çəkindir dəm iftiraqdan,

Yapışın yeksər ittihaddan,

Qurtarın, qardaş, ehtiraqdan,

Ayılın, millət, xabi-qəflətdən,

Əl çəkin bir dəm bu cəhalətdən.

 

Nəvvab yazır ki, bütün başqa millətlər tərəqqiyə üz tutub ittifaq etdikləri halda müsəlman xalqların hələ də bir-birlərinə yaxınlaşmaq niyyətləri yoxdur. Üstəlik, müsəlmanlar milli birlik yaratmaq əvəzinə, öz aralarında qovğa, münaqişə içindədirlər. Nəvvab yazırdı:

 

Millətlər hamı ittifaq alıb,

Aləm əhlinə vəlvələ salıb,

Bizim əhlimiz mat olub, qalıb

Bu şurişdir, bu qovğadır,

Bu büzğü kin kim, hüveydadır,

Bu bəhsdir, qövli-bicadır

 

İttifaq edib eyləyin səvab,

İftiraq etməyin manəndi-dəvab,

Doğru yoldur kim, göstərir Nəvvab,

Ayılın, millət, xabi-qəflətdən,

Qurtarın, qardaş, bu cəhalətdən.

 

Nəvvaba görə, müsəlman xalqları arasında adını gah mürşid, gah müqtədir qoyub, dini-mübinə rəxnə salanlar isə riyakar mollalar, ruhanilər, məzhəbpərəstlər despotik məmurlardırlar. Onun fikrincə, xüsusilə gündə bir təriqətə tapınanlar İslam birliyinə əngəl olurlar.

 

Aralıqda itib hökmi-şəriət,

Xahişlərin eyləyiblər təriqət,

Bidət salıb, ad qoyurlar həqiqət,

Bu bidəti zərbəft edər, şal edər.

 

Din rövnəqi pozulubdur bulardan,

Müşəxxəsdir, mübindir kəma-kan,

O işlər ki bular tutar biguman,

aqillər eylər, cühhal edər.

 

Başqa sözlə, İslam aləmində qarşıdurma yaradanlar, ilk növbədə, Həzrət Əlini ilahiləşdirən əliallahilər, dində islahat aparmaq adı ilə onu korlayan babilər, şeyxilər başqalarıdır. Nəvvab yazırdı ki, vaxta qədər bütün müsəlmanlar İslam dininə eyni gözlə baxa bilməyəcəklər, yəni bu dinin həqiqi mahiyyətindən çıxış etməyi bacarmayacaqlarsa, o zaman onların vəziyyəti bu dünyada daima çətin müşkül olacaqdır:

 

Bunlar salır aləmlərə qovğanı,

Təşrih edib dağıdırlar dünyanı,

Pəst edirlər şəriəti-Quranı,

Bu ətfalı inanma Dəccal edər.

 

Bir-birinə büxl edər aşikar,

Müəlmanı bir-birinə qırdırar,

Halva yeyib bədöv atlaq tək qızışar,

Dizə çöküb qalü mənqal edər.

 

Nəvvab hesab edirdi ki, İslam dini adı altında qədər məzhəblər varsa, bu dindəki bütövlüyün, birliyin bir o qədər sarsılması deməkdir. Çünki tək Allaha sığınan müsəlmanı hər bir məzhəbpərəst öz tərəfinə çəkir. Bununla da müsəlman bilmir ki, hansının sözünə inansın. Bununda nəticəsində onlar hamısı bunu edərkən Allahın Həzrət Məhəmmədin (s) adından danışırlar. Nəvvab yazır:

 

Gah mürşid ad qoyur özünə, gah müqtədir,

Dini-mübinə rəxnə salıb, eylər iftixar,

Təsbihü teylesan götürüb eylər inkisar,

Hər kəs əlinə düşsə onu fənlə soyar,

Gəldik cahana haqqı tapaq, molla qoymadı.

 

Gah sufi məzhəbinə verir sidqlə rəvac,

Gah dəhri, gahi şeyxiliyə eylər ibtihac,

Gahi üsuli, gahi Kərimxanə ehtiyac,

İslam dininə salır hər biri evicac,

Gəldik cahana haqqı tapaq, molla qoymadı.

Yaxud da:

Ömrümüz puç edib bətalətlə,

Gah üsuli gah şeyxilər.

 

Görmədim mən bu işlərin səmərin,

Bu səfahətdə tanımadım bir əsər.

 

Mollaların, məzhəbpərəstlərin danışdıqların hiylə, cəfəng, boş söz sayan Nəvvabın fikrincə, onların yalançı dini etiqadları milləti İslamdan uzaqlaşdırır, ümmət arasında təfriqə salırlar. Deməli, müsəlman üçün əsas kitab yalnız Quran olmalı ona sarılmalıdır:

 

Hər danışsalar hamısı lafdır yəqin,

Xudrəyü xudpəsəndü kəlməbazü pürzi kin,

Avarə qoydu milləti bu rənəsazi-din,

Təfriqi-ümmət içrə salıb etdilər qəmin,

Gəldik cahana haqqı tapaq, molla qoymadı.

 

Nəvvab müsəlman xalqların gerilikdən inkiçşafa doğru getməsinin çıxış yolunu İslam alimlərinin məsələyə qarışmasında, müsəlmanlara doğru yol göstərməsində görürdü:

 

Harda qalıbdı alimi-rəbbanilər, hanı?

Gün kimi rövşən eyləyə ta cümlə dünyanı,

Rövnəq verə şəriətə o elmlər kanı,

Nur ilə zülməti, əzizim, axtarıb tanı,

Gəldik cahana haqqı tapaq, molla qoymadı.

 

Bizə elə gəlir ki, Nəvvabın əvvəlki dövrlərlə müqayisədə, sonrakı dönəmlərdə İslam dininə yeniləşməyə münasibətdə mütərəqqi mövqe tutmasında erməni-müsəlman münaqişəsi mühüm rol oynamışdı. Özü Nəvvab açıq şəkildə yazırdı ki, bu münaqişənin əsil səbəbkarı olan ruslar ermənilərlə birlikdə türklərə-müsəlmanlara qarşı vəhşilik törədiblər. O, yazır:

 

Məscidi yandırıb əramənü rus,

Hər iki qövm oldular mənus,

Rəhməti-həqdən olub məyus,

Var ümidim ki, ola məkus...

Yaxud da:

Qalaşayovun buyuruğuyla ruslar, kazaklar,

Neçə əyan evlərinə od qoyub yandırdılar,

Ermənilə yügürüşüb həm məscidə od vurdular,

Şöləsin qalxızdılar, ta dərgahi-sübhanə bax.

 

Doğrudur, müsəlmanlar-türklər ruslarla ermənilərin layiqli cavablarını da veriblər. Hər halda Nəvvab yazır ki, rusların oyununa gələrək türklərə-müsəlmanlara saldıran ermənilər , onların havadarları da sonunda məğlubiyyətə düçar olublar. O, yazır:

 

Ermənilərdən o qədri qətl olundu ol zaman,

Bir qəbrdə üç-dördün eylədilər nihan,

Qoydular üz qaçmağa ol dəmdə çün pirü cavan,

bəsirət gözlərin, gər mərdsən meydanə bax.

 

Qalayaşov bu qissələrdən baxəbər oldu o dəm,

Əmr qıldı ləşkərinə, saldılar şeypura dəm,

Pəs keşişlər sülh üçün qalxızdı əczilə ələm,

Məscidə yüz qoydular, sən əhdə bax, peymanə bax.

 

Çar Rusiyasının əliylə birbaşa iştirakıyla gerçəkləşən erməni-müsəlman münaqişəsi bir daha göstərdi ki, bir çox cəhətlərə görə ermənilərdən onların havadarlarından geri qalan müsəlmanlar-türklər yalnız sxolastik hala gətirilmiş İslam mədəniyyətinə güvənməklə irəliyə gedə, tərəqqi edə bilməzlər. Bunun üçün müsəlmanların dünyəvi elmləri öyrənməsi, texnika başqa sənətlərə yiyələnməsi vacibdir.

Nəvvabın dünyagörüşünə aid dini-fəlsəfi ictimai-siyasi məsələləri ümumiləşdirərək, belə nəticəyə gəlirik ki, o, öncə qarşımıza sxolastik təfəkkürün nümayəndəsi kimi çıxır. Belə ki, Nəvvab məhərrəmlikdə baş yarıb qan tökməyi, eləcə mərsiyəxançılığı ciddi şəkildə müdafiə etmişdir. Ancaq Nəvvab 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yazdığı əsərlərində istər dini dünyəvi emlərdən hansının zəruriliyi, istərsə İslam dini ilə bağlı digər məsələlərə münasibətdə mütərəqqi ruhlu islamçıların mövqeyinə daha çox yaxınlaşmışdır. Ola bilsin ki, sonralar bu məsələlərlə bağlı daha dərin biliklərə yiyələnməsi, başqa dinə tapınan millətlərin inkişaf etməsi, erməni-müsəlman münaqişəsi başqa məsələlər onun dünyagörüşündə xeyli dərəcədə dəyişikliklərə səbəb olmuşdur. Xüsusilə , müsəlmanların qonşuları olan xristian inanclı millətlərin - erməni, gürcü, rus başqalarının Qərb mədəniyyətinin təsiri altında inkişafını görən, bunun müqabilində soydaşlarının, dindaşlarının isə geriliyinə dözə bilməyən Nəvvabda artıq yeni bir ruh görürük. Bütün hallarda Nəvvabın dünyagörüşündə, xüsusilə ömrünün son dövrlərində Şərq fəlsəfəsinin mütərəqqi ənənələrinin dirçəldilməsi, İslam dininin əsil mahiyyətinin dərki milli fəlsəfi baxışlara yaxınlaşma meyli güclü olmuşdur.

 

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Türküstan.- 2018.- 26 iyun- 2 iyul.- S. 6.