Xalqın ürəyinə yol tapan sənətkar

                                       

BABA MAHMUDOĞLU. Bu ad çəkilən kimi neçə-neçə insanın ağlında, yaddaşında onun əziz xatirəsi canlanır. Xalq ruhundan güc alan, musiqimizdə xalqımızın nəfəsini qoruyan, yaşadan, xalqlaşan bir sənətkardır Baba Mahmudoğlu. Doğulduğu torpaq, boya-başa çatdığı kənd (Qazax rayonunun Muğanlı kəndi) başdan-başa zəngin folklor xəzinəsidır. Anaların laylası,  bayatısı,  qulağının dibində çalınan sazın harayı onu körpəlikdən ulusal (xəlqi) sənətkar kimi yetişdirirdi.

Onun xalq içində yetişməsi həm Borçalı, Qazax, Gəncəbasar mühitlərinin məclislərindən başladı. Bu ağır elin toy məclislərində Baba Mahmudoğlu səsinin bütün imkanlarından istifadə edərək xalqın şad gününə şadlanıb, sevincinə sevinc qatdı.

Xalq sənətkarı kimi yaddaşlarda qalmaq, sadəliyi, doğmalığı ilə ad-san qazanmaq hər kəsə nəsib olmur. Bəzən çox tanınmış sənətkarları, ifaçıları belə yalnız arxiv materiallarında görən zaman xatırlayırıq. Düşünürsən, görəsən, o sənətkarlar harda səhv etdilər, ya bizlərin səhvi harda oldu ki, onları çox az, sadəcə, ya doğum, ya ölüm günlərində xatırlayırıq?

Bax, bu, hardasa faciədir bir sənətkar üçün. Əslində insan sağlığında ölümündən sonra da yaşamaq üçün çalışmalıdır, bu gün üçün deyil, sabahı, gələcəyi yaşatmağı, gözəl diləkləri ömründə təsdiq etməyi  bacarmalıdır. Baba  Mahmudoğlu xalqın tükənməz ruhuyla yaşayırdı. Sənət aləmində xalq mahnıları muğam ifaçısı kimi tanınan Baba Mahmudoğlu həm aşıq müsiqisinə çox bağlı idi. İlk dəfə muğam ifaçıları arasında onun ifasında aşıq musiqisi səsləndi. Bu ilklə o, aşıq sənətinin yaradıcı imkanlarını  daha da genişləndirdi.

Ona qədər saz ansambllarda səslənsə , yaratdığı ansamblda bu alətin geniş şəkildə özünüifadəsinə nail oldu, insanlara qədim türk  çalğı alətini sevdirdikcə şübhəsiz, özü  sevildi, hər yerdə sayğı, sevgiylə qarşılandı. Əlində saz, əynində milli geyim səhnədə görünən sənətkarın aşıq yerişi yeriməsi təbii, doğma qarşılandı. Havanın ahənginə uyğun olaraq addım atmaq, dövrə vurmaq, sazı sinəsinə sıxıb göyləşmək saza olan bitməz sevgisinin ifadəsi oldu. Elə bunun davamı olaraq da 1979-cu ildə Azərbaycan Teleradio Verilişləri Komitəsi nəzdində özününDastanadlı folklor ansamblını yaratdı.  Həm muğam sənətini, həm aşıq sənətini dərindən bilməsi, özünəməxsus ifası  sənətkar olaraq üstünlüyü sayıla bilərdi.  Baba Mahmudoğlu bir-biriylə doğma olan iki sənətin şəxsində həm ruhunun birliyini təsdiq edirdi.

Onun səsi dağların döşündən süzülən buz bulaqların suyu qədər soyuq, günəşin ilk işığı kimi isti, səhər şehi kimi arı-duru idi.

Sakit oxuyurdu, oxuduqca səsinə heç vaxt güc vermirdi, öz ahəngində gah zilə, gah bəmə, gah da pəsə düşürdü.  Düşünürəm ki, o yalnız aşıq olsaydı, ustad aşıq olacaqdı, səsi-nəfəsi, barmaqlarıyla türk dünyasına tez zamanda səs-səda salacaq, ağır məclislər aparacaqdı.Qəhrəmanıaşıq  havası üstə Aşıq ƏləsgərinDolanır”ı, “Baş müxəmməs”, “Baş sarıtel”, “Çartoyu Koroğluhavası üstəGizir oğlu Mustafa bəy”i bir başqa aləm idi.

Gizir oğlu Mustafa bəymahnısı ilə səhnəyə çıxan Baba Mahmudoğlu əsl sənətkarlıq nümayiş etdirdi. Qara zurnanın harayı ilə başlayanZərnişanımxalq mahnısı ilə sanki bütün evlərə efirdən səadət, yüksək əhval-ruhiyyə bəxş edirdi. Əlində sazla “Su sərindir içilməzmahnısını ifa edərək haray qoparırdı.

O, sazı yenidən sevdirməyi bacardı. Musiqinin ahənginə ritminə uyğun rəqs etməyi vardı. Baba Mahmudoğluda jest mimikalarla oxumaq məharəti güclü idi. Səhnə davranışlarında mədəniyyət, səliqə-sahman var idi. Şübhəsiz, bu yerdə aktyorluq məharəti köməyinə gəlirdi. Hər ifaya, ritmə uyğun səhnə qurur, obrazlar yaradırdı. Yaratdığı obrazları ürəkdən yaşayırdı. Təsvir-tərənnüm musiqidə önəmli yer tutur. Baba Mahmudoğlu musiqinin sözlərini ruhən canlandırmağı  bacarırdı.

Xalqın ürəyinə yol tapmışdı, doğma danışırdı, doğma oxuyurdu.Xançobanı”, “Mirzəcanıaşıq havaları, “Ləbuləbxalq mahnısı, “Zəminxaratəsnifi,  Yar şirindir keçilməzxalq mahnısı, “Giziroğlu Mustafa bəy”, xalq mahnısıBala gəlin”, “Yaxan duymələ, düymələ”… Bu ifalara görə onu xoşbəxt saymaq olardı. Özündən sonra işıqlı xatirələri, gülər üzü qaldı xalqın yaddaşında. Hər eldə, hər obada, hər evdə sevilirdi Baba müəllim. Şirin ifalarıyla sanki hamını ovsunlayırdı.

Türk qardaşlarımızdan Mehmet YılmanınCoşkun Türk aşık havası eşliğinde Türklüğe ilişkin içimize işlemiş olan kimi görselleri sıraladık”- deyərək sosial şəbəkələrdə paylaşım etməsi  Baba Mahmudoğlu sənətinin, səsinin ecazkarlığına qüdrətinə söykənir. Okuyan: Azerbaycan Türkünün büyük sanatçısı Baba Mahmudoğludeyə ifanı YouTube sosial şəbəkəsində yayımlaması sənətkara böyük sayğıdır. 

Azərbaycan filmlərində musiqilərimizin yer alması onları daha baxımlı, yaddaqalan edir. Səməd VurğununKomsomol poeması əsasında çəkilmişYeddi oğul istərəmfilmində ustad aşıq Ədalət NəsibovunYanıq Kərəm”i ifası filmə xüsusi rəng qatdığı kimi, Ə. Haqverdiyevin hekayələri əsasında çəkilmişEvlənmək istəyirəmfilmindəHamam mahnısı”nı Baba Mahmudoğlunun ifa etməsi bu sıradandır (rejissor Cahangir Mehdiyev, bəstəkar Cahangir Cahangirov).

Baba Mahmudoğlunun dövlət tərəfindən qiymətləndirilməsi sevənləri tərəfindən alqışlandı. Onun 1982-ci ildə əməkdar artist, 1992-ci ildə xalq artisti, 2003-cü ildə isə Prezident təqaüdü ilə təmin olunması sənətə sənətkara verilən dəyərin nəticəsi idi. Baba Mahmudoğlunun zəngin yaradıcılığının dövləti, xəlqi əhəmiyyəti olduğu üçün düşünürəm ki, Mədəniyyət Türizm Nazirliyi tərəfindən sənətkarın yaradıcılıq gecəsi təşkil edilməli, haqqında elmi yazılar yazılmalı, sənəti dərindən araşdırılmalıdır. Sənətşünaslıq, musiqi folklor baxımından zəngin olan yaradıcılığı dissertasiya mövzuzu olacaq qədər aktualdır.

Bu yazını Baba Mahmudoğlunun ifalarını dinləyə-dinləyə yazmışam. Yazının ruhunu ifasından, nəfəsindən alımışam. Baba Mahmudoğlunun ifalarını dinlədikcə insanın ruhu dincəlir. İnsan dərd-qəmi unudur, bir anlığa problemlərdən uzaqlaşır, özünü ifanın ağuşuna atır.  Belə bir sənətkarın haqqında yazmaq həm şərəfdir, həm məsuliyyətdir, həm qürurdur.

Azərbaycan qadını daim kişilərin başını uca edən, yeri gələndə kişilərlə çiyin-çiyinə döyüşməyi bacarandır. Qadın qayğıkeş, fədakar bir ana deməkdir. Qadın bəzən özünü unudur, özünü ailəsinə fəda edir.  Baba müəllimin ömür-gün yoldaşı  Amaliya xanım da belə qadınlarımızdandır. O, Baba müəllimin həm həyat yoldaşı, həm mənəvi anası olub. Ömür-gün yoldaşına – Baba Mahmudoğluna olan sevgisi yaradıcılığına, sənətinə, səsinin ecazkarlığına olan qayğıyla  tamamlandı.

 

                       

İlhamə Qəsəbova

filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

Türküstan.- 2018.- 28 may-4 iyun.- S.16.