Rasim Balayevin ÖMÜR FƏLSƏFƏSİ:

Qaranlığa gedirəm

 

Avqustun 8-i Azərbaycanın Xalq artisti, kinomuzun canlı əfsanəsi Rasim Balayevin doğum günüdür. Nəsimi, Babək, Beyrək və bir çox rolları ilə qəlblərdə sarsılmaz taxt quran görkəmli sənətkar 71 yaşını qeyd edir.

 

Aktyor öz doğum günündə həyat fəlsəfəsini Publika.az-a bölüşüb.

- Rasim bəy, 71 yaşınız tamam olur. Bu gün münasibətilə sizi ürəkdən təbrik edir, sağlam mənalı ömür arzu edirik.

- Təşəkkür edirəm.

- Qocalıq qorxusuna qalib gələ bilmisiniz?

- Bu, məni kədərləndirmir, Allahın təbiətin qanunu belə qoyulub. Bu proses bizdən asılı deyil. İnsan dünyaya göz açır, yaşa dolur öz missiyasını tamamlayıb dünyadan köçür.

Amma yalan deyim, əvvəllər doğum günlərində sevinirdim, indi yox. Təbrik edənlərə zarafatla deyirəm ki, bir yaş da qocaldım, bu qocalığı niyə təbrik edirsiniz? Hər halda verilən ömrü doya-doya yaşamaq lazımdır.

- Sizcə, layiq olduğunuz həyatı yaşaya bilmisiniz?

- Şükür. Belə hesab edirəm ki, sənətindən asılı olmayaraq, insan ləyaqətlə ömür sürməlidir. Müəyyən dərəcədə buna nail olduğumu düşünürəm.

- Dünyaya gəldiyiniz üçün vaxtsa peşman olmusunuz?

- Mən axı kiməm ki, peşman olum. Yaradan gətirib bizi bu dünyaya, o da aparacaq. Peşman olmaq ixtiyarım yoxdur.

- Həyatdakı ən çətin rolunuzun öhdəsindən necə gəlmisiniz?

- Hər bir günün öz marağı, ləzzəti, kədəri, məyusluğu mürəkkəbliyi var. Məsuliyyətini dərk etdiyim hər bir vəzifəmi layiqli şəkildə yerinə yetirməyə çalışmışam.

- Bəs sənətdə?

- Bizim işimiz individual sənət deyil. Bəstəkar, şair, yazıçı yaradıcılıqda öz dünyasında daha sərbəstdir. Vərəqi önünə qoyub duyğularını oraya ötürür. Aktyorluqsa kollektiv sənətdir. İşimizin uğur uğursuzluğu tək bir adamdan ibarət deyil. Kollektivdə bir çox komponentlər bir-birini tamamlamalıdır. Bu da həmişə mümkün olmur. Ssenari, rejissor, aktyor operator işi bir-birini mükəmməl şəkildə tamamlayanda, gözəl bir sənət əsəri meydana gəlir.

- Həyatınız maraqlıdır, ya rollarınız?

- Həyatım heç ilə fərqlənmir, standart məişət qayğıları... Sözsüz ki, hər birinin özünün maraqlı tərəfləri var. Oynadığın rolları özün yaşayaraq tamaşaçıya sevdirə bilərsən.

- Ümumiyyətlə, həyatınızdan danışan film çəkilsəydi, sizi kimin oynamasını istəyərdiniz?

- Keçdiyim ömür yolu adi bir insan taleyidir, o, xüsusi heç ilə seçilmir. Şəxsi həyatım kimin üçünsə maraqlı ola bilməz. Bu, tamaşaçını o qədər cəlb etməz. Oynadığım sərkərdə şairlərin həyatı düşünürəm ki, daha dərindir, ibrətamizdir.

- Mən böyük aktyor taleyinin cəmiyyət üçün maraqsız olduğunu düşünmürəm.

- Böyük aktyor deyiləm, müəyyən uğurlu ya uğursuz işlərim olub.

- Niyə özünüzə qarşı bu qədər sərtsiniz? Bu, özünü cəzalandırmaq üsuludur, ya...

- Özümə qarşı həmişə tənqidi yanaşıram. "Korifey" sözünün mənasını bilirəm. Bu gün bu sözü çox qiymətdən salıblar. İki mahnı oxuyan iki rola çəkilən adamlar bir-birinə "korifey" deyir. Hamı bir-birinə "sənətkar" deyə müracit edir. "Sənətkar" sözünü bu qədər asanlıqla dilə gətirmək olmaz, onun çəkisi ağırdır.

Müəyyən bir müddət cəmiyyət üçün maraqlı insan ya dəbdə ola bilərsən, həqiqət odur ki, yüksək sənət hər kəsə verilmir. Mənim üçün Rəşid Behbudov, Müslüm Maqomayev, bu gün isə səsi ilə dünyanı lərzəyə salan Yusif Eyvazov kimi sənətçilər korifeydir. Bir-birinə yalandan "sənətkar" deməklə sənətkar olmaq olmur. Onu demək istəyirəm ki, "böyük sənətkar" sözünün məsuliyyətini anlayıram.

- Bizim üçün əvəzolunmaz böyük bir aktyor olduğunuz dəqiqdir bu, heç zaman dəyişməyəcək.

- Çox sağ olun.

- Doğum tarixinizi bilməsəydiniz, özünüzə neçə yaş verərdiniz?

- Olduğum yaşı.

- Bəs hansı yaşda olmaq istərdiniz?

- Ruhən özümü gənc hiss etmirəm, artıq yaşa dolmuşam. Gənc qalmaq üçün Allahın verdiyi sağlamlığın qədrini bilmək lazımdır. Amma elələri var ki, qədər öz qeydinə qalsa da, tez-tez xəstələnir. Adam var ki, özünə baxmasa da, sapsağlam gəzir. Bu da bir vergidir. Təbii ki, ələlxsus da, yaşa dolduqca müəyyən qaydalara rejimə əməl etmək lazımdır. Yemək-içməyinə diqqət etməlisən, vaxtlı-vaxtında idmanla məşğul olmaq lazımdır. Bədən Allah tərəfindən verilən əmanətdir, ona baxmaq bizim borcumuzdur.

- "Darıxmaq" sözü sizə kimi ya nəyi yada salır?

- Darıxmaq çox geniş anlayışdır, bu sözə sadəcə bir-iki nəfəri sığdırmaq mümkün deyil. Çoxları üçün darıxıram. Övladlarım, nəvələrim həyatda olmayan dostlarım üçün darıxıram...

- Həyatda yerini doldura bilmədiyiniz boşluq varmı?

- Son illərdə bu boşluğu xüsusilə hiss elədim. Cavanlıqda çox filmə çəkilmişəm. 30-35 rol oynayardım ki, onların da arasından 10-u tamaşaçının sevimli qəhrəmanları olardı. Heyflər olsun ki, son illərim puça gedir. Bu da məndən asılı olmadı, həyat belə gətirdi ki, filmlər çəkilmədi, yaxşı ssenarilər yazılmadı...

- Böyük həyat təcrübəniz var. Maraqlıdır ki, bu yaşa qədər yaxşı pisi bir-birindən fərqləndirməyi öyrənə bilmisiniz? Yoxsa həyat sizi təəccübləndirməyə davam edir...

- Daha heç nəyə təəccüblənmirəm. O qədər dəhşətli səhnələrin şahidi olmuşam ki, təsirləndiyimi demək çətindir.

- İstəsək , istəməsək , yaşadıqlarımızdan dolayı bəzən həyat eşqimiz azalır sönməyə başlayır. Belə anlarda sizə güc verən kim ya olur?

- Heç kim. Taleyimlə barışıram. Bilirəm ki, üzü qaranlığa gedirəm.

- Sizcə, bu dünyamız daha işıqlıdır?

- Tək mən deyil, bütün insanlar hər gün ölümə bir az da yaxınlaşır. Axirətdə bizi nələr gözlədiyindən xəbərsizik. Bu da o deməkdir ki, ölüm müəmma, müəmma isə qaranlıq. Bu qaranlığın bizi hara aparacığı məlum deyil...

- Yaşa dolduqca özünüzə ən çox hansı yalanı danışırsınız, yoxsa səmimi olmağa üstünlük verirsiniz?

- Yalandan da, yalançı yekəxana adamlardan da zəhləm gedir. Çalışmışam ki, yalandan uzaq olum.

- Söhbətimizi şən notlarla bitirək. Bu gün necə qeyd etməyi planlaşdırırsınız?

- Evdə ailəmlə. Ötən il yulibeyim idi deyə təmtəraqlı şəkildə qeyd etmişdim.

- Rasim bəy, bizə vaxt ayırdığınız üçün minnətdaram. Özünüzə yaxşı baxın.

- Sağ olun.

 

Türküstan.- 2019.- 10-19 avqust.- S.16.