BAYRAQ ANDI
Yaylıqları bayraq olan Vətənim!
Anaların pak südünə and olsun!
Bayraqları torpaq olan Vətənim!
Torpağının hər qatına and olsun!
O ağaran dan yerindən hərəmiz
Boyumuza bir ağ kəfən
biçərik,
Şəhidliyin can şərbətin
içərik!
Yaylıqları bayraq olan Vətənim!
Anaların göz yaşına and olsun!
Bellərini kədər
bükmüş o azman
Babaların ağ başına
and olsun!
Yerdə qalmaz bu al qanın ləkəsi,
Qalsa tutsun gözümüzü hər
zaman
Verdiyin o duz-çörəyin
tikəsi!
Yaylıqları bayraq olan Vətənim!
Sənindir bax, bu döyünən ürəklər,
Amal da sən, arzu da sən, şərəf
də,
Səninkidir bu muradlar, diləklər!
Bayraqları torpaq olan Vətənim!
Çingiz Əlioğlu (Əməkdar Mədəniyyət
Xadimi)
Türküstan . -2019.- 5-11 noyabr.- S.21.