Macar-Azərbaycan Dostluq Cəmiyyətində görüş keçirilib

 

Səfir Vilayət Quliyev cəmiyyət üzvlərinin 90 faizinin macarlardan ibarət olmasını yüksək qiymətləndirib

 

Budapeştdə Millətlər Evində Macar-Azərbaycan Dostluq Cəmiyyəti (MADC) Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları ilə üzvlərinin görüşünü görüş təşkil edib. Cəmiyyətin sədri Svetlana Abdullayeva qurumun üzvlərini təqdim edərək bildirib ki, 1994-cü ildən fəaliyyət göstərən MADC Azərbaycanın tarixi bu günü, qədim adət-ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə informasiya yaymağı qarşısına məqsəd qoyub. Macarıstanda təhsil alan tələbə Rəşad Mehbaliyevin ucnoqta.az-a verdiyi məlumata görə, tədbirdə çıxış edən qurumun üzvləri təşkilata zaman hansı məqsədlə üzv olmalarından, bu müddət ərzində Azərbaycan barədə təsəvvürlərinin dərəcədə genişlənməsindən Macarıstanda ölkəmizə marağın durmadan artmasından söz açıblar. Cəmiyyətin təşkil etdiyi müxtəlif tədbirlərə, onun fəaliyyət sahəsinə, habelə ölkələrimizin mədəniyyətlərimizin qarşılıqlı yaxınlaşmasına maraq göstərən çoxsaylı insanlar arasında ayrı-ayrı peşə sahibləri var. Cəmiyyətin üzvləri Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirlər. Azərbaycanın Macarıstandakı fövqəladə səlahiyyətli səfiri Vilayət Quliyev bildirib ki, cəmiyyətin fəaliyyətinə yaxşı bələddir, xalqlarımızın bir-birini yaxından tanımaları məqsədi daşıyan ümumi işə qurumun hər bir üzvünün şəxsi töhfəsini yüksək qiymətləndirir: Sevindirici haldır ki, cəmiyyət üzvlərinin 90 faizi macarlardan ibarətdir. Azərbaycanı sevən bu insanlar ölkəmizlə bağlı səmimi hisslərini bundan sonra da dostlarına, həmkarlarına ailə üzvlərinə aşılayacaqlar.

V.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən il macar dilində çapdan çıxmış üçcildlik topludan söz açaraq bildirib ki, nəşrdə Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinin qələminə məxsus, onların keçmiş gələcəklə bağlı mülahizələrini, Vətənin ağrılı-acılı şad günlərini əks etdirən hekayə, povest esselər, habelə qədim Azərbaycan diyarı Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer alıb. Bu qəbildən maraqlı layihələr gələcəkdə həyata keçiriləcək. V.Quliyev tədbirdə iştirak edənlərə, Azərbaycan macar xalqlarına uğurlar tərəqqi arzulayıb.

 

 

Elməddin

 

Üç nöqtə.- 2011.- 1 fevral.- S. 6.