Ailə münasibətlərinin qender problemi

 

Ər və Arvadın boşanma zamanı vəzifə və məsuliyyəti əhəmiyyətli dərəcədə dəyişib

 

 XX əsrin ortalarında Qərbi və Mərkəzi Avropada erkən evlənmə ilə ilk övladın tez doğulması ilə xarakterizə edilən ailə tipi üstünlük təşkil edirdi, bunlardan sonra yenidən artım prosesi dayanırdı, ya da tamamilə kəsilirdi. Lakin 1960-cı illərdən bu stereotip dağılmağa başladı, uşaqsız və ya yalnız bir uşağı olan ailələrin sayı, doğuşların arasındakı müddət, nigahdan kənar əlaqələr çoxaldı. Bütün bunlar ailədəki böhranlı vəziyyətdən xəbər verirdi. Faktor kimi nikaha girmək müddətinin dəyişdirilməsi, doğumun azalması, boşanmaların sayının artması irəli sürülürdü. Belə ki, Azərbaycanda (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2002-ci ilin məlumatları) 1990-cı ildən 2002-ci ilə qədər doğumun səviyyəsi 182989-dan 110715kimi, əhalinin təbii artımı 140170-dən 64193-ə kimi azalıb. Bir ildə 1 yaşına qədər oğlanlar arasında ölənlərin sayı 793, qızların – 629 nəfərdir. Son illər xüsusiləşmiş müəssisələrdə yetim uşaqların sayı artmışdır.

Bu əvvəlki tarixi mərhələlərdə inqilabların, müharibələrin, repressiyaların nəticəsi kimi qəbul olunmasına baxmayaraq, müasir dövrdə bu artıq «digər» «dinc faktorlarla» – valideynlərin asosial davranışı, alkoqolizm, narkomaniya ilə, məsuliyyətsizliyin ümumi fonu ilə bağlıdır. Bunların ümumi məxrəci isə bizim cəmiyyətin az səmərəli olmasıdır.

Bəzi alimlər təsdiq edirlər ki, müasir əhalinin ailəyə olan tələbatı azalıb, ailə sivilizasiyanın təsiri altında nə isə yeni, birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar (həm xarici, həm də yerli) göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artıb.

Bununla bağlı fərdin ailədə davranışını nizama salmaqda ailə hüquqlarının imkanları üzərində dayanmaq lazımdır. Hüququn bu sahədə imkanlarının iki növü vardır. Birincisi, o mütləq prosedurlarla fərdin davranışını tənzimləyir (nigahın qeydə alınması, atalığın müəyyənləşdirilməsi). İkincisi, birbaşa

ya bilavasitə qanunun xüsusi qaydalarla müsbət və ya mənfi, ədalətlə və ya ədalətsiz qiymətləndirdiyi davarınışın buya digər modelini nəzərdə tutur. Bu hüquqi modellər, öz növbəsində dəyərlərin müəyyən sistemlərinə əsaslanır. Fərdlər dəyərlərin şəxsi sistemi ilə harmonik uyğun gələndə bu modeli

qəbul edir və qavrayırlar.

Ailəni möhkəmləndirən üç dəyər hüququ sistemin simvoludur: bu qanun, ədalət və hüquq dəyrləridir. Azərbaycanda ailə-nigah hüquqları ailə və nigah haqqında Məcəllədə öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nigahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq «nigah qarşılıqlı razılıq əsasında bağlanır», «nigah dövlətin himayəsi altındadır», «ər və arvadın hüquqları bərabərdir».

Respublikada ailə və nigah barədə məcəlləyə nigah müqaviləsi haqqında əlavə qəbul edilib. Müqavilədə ər və arvadın mülkiyyəti barədə müqavilə rejimi nəzərdə tutulub.

Uşağa qayğı, onları tərbiyə etmək – hər iki valideynin həm hüququ, həm də borcudur. Əslində isə uşaqlar barədə bütün məsuliyyət çox vaxt yalnız qadınların üzərinə düşür. Boşanma zamanı məhkəmə valideynlərin hansının uşaqlara daha yaxşı tərbiyə verməsini nəzərə almaqla həddi-buluğa çatmayan

uşaqların maraqlarını qorumalıdır. Lakin çox vaxt uşaqlar ana ilə qalır. Bu da öz növbəsində ataların hüquqlarının pozulması deməkdir.

Ölkənin yeni iqtisadi münasibətlərə keçməsi ər və arvadın boşanma zamanı vəzifə və məsuliyyətini əhəmiyyətli dərəcədə dəyişdirib. Rəsmi statistikaya uyğun olaraq uzun illər boyu Azərbaycanda nigahın boşanmaya olan nisbəti sabitdir.

Bütünlükdə postsovet respublikalarının praktiki olaraq hamısının keçirdikləri sosial fəlakətlər dövründə ailə institutundabaş verir ən aktual sual olub. Bu onunla bağlı idi ki, ailəni həyatın dayağı hesab edən hər hansı bir cəmiyyət, ailənin dağılması və ya pozulması mümkünlüyü ilə narahat idi.

Həm ailə, həm də cəmiyyət üçün ailə və işin bir araya sığması prob-lemi bu gün kəskin olaraq qalır. Buradan da kişi və qadınların ixtisaslı yerləri itə təmin edilməsi, çevik qrafikinin müxtəlif formalarının yaradılması, ailənin maraqları nəzərə alınmaqla kişi və qadınların vaxtının təşkili, ailəli

qadınların hüquqlarının qorunması cəmiyyət üçün heçyenilik deyildir. Hələ XX əsrin 70-80-ci illərində ailə siyasəti çərçivəsində bu hüquqların qorunması üçün xüsusi tədbirlər sistemi hazırlanmışdı.

Həmin sistemin xüsusiyyətlərindən biri onun yalnız qadınlar üçün olması idionun fəaliyyəti «qadının ailə-məişət və ixtisası üzrə işini uyğunlaşdırmaq üçün daha əlverişli şəraitin yaradılmasından ibarət idi».

Ölkələrin bazar iqtisadiyyatına keçidi, qeyri-formal məşğuliyyətin artması ilə müşayiət edilən iqtisadi böhran əmək qanunvericiliyində möhkəm yer tutmuş və qadınların əməyini nizama salan ailə siyasəti ilə bazar münasibətlərinin arasında ziddiyyətin kəskin artmasına səbəb oldu. «İmtiyazlarla yüklənmiş» işçi qadınlar təklif edən sahibkarlar tərəfindən ikinci dərəcəli işçilər kimi qəbul edilməyə

başladılar.

Alimlər təsdiq edir ki, «ev əməyinin inqilabı dəyişməsi» 1917-ci il Oktyabr inqilabından sonra başlanmışdır. Qadınların hüquq bərabərliyi uğrunda mübarizəsi yalnız kişi və qadın arasında qanunvericilik sahəsində bərabərliyin yaranması, onların maksimal dərəcədə ictimai əməyə cəlb edilməsi ilə yanaşı ev işlərindən qadınların azad edilməsi də nəzərdə tutulurdu. Bu səviyyənin həyata keçirilməsi üçün qadının bütün ailə-məişət vəzifələrinin ictimai istehsala (dövlətə) verilməsi ilə həyata keçirilməsi planlaşdırılırdı. Ev əməyinin dövlətə verilməsi 60-cı illərə qədər ölkənin rəhbərliyinin fikrində idi.

Bərabər imkanların strategiyasının formalaşmasında mühüm rolu beynəlxalq təşkilatlara, məs. Beynəlxalq Əmək Təşkilatına (BƏT) ayrılır. Məs. Beynəlxalq Əmək Təşkilatının «Əməkçi kişi və qadınlar üçün bərabər müraciət və bərabər imkanlar haqqında: ailə öhdəlikləri olan işçilər üçün» adlı Konvensiya

öhdəsində uşaqları olan kişi və qadınlara aiddir; əgər bu vəzifələr onların, iqtisadi fəaliyyət sahəsində irəliləmək, iştirak etmək, hazırlaşmaq, müdaxilə etmək imkanlarını məhdudlaşdırarsa, onda konvensiyaya uyğun hərəkət etmək lazımdır. Bu konvensiyada əsas o idi ki, kişi və qadınlar üçün bərabər hüquq və bərabər imkanların işlənilməsi çərçivəsində ölkə çalışmalıdır ki, ailə vəzifələri olan şəxslər hüquq pozuntularına məruz qalmadan və nə qədər mümkünsə üzvi surətdə peşəsini və ailə vəzifələrini uyğunlaşdırmaqla öz hüquqlarını əldə edə bilsinlər.

Patriarxal-kəndçi quruluşundan sənaye cəmiyyətinə sürətli keçid, qadın əməyinin ümumilikdə proletarlaşması, tarixin bütün sovet dövründə çox ağır yaşayış böhranı ilə müşayiət edilən urbanizasiya, sosial siyasətin tədbirlərindən real tələbatların xroniki geri qalması – bütün bubaşqa faktorlar qadını və onun ailəsinin reproduktiv davranışına birbaşa təsir edirdi. Kiçik ailəyə olan yönüm analığın müsbət dəyərlərinin perspektini durmadan azaldırdı. Eyni zamanda bu da aydındır ki, ailə fərdə və bütün cəmiyyətə «xeyir və məhəbbət» anlayışları ilə təsir edir. Məhz həmin anlayışlar ailənin əsas funksiyasını açır-bu insan nəslinin durmadan artmasıdır.

 

 

 

Üç nöqtə.-2012.-22 dekabr.-S.-8.