Münaqişənin həll edilməsinin xüsusi forması boşanmadır
Boşanma isə çox
vaxt tərəflərdən birinin maraqlarını yerinə yetirir
Hamıya məlumdur ki, hakimiyyət hökmranlıq və tabelik faktoru sosial fəallığı və şəraitin bütün növlərinə daxildir
Hazırda zorakılıq normal həyatda nisbətən təcrid olunmuş hadisə kimi səciyyələndirilir. Əgər zorakılıq qenderlə fundamental uyğun gələrsə, o
zaman qadın tədqiqatçılarının bir hissəsi zorakılığın nəzəriyyəsinin mərkəzinə keçirilməsini nəzərdə tutur.
Hamıya məlumdur ki, hakimiyyət hökmranlıq və tabelik faktoru sosial fəallığı və şəraitin bütün növlərinə daxildir. Lakin zorakılıq həmişə qender əsasında hakimiyyətin forması kimi qiymətləndirilmir. Ona görə də alimlərin, tədqiqatçıların bir hissəsi zorakılığın «qender əsasında ixtisaslaşmış hakimiyyət» kimi başa düşülməsini təkid edirlər. Qender hakimiyyətinin qurulması köməkliyi ilə zorakılıq həm fərdlər arasında, həm də institusional səviyyədə təhlil edilir. Tarixi və müqayisə təhlili göstərir ki, patriarxal cəmiyyət daxilində kişi və qadın hakimiyyətindən qadın üzərində nəzarətin bir forması kimi istifadə edilməsi hüquqi, siyasi və iqtisadi hakimiyyət tərəfindən dəstəklənir.
Qadınları pullu əmək bazarından haqqı ödənilməyən ev təsərrüfatı sisteminə həmişə sıxışdırmışlar və hazırda da sıxışdırırlar, müxtəlif vasitələrlə hakimiyyət mövqeyindən, ailədən kənar statusdan kənarlaşdırırlar. Mədəni ərazilər və insanlar qadınların nikahda subardinasiyalı rolunu dəstəkləyir və təsdiq edir. Bu rol sosiallaşma prosesinə həm kişilərin, həm də qadınların özləri tərəfindən qəbul edilir.
Beləliklə, sosial ierarxiya qender üzrə ixtisaslaşdırılmış kimi nəzərdən keçirilir.
Zorakılığa qender yanaşması qender üzrə ixtisaslaşmış zorakılığı hakimiyyətin təhlilində əsas etmişdir. Digər tərəfdən, qadınlar arasında, qadının kişi üzərində zorakılığ kimi qeyri-tipik zorakılığa maraq artmışdır. Göstərilən məsələ həm sosial elmlərin müxtəlif nəzəri istiqamətləri, həm də feminism daxilində müxtəlif istiqamətlərin arasında müasir nəzəri mübahisələrə səbəb olmuşdur.
Qender zorakılığı qadınlara münasibətdə hüquq pozulmalarının bütün növlərinə aiddir.
Zorakılığın bütün fiziki və psixoloji forması qadınların imkanları onların qeyri-ənənəvi davranışları üzərində nəzarəti məhdudlaşdırır. Ona görə də zorakılığa qarşı mübarizə qadınlara münasibətdə hüquq pozulmalarının bütün formalarının aradan qaldırılması üzrə qlobal proqramın bir hissəsidir.
Qadın üzərində zorakılıq QİÇS və ya malyariya kimi epidemiya xarakteri almışdır. Lakin cəmiyyət bütünlükdə problemin ciddiliyini başa duşmür.
Şübhəsiz, bu sahədə işləyənlərin əməyi öz bəhrəsini verir. Lakin biz işimizi başlayan müddətdən etibarən qadınlar heç də zorakılıqdan daha çox müdafiə edilməmişlər. Ona görə də qadınlar üzərində zorakılıq davam edir, həm də, görünür ki, elə əvvəlki ölçülərdə davam edir. Cavab sadə görünür, lakin onun həlli mürəkkəbdir: qadın və kişilərin bərabərsizliyi qadınlara qarşı zorakılığa səbəb olur, onun hakimiyyətdə yaratdığı disbalansına isə üstün gəlmək asan deyildir…» – bu BMT-nin Qadın İnkişaf Fondunun (YUNİFEM) icraçı direktoru Noymen Xeyzerin Beynəlxalq «qadına münasibətdə zorakılığa qarşı
mübarizə» gününə göndərdiyi müraciətindən bir hissəsidir. Bu onu göstərir ki, bütün dünyanı qadınları fiziki və emosional rahatlığını iddiadan, azad həyat uğrunda, qadınlara münasibətdə zorakılığın tamamilə aradan qaldırılması uğrunda mübarizəni davam edir.
Ailədə qender münaqişələrinin həll edilməsi və qarşısının alınması bu münaqişələrin tənzim və idarə edilməsi üzrə fəaliyyətin əsas növləri kimi nəzərdən keçirmək lazımdır.
Aliə münaqişələrinin qarşısının alınmasının əsas yolları qarşıdurmanın potensial subyektlərindən asılıdır. Ədəbiyyatda konkret hər hadisə üçün ayrıca məsləhətlər verilir. Ailənin inkişafının sosial-psixoloji qanunauyğunluqlarından yaranan ailə münaqişələrinin ən ümumi yollarının üzərində dayanaq. Belə yollar aşağıdakılardır: psixoloji-pedaqoji mədəniyyətin, ailə münasibətlərinin əsasları üzrə biliklərinin formalaşması; uşaqşların fərdi-psixoloji və yaş xüsusiyyətləri, habelə emosional vəziyyətləri nəzərə almaqla, onların tərbiyə edilməsi; tam hüquqlu əsaslarla ailənin təşkili, ailə qanunqaydaları və ailə ənənələrinin formalaşması, bir-biri ilə davranış mədəniyyətinin formalaşması;
Ailə münaqişəninin həll edilməsi - mübahisəli məsələlər üzrə razılığın əldə edilməsi üçün ən əlverişli variantıdır. Lakin münaqişələrin qeyri-konstruktiv həll edilməsinin başqa yolları da vardır.
Ər-arvad üçün münaqişənin həll edilməsinin xüsusi forması boşanmadır. Bir çoxları üçün boşanma yığılıb qalmış problemlərdən, fikir ayrılığı və tərəflərin biri-birini başa düşməməsindən azad olmaq deməkdir. Lakin boşanma çox vaxt tərəflərin yalnız birinin maraqlarını yerinə yetirir və digər tərəfdə ağır
sinir-psixi təəssüratı yaradır.
Bundan əlavə, boşanma nəticəsində cəmiyyət natamam ailəni əldə edir, bu isə öz növbəsində uşaqlarda cinayətkarlıq, narkomaniya və deviant davranışın formalaşmasına səbəb ola bilər.
Uzun yaranma tarixi olan boşanma problemi bu gün cəmiyyət üçün aktualdır. Bu problemin tədqiqatçısı tanınmış Amerika sosioloqu P.Boxannanın fikrincə bu mürəkkəb sosial fenomen olmaqla, eyni zamanda mürəkkəb fərdi dərddir. Buna, başlanğıcı ailədə əmələ gəlmiş münaqişə şəraitində yaranan və sonu nigahın pozulması ilə başa çatan proses olduğuna kimi baxmaq lazımdır.
Keçmiş SSRİ-də həyat anlayışının klişelənmiş totialitarizm normativlərinin təsiri altında elmi ədəbiyyat bütünlüklə nigahın sabitləşdirilməsi məsələləri üzərində cəmləmişdi. Belə ki, hətta 80-ci illərdə boşanma ailənin cəmiyyətdən kənarlaşdırılması əlaməti kimi qiymətləndirilir ki, boşanma sayının artması sərxoşluğun, fahişəliyin və qeyri sosial hadisələrin artması ilə bir sıraya qoyulurdu. Lakin tarixi mənbələrin təhlili göstərir ki, nigahın pozulmamasının prinsipi praktiki olaraq heç vaxt və heç yerdə tam şəkildə qoyulmamışdır. Boşanma indi də ailə həyatının qəbul edilmiş qaydalarının qorunmasını təmin edən mexanizm olaraq qalır, onlar pozulduqda, onları korrektə edən rol oynayır, ər-arvadın optimal seçimini təmin edir.
Ailə psixoterapiyası üzrə böyük Amerika mütəxəssisi Karl Vitaker hesab edir ki, boşanma ümumiyyətlə mənasızdır. Sadəcə olaraq (bu heç də asan deyildir) həmişə münasibətləri tənzimləmək lazımdır, bu, onları çıxılmaz vəziyyətlərdən çıxarır, münaqişələr enercisini hər iki tərəfi qarşılıqlı günahlandırma və boşanmaya deyil, şəxsi inkişafa yönəldir.
Əks təqdirdə münasibətlərin bütün enerjisi, onların yaratdığı müdriklik, bütün təcrübələr sonda biri-birini günahlandırmağla, günahı və məsuliyyəti o biri tərəfin üzərinə yıxmaqla nəticələnir.
Ailədə qender münasibətlərini tənzim etmək üçün ilk növbədə özünün xasiyyəti və temperamenti idarə etməyi, güzəştə getməyi, ailənin hər üzvünün azadlığını, hüququnu pozmamağı bacarmaq lazımdır. Şəxsiyyətin özünün xasiyyət və temperamentini müvəffəqiyyətlə idarə etməsindən onun inkişafı, bir pillədən digərinə qalxması, daha yüksək keyfiyyətli səviyyəyə çatması asılıdır.
Qender ailə münaqişələri həmişə ağır neqativ emosional vəziyyəti yaradır, ona görə də onların qarşısını almaq lazımdır. Psrixoloqlar və konfliktoloqlar kişi və qadınların davranışının müxtəlif variantlarını xüsusi qeyd edirlər:
-Münaqişəyə qoşulmamaq, münaqişəni yaradan tərəfin öz fikrini tam demək üçün şərait yaratmaq;
-Münasibətlərdə üstünlüyə yönəlmiş hər cür iddianın qarşısı alınmalıdır, qarşı tərəfi alçaltmaqla özünü yüksəltməyə çalışmamaq;
-Qüsurları öz yaxınlarında deyil, özündə axtarmaq;
-Münaqişənin aradan qaldırılması yolundakı qüvvəni öz yaxın adamının üzərində qələbəyə deyil, yaranmış situasiyanın birgə həll edilməsinə yönəltmək lazımdır;
-Hər məsləhətə qulaq asmaq lazımdır, lakin yadda saxlamaq lazımdır ki, həyatda məsləhətlərlə deyil, sizin şikayətləndiyiniz adamla yaşamaq lazımdır.
Sosioloq alimlər güman edirdər ki, ailənin inkişaf etməsi və kamilləşməsi üçün prosesləri başa düşən və onları dəyişdirməyə əsaslanan dövlətin fəal ailə siyasətinin olması vacibdir. Onlar müasir şəraitdə ailə siyasətinin bir neçə əsas prinsiplərini işləmişlər.
Birinci prinsip – ailənin suverenliyidir – bu o deməkdir ki, bu siyasət həyata keçirilərkən ailənin işlərinə hər cür qarışmağı minimum dərəcəyə salmaq vacibdir.
İkinci prinsip – şəxsiyyətin suverenliyidir, bu azadlığı məhdudlaşdıran tədbirlərə ailə üzvlərinin başqa üzvlərinə münasibətdə öz iradəsini həyata keçirilməsinə yol verməyən şəxsiyyətin suverenliyi qadın, kişi və uşaq davranışında stereotiplərin süni şəkildə qorunub saxlanılması deməkdir.
Üçüncü prinsip – bu ailə siyasətinin sosial, xüsusilə dövlət paternializmi ilə bir yerdə ola bilməməsini, uyğun gəlməməsini elan edərək öz qüvvəsinə arxalanmaq deməkdir.
Dördüncü prinsip - ailənin sosial müdafiəçidir, bu – bütün ailələrə həm tipik ailə situasiya üçün qarantlaşmış standart sayılan – gəlirlərin minimal səviyyəsinin, yaşayış şəraitinin, hüquq müdafiəsinin, asudə vaxtın və sosial yardımın digər şərtlərinin təmin edilməsidir.
Beşinçi prinsip – seçim azadlığının genişləndirilməsidir, çünki ailə siyasətinin ən populyar tədbirləri ailələri yalnız bir qərar qəbul etməyə yönəltməməlidir, daha çox alternativ qərarlar təklif edilməlidir.
Altıncı prinsip – bu, iqtisadi, sosial, mədəni və başqa xüsusiyyətləri ilə müxtəlif sosial qruplardan ibarət cəmiyyətin eyni kökdən olmamasını ehtimal edən siyasətin diferensiallaşmasıdır.
Yeddinci prinsip – bu, ailənin sosial-demoqrafik və konfessional modelinin müxtəlifliyini nəzərə alan ailə siyasətinin regionlaşdırılmasıdır.
Qender ailə siyasətinin ümumi mənası cəmiyyətin dəyişməkdə olan ailənin dərin maraqlarını özünün xüsusi dəyişmələrinin bir hissəsi kimi qəbul etməsindən, kişi və qadınların bərabər hüquqları və imkanlarının başa düşülməsi və tanınmasına onun köməklik etməsindən, şəxsiyyət, ailə və cəmiyyət arasında yeni tarazlığın və harmoniyanın axtarılmasından ibarətdir.
Üç nöqtə.-2012.-28
dekabr.-S.-8.