Aydın Mirzəzadənin “Qarabağ düyünü” kitabı çapdan çıxıb

 

Kitabda tarixi sənədlərə və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərinə, mövzu ilə bağlı əlavə materiallara da yer verilib

                                                                                                                                                                                

 Milli Məclisin deputatı, siyasi elmlər namizədi Aydın Mirzəzadənin “Qarabağ düyünü” kitabı çapdan çıxıb. Kitabda bu bölümlər yer alır, Dağlıq Qarabağ bölgəsinin tarixi, Problemin hazırkı vəziyyəti, Xocalı faciəsi - XX əsrdə dünyanın ən ağır qətliamlarından biridir, Ermənistanın sonrakı taleyi Dağlıq Qarabağ probleminin həllindən asılıdır, Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri, Dağlıq Qarabağ probleminin həllinə dair Azərbaycanın mövqeyi, Ermənistan məşhurlarının etirafları və Ermənilər özləri haqqında. Kitabda tarixi sənədlərə və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərinə, mövzu ilə bağlı əlavə materiallara da yer verilib.

 

 

Elməddin

 

Üç nöqtə.  -2012.  - 20 noyabr. –S. 13.