"Kəlbəcərə gedən yollar"

 

ADU-da Ənvər Rzanın “Kəlbəcərə gedən yollar  kitabının təqdimatı oldu

 

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetində şair Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, şairin ailə üzvləri, dostları və Filologiya fakültəsinin tələbələri iştirak edirdilər. Tədbir Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyevin nitqi ilə açıq elan edildi. Prorektor qonaqları salamladıqdan sonra nitqinə Ənvər Rza haqqında fikirlərini söyləməklə davam etdiqonaqlardan mərhum şairin xatirəsini sükutla yad etməyi xahiş etdi. Sonra Ə.Əliyev Azərbaycan dili və Ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımovanı çıxış etmək üçün səhnəyə dəvət etdi. S.Kazımova Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuş Rzayev Ənvər İsmayıl oğlunun Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsil aldığını, təhsilini başa vurduqdan sonra elə həmin institutun ingilis dili leksikası kafedrasında müəllim, baş müəllim, kafedra müdiri, dosent vəzifələrində çalışdığını söyləyərək şairin həyat tarixçəsi haqqında qonaqlara qısaca məlumat verdi. Şairin ingilis klassiklərindən, V.Şekspir, C.Bayron, R.Şelli, H.Longfellonun əsərlərindən etdiyi tərcümələrin həm bədii səviyyəsinə, həm də orijinala yaxınlığına görə diqqəti cəlb etdiyini sözlərinə əlavə etdi. Yurdun, vətənin gözəlliklərindən, tarixin dərinliyindən, elin hikmətindən pöhrələnən sənət incilərini bir araya toplamış “Sənsiz”, “ Könlümə bahar düşüb”, “Nə yaxşı görüşdük”, “Bəxtəvər dustaq” - kitablar siyahısına “Kəlbəcərə gedən yollar” adlı kitabının da daxil olduğu üçün böyük sevinc hissi keçirdiyini bildirdi. Bu çıxışdan sonra Ə.Əliyev kitabın redaktorluğunu etmişön sözün müəllifi olan “Azərnəşr” nəşriyyat evinin redaktoru Əlövsət Ağalarova söz verdi. Çıxışında Ə.Ağalarov ilk öncə bu təqdimatın baş tutmasında əməyi olan ADU-nun rektoru, professor Səməd Seyidova və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdi. O, canlı xalq ədəbiyyatının içində böyüyən, dünya ədəbiyyatının klassikmüasir məzmun və mahiyyətini kamil bilən görkəmli şair, tərcüməçi alim Ənvər Rzanın əsərlərinin əbədiyaşar ədəbi bir irs olduğunu söyləyərək, bu kitabın külliyat olduğunu, sağlığında nəşr edilməyən bütün şeir, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələrinin də bu kitabda toplandığını fikirlərinə əlavə etdi. Tədbirin davamında digər qonaqlar öz fikirlərini bildirdilər, Filologiya fakültəsinin tələbələri Ə.Rzanın şeirlərindən nümunələr səsləndirdilər, saz alətində musiqi ifa olundu. Çıxışlardan sonra şairin yaxınlarının fikirlərini söylədikləri videoçarx qonaqlara nümayiş olundu. Tədbirin sonunda şairin oğlu bu tədbirin təşkilinə görə universitet rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi. Sonda tədbir iştirakçılarına şairin “Kəlbəcərə gedən yollar” kitabı təqdim olundu.

 

 

Emin

 

Üç nöqtə. – 2012. – 31 oktyabr. – S. 10.