Azərbaycanın bütün ərazisi sürətli internetlə təmin ediləcək

 

Bu məqsədlə ildə təxminən 400 milyon manat vəsait ayrılacaq

 

 Bu yaxınlarda Bakıda «Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması» layihəsi üzrə Koreya Xarici İşlər Nazirliyi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında qrant razılaşması imzalanıb. Nazirlikdən verilən məlumata görə, layihə çərçivəsində Bakı şəhərində və regionların iri şəhərlərində təlim mərkəzləri yaradılacaq. Razılaşma ilə bağlı Koreyanın Azərbaycandakı səfiri Çoy Suk İnn iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildiribqeyd edib ki, İKT sahəsində yüksək təcrübəyə malik olan Koreya öz təcrübəsi ilə Azərbaycanla bölüşməyə hazırdır. Onun sözlərinə görə, təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılacaq və zəruri avadanlıqlarla təmin olunacaq. Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda, mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Qeyd edək ki, qrant razılaşması Ə.AbbasovÇoy Suk İnn tərəfindən imzalanıb. Azərbaycanda peşəkar kadrların hazırlanması ilə yanaşı ölkənin bütün yaşayış məntəqələrinin telelefonlaşdırılması istiqamətində önəmli addımlar atılıb. Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində ənənəvi poçt xidmətləri inkişaf etdirilib, yeni xidmətlərin o cümlədən poçt-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb. MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. İKT üzrə özəl sektorun fəaliyyəti ildən-ilə güclənib və hazırda bu sahədə əldə olunan gəlirin təqribən 85 faizi qeyri-dövlət müəssisələrinin payına düşür.

Bundan başqa, Azərbaycan Hökumətinin təşəbbüskarı olduğuTrans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi bir çox mötəbər beynəlxalq qurumlar və dövlətlər tərəfindən dəstəklənib, onunla bağlı BMT-nin xüsusi qətnaməsi qəbul olunub. Bununla ölkəmiz Avropa ilə Asiya arasında bir rabitə körpüsünə çevrilib. Azərbaycanın regionlarında genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı da kəskin artıb. 2013-cü ilin əvvəli ilə müqayisədə 22 min istifadəçi və ya 19 faiz artaraq 136 mini keçib. Hazırda Azərbaycanda hər 100 nəfərin 70-i internet, onun 50-i isə genişzolaqlı internet istifadəçisidir. Unutmaq olmaz ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyindən, onun əhatə dairəsı dövlət strukturlarını vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə edir. Bir çox inkişaf etmiş inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. Bu səbəbdən Azərbaycan internetin imkanlarından istifadəsinin genişləndirilməsi çox faydalı vacibdir. Bu səbəbdən artıq Azərbaycanın bütün ərazisinin sürətli internetlə təmin edilməsi üçün xüsusi layihə hazırlanıb. Bu barədə Gəncədə vətəndaş qəbulu keçirən rabitə informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, Dövlət Neft Fondu ilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin birgə xüsusi layihəsi var bu məqsədlə fond tərəfindən nazirliyə təxminən 400 mln. manat vəsait ayrılacaq: “Layihə çərçivəsində respublikanın bütün ərazisi sürətli internetlə təmin ediləcək. Daha çox ehtiyac duyulan ərazilərdən biri Gəncədir ki, burada da layihə çərçivəsində şəhərin bütün qəsəbələri rabitə internetlə təmin ediləcək”.

Azərbaycan həm kosmik sənayesi olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Azərbaycanın ilk orbital peykinin buraxılması layihəsi uğurla həyata keçirilib. Bunun üçün ölkəmiz önəmli addımlara imza atmalı olub. Xatırladaq ki, Azərbaycan Respublikası prezidentininAzərbaycan Respublikasında kosmik sənayenin yaradılması telekommunikasiya peykinin orbitə eynəklərinin orbitə çıxarılması haqqındaSərəncamına Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq, görülən işlər çərçivəsində RİTN ilə Malayziyanın “MEASAT Satellite Systems”  şirkəti arasında danışıqlar aparılıb, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Malayziyaya ayrılıb 46.0ºŞ. Azerspace/Africasat-1a peyki üçün optimal mövqe hesab edilib  həmin şirkətlə bu orbital mövqedən istifadəyə dair müqavilə imzalanıb. Bundan sonra RİTN tərəfindən ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı tender elan edilib. Tender komissiyası  təkliflərinin qiymətləndirilməsi müqayisəsi əsasında ABŞ-ın “Orbital Sciences Corporation” şirkətini tenderin qalibi elan edilib bu şirkətlə 27 may 2010-cu il tarixindəAzərspace/Africasat-1A peyki əlavə avadanlıqlara dair müqaviləimzalanıb. Raketdaşıyıcının seçilməsi üzrə yerli xarici ekspertlərin müsbət rəyi, maliyyə texniki göstəricilər nəzərə alınaraq Fransanın “Arianespace” şirkəti ilə 2010-cu ilin noyabrın 5-də Azərbaycanın ilk telekommunikasiya peykinin  Ariane -5” raketdaşıyıcısı ilə orbitə çıxarılması haqqındaBuraxılma Xidmətləri Müqaviləsiimzalanıb. Peykdə C Ku tezlik zolaqlarında 36 transponder nəzərdə tutulub peyk vasitəsilə Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri Yaxın Şərq regionuna yüksək keyfiyyətli telekommunikasiya yayım xidmətləri təşkil ediləcək. Artıq peyk orbitə çıxarılıb. Azərbaycanın ilk milli telekommunikasiya peyki olan «Azerspace-1» 15 il istismar müddəti ərzində ölkəyə 650 milyon ABŞ dolları məbləğində gəlir gətirəcək. Bunu Azərbaycanın rabitə informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, «Azerspace-1»in tikintisi, onun sığortalanması, orbitə buraxılması yerüstü infrastrukturun yaradılmasına isə 230 mln. dollar xərclənib.

Beləliklə,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan hökuməti son illər idarəetmənin bütün sahələrində müasir texnologiyaların nailiyyətlərindən istifadə olunması və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə bağlı xeyli görüb. Bir sıra dövlət qurumları vətəndaşlara göstərilən xidmətləri elektron vasitələrdən geniş istifadə etməklə həyata keçirilməyə başlayıb, elektron məlumat bazaları yaradılıb. Artıq İnformasiya-kommunikasiya texnologiyaları modernçevik idarəetmənin həyata keçirilməsində, dövlət qurumlarının fəaliyyətində şəffaflığının təmin olunmasında, vətəndaşların keyfiyyətli xidmətlər əldə etməsində mühüm rol oynayır. İKT də daxil olmaqla, müasir texnologiyalardan bilik və informasiyanın ötürülməsi üçün istifadə olunması qlobal səviyyədə də inkişafın əsas şərtlərindən sayılır. Respublikamız tükənən sərvət olanqara qızıl”ın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirir. Görülən işlər isə deməyə əsas verir ki, ölkəmiz yaxın illərdə İKT sahəsində regional mərkəzə çevriləcək, Qərblə Şərq arasında informasiya axınını təmin edəcəkdir.

 

 

Üç nöqtə.-2013.-25 aprel.-S.9.