“Bakutel-2013” yekunlaşdı

 

1995-ci ildən etibarən “bakutelikt nüfuzlularini azərbaycanda bir araya gətirir

 

Dünən “Bakutel-2013” Beynəlxalq Telekomunikasiya Sərgisi öz işini yekunlaşdırdı. 1995-ci ildən etibarən “Bakutelinformasiya komunikasiya texnologiyalarını (İKT) nüfuzlularını Azərbaycanda bir araya gətirir. Getdikcə beynəlxalq aləmdə də öz yerini tutaraq, yerli şirkətlərlə yanaşı, digər ölkələrin artan marağı nəticəsində qlobal təcrübə mübadiləsi meydanına çevrilən sərginin təşkilati məsələləri isə “Iteca Caspian LLC” şirkətinin üzərinə düşüb. Aparılan müşahidlərə görə, həqiqətən, bu il ziyarətçilər İKT sahəsində əsl bayramın şahidi olublar, belə ki, bu il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilib. 2013-cü ildə ölkədə İKT sahəsinin inkişafı üçün xeyli işlər görülübbu sahənin bir çox nailiyyəti məhz “Bakutel 2013″ sərgisinin ekspozisiyasında öz əksini tapıb. Hər şeydən əvvəl, builki sərgi öz miqyası ilə fərqlənib. Belə ki, “Bakutel 2013″ sərgisi Bakı Ekspo Mərkəzinin üç zalı və foyesində təşkil olunub. Sərgidə Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları və İnternet provayderləri, habelə sistem inteqratorları və distribüterlər təmsil olunublar. Sərgiyə beynəlxalq iştirakçılar da böyük maraq göstəriblər. Ölkədə “İKT ilinin elan edilməsi sərgidə iştirak üçün əlavə stimul yaradıb, belə ki, bu il sərgidə xarici şirkətlərlə yanaşı, 15 milli pavilyon da iştirak edib.Bakutel” çərçivəsində geniş işgüzar proqram keçirilibbu proqrama Azərbaycan və bir sıra digər ölkələr arasında ikitərəfli görüşlər və biznes-forumlar daxil olub. Həmçinin, sərgi çərçivəsində Azərbaycanın iştirak etdiyi bütün layihələr öz əksini tapıb.

Bu sərgidəelektron xidmətlər geniş təqdim edilb. Bu xidmətlər həm rahatdır, həm də iştirakçıların və ziyarətçilərin vaxtına xeyli qənaət edir. Bu xidmət vasitəsilə sərgidə KİV nümayəndələrinin də işini asanlaşdırılıb. Hazırda xarici KİV-lər bu xidmətdən fəal istifadə edib. Kütləvi informasiya vasitələri sərgini fəal şəkildə dəstəkləyib. Təkcə bu il 40-dan çox kütləvi informasiya vasitəsi sərgini rəsmi surətdə dəstəkləyib və onların arasında əlbəttə ki, Azərbaycan, habelə BƏƏ, Gürcüstan, Rusiya və digər ölkələrin KİV nümayəndələri var. Sərgini dəstəkləyən mətbuat orqanları arasında bir çox yerli mətbuat nümayəndəsi də var. Bunlara informasiya agentlikləri, mətbuat orqanları, elektron jurnallar veb-saytlar daxildir. Onların əksəriyyəti sərgini ilk gündən dəstəkləyib.

Son 10 ilə nəzər salsaq, özünün bu illərdəki fəaliyyəti ərzində sərgi informasiya-kommunikasiya texnologiyaları üzrə illik zirvə görüşünə çevrilib onun vasitəsilə hər il İKT bazarında yeni texnologiyalar ən yeni avadanlıqlar tətbiq olunur, möhkəm əlaqələr qurulur yeni müəssisələr yaradılır. Bakutelsərgisində uğurlu iştirakla bağlı bir çox misal göstərmək olar. Bu il ekspozisiya sahəsi xeyli artıb ötən il ilə müqayisədə 35 faiz genişlənib. Ümumilikdə isə sərgidə dünyanın 28 ölkəsindən 300-ə yaxın şirkətin iştirak edib. Bu sərgidə milli stendlərə böyük diqqət yetirilib bu milli stendlərin arasında debütantlar da olub. İlk dəfə olaraq, sərgidə Argentina, ABŞ, İtaliya Əfqanıstanın milli qrupları iştirak ediblər. Bundan əlavə, Belarus, Macarıstan, İsrail, Kanada, Latviya, Litva, Fransa, Türkiyə, Rusiya, Rumıniya, Sloveniya, Xorvatiya, Estoniya digər ölkələrin kollektiv milli stendləri geniş şəkildə təmsil olunub.

Artıq bir neçə ildir ki, “Bakutelsərgisi ilə birlikdə beynəlxalq səviyyəli tədbirlər keçirilir. Məsələn, ötən il sərgi ilə eyni meydançada İnternet İdarəçilik Forumunun (Internet Governance Forum) 7-ci iclası keçirilib. Bu forum uğurlu oldu dünyanın 100 ölkəsindən 1500-dən çox nümayəndəni bir yerə topladı. Bu il istisna deyil, belə ki, Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə beynəlxalq tədbirlər keçirilib. Bura “TASİM” Konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, Asiya Sakit okean regionu üzrə iqtisadi sosial komissiyanınBiliklərə əsaslanan iqtisadi inkişaf üzrə “SPECA” layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası Azərbaycanda dövlət özəl İKT sektorlarının tərəfdaşlığı üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar tədbir daxildir. 2-4 dekabr tarixində isəİnternet – regional inkişafın irəliləyişin lokomotivimövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının Birinci Milli Forumu keçirilib.

Bu ilin böyük hadisəsi isəKibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər perspektivlərmövzusunda konfransı olub. Tarixdə ilk dəfə olaraq, Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyi BMT ilə birlikdə ümumdünya kibertəhlükəsizlik konfransını təşkil edir bu tədbir dünyanın 20-dən çox ölkəsindən 50-dən çox nümayəndəni bir araya gətirib. Həmçinin, seminarlar dəyirmi masa”lar da keçirilib. Gördüyünüz kimi, builki proqram çox zəngindir şübhəsiz ki, mütəxəssislər üçün maraqlı olub.

Ziyarətçilərin sayına gəldikdə isə bu sərgidə 10-15 min nəfərdən çox ziyarətçi volub, bu il sərgini daha bir amil fərqləndirilib, belə ki, çox geniş işgüzar proqramı Azərbaycanda “İKT iliilə əlaqədar sərgi ziyarətçiləri iştirakçılar üçün xüsusi olaraq hazırlanmış əyləncəli tədbirlər tamamlayıb. Üçüncü zalda oyun zonası, istirahət zonası s. yerləşdirilib. Birinci gündə ziyarətçilər istifadəyə yararsız İKT hissələrindən hazırlanmış paltarların möhtəşəm nümayişinə tamaşa edib X-bokslarda oyunda da iştirak edə biliblər. Həmçinin, lazer şousu da olub. İlk dəfə olaraq, təkcə Azərbaycanda deyil, həm MDB-Bakutelsərgisinin ziyarətçiləri qarşısında məşhur “Titan” robotu öz şou-proqramı ilə çıxış edib.

Yaradıldığı gündən bəri sərgi telekommunikasiya sahəsi ilə paralel surətdə böyüyüb, bütün dəyişikliklərə həssas yanaşıb bir növ bu sahənin güzgüsü olub. Şübhəsiz ki, “Bakutelsərgisinin keçirilməsi ölkədə İKT-nin inkişafına müsbət təsir göstərir. Təsəvvür edin ki, 4 gün ərzində bu sahənin bütün mənzərəsinə nəzər salmaq onun perspektivlərini təhlil etmək imkanı qazanılıb. Hər il sərgidə bir çox yeni məhsul xidmətlər təqdim olunur. Bunun sayəsində İKT sahəsi daim yenilənir, müasirləşir. Sərgi bu sahənin güzgüsü olaraq, rəqabət mühitinin yaranmasına kömək edir. Sərginin bu sahənin qarşılıqlı təsirindən uzun-uzadı danışmaq olar. Bakutelsərgisi bu günlər ərzində həm mütəxəssisləri, həm məsul strukturları, beynəlxalq təşkilatları, eləcə İKT sahəsində mövcud olan bilikləri bir yerə cəm edir. Bu günlərdə Bakı İKT sahəsinin qovşağına çevrilir diqqətini Azərbaycana yönəldir. Mən xüsusilə qeyd etmək istərdim ki, bu sahənin sərginin inkişafı ölkə rəhbərliyinin Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin göstərdiyi güclü dəstəkdən asılıdır. Son bir neçə ildir ki, sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak edir bu, sərginin yüksək statusunu bir daha vurğulayır. Artıq uzun illərdir ki, Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları NazirliyiBakutelsərgisini yaxından dəstəkləyir, nazir Əli Abbasov sərgiyə böyük diqqət yetirir nazirliyin Beynəlxalq əlaqələr departamenti fəal işlər həyata keçirir.

 

Üç nöqtə.- 2013.- 6 dekabr.- S. 9.