Kosmik sənaye iqtisadiyyatı şaxələnmiş Azərbaycanın yeni trendidir

 

2020-ci ilədək birya bir neçə optikradar peykin orbitə çıxarılması planlaşdırılır

 

 Artıq Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Ölkəmizin ilk milli kommunikasiya peykinin orbitə buraxılması böyük maraqla qarşılanıb. Artıq buna həsr olunan yeni mahnı da yazılıb. Milli Peykimizadlanan kompozisiyasının sözlərini silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbani, musiqisini isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyeva yazıb. Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C.Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər. Layihənin səs rejissoru Faiq Babayevdir. 

«Azerspace-1» peykinin orbitə çıxarılmasına münasibət açıqlayan Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyevin sözlərinə görə, bu olduqca qürurvericidir. Azərbaycanın ilk telekommunikasiya peykinin belə uğurlu şəkildə orbitə buraxılmasında əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bununla da Azərbaycan artıq kosmik sənaye ölkəsinə çevrilmək üçün ilk addımını atmışdır. Biz iqtisadiyyatın şaxələndirilməsindən çox danışırıq.

Kosmik sənaye iqtisadiyyatı şaxələnmiş Azərbaycanın yeni trendidir. Bu istiqamətdə hələ çox işlər görüləcəkdir. Növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək birya bir neçə optikradar peyklərin orbitə çıxarılması planlaşdırılır. Azərbaycan üçün milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağıorbitli peyklərin imkanlarının ölkəmizdə istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerlixarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb. Məlum olub ki, ölkəmizdə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqitexnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və s. bu kimi bir sıra mühüm sahələrdə bu peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.

R.Nəbiyevin sözlərinə görə, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan istiqamətdə işlər aparılır: «Dünyada mövcud inkişaf meyilləri nəzərə alınaraq, hazırda Azərkosmos ASC tərəfindən ölkənin informasiya təhlükəsizliyini təmin edəcək etibarlı və keyfiyyətli peyk rabitəsinin təmin edilməsi, yerin məsafədən zondlanması imkanlarından istifadə edilərək ölkənin iqtisadi qüdrətinin və elmi-tədqiqat potensialının artırılması nəinki peyk sənayesində, ümumiyyətlə, milli kosmik sənayenin formalaşdırılması istiqamətində əparır. Həmçinin,  kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi, kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən beynəlxalq inteqrasiyanın genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlər görülür».

R.Nəbiyevin sözlərinə görə, hər hansı ölkədə kosmik sənayenin yaradılması, ilk növbədə həmin ölkənin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır: «Azərbaycanın hazırkı inkişaf sürəti yeni bazar tələblərinə cavab verilməsi və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan yeni sənaye sahələrinin yaradılmasını zəruri edir. Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir. Rabitə və informasiya texnologiyaları sahəsinin neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiyakommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın AvropaAsiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zərurətə çevirib. İqtisadiinformasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində də lider ölkəyə çevirəcəkdir. Kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcəkdir. İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyibu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasiya kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

Qeyd edək ki, «Azerspace-1» peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb. Təyin olunan vaxtdastartdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb. Çəkisi təxminən 3 200 kiloqram təşkil edən Azerspace-1 Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitə çıxarılıb. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma əsasında hazırlanıb. Peykin istismar müddəti 15 il təşkil edir. Aparat Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri, Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək. Azerspace-1 peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcək.

 

 

Üç nöqtə.-2013.-13 fevral.-S.-9.