Muğam oxuyanda ağlım başımdan çıxır”

 

Alim Qasımov: “Bəlkə də bu cür eşqli, ilhamlı oxumağım əsəbdən irəli gəlir”

 

Azərbaycan muğamının dünyada tanınmasında Alim Qasımovun böyük xidməti var. Mən də muğamı məhz bu sənətkarın ifası ilə sevmişəm. Hər zaman sənəti ilə yanaşı, insanlığı, səmimi münasibəti ilə yaddaşlarda qalmağı bacaran xalq artisti bu dəfə “Şənbə qonağı” rubrikamızda suallarımızı cavablandırdı. Amma tək deyil, hər zaman bir səhənni bölüşdüyü qızı Fərqanə Qasımova ilə birlikdə. Qızı ilə bir səhnədə çıxış etməyin onun üçün böyük zövq olduğunu deyən Alim Qasımov birgə müsahibənin daha maraqlı olacağını da dedi. Sənətkarla tələbənin, ya da ata ilə övladın birgə müsahibəsini sizlərə təqdim edirik.

- Hər ikinizdən bir yerdə müsahibə almaq istəyirəm. Çətin olmaz ki, sizin üçün?

Alim Qasımov: Daha çox Fərqanəni danışdırın. Mən ona kömək edərəm. Heç dayana bilirəm ki, danışacam. İkimiz bir yerdə mənə elə gəlir ki, yaxşı söhbət alınacaq.

- Ata ilə qızın bir səhnədə çıxış etməsi

- A.Qasımov: Biz dərsdə, məşqdə ayrı bir münasibətdə oluruq. Amma səhnədə mən ata-bala, tələbə, heç görmürəm. Səhnə qatar kimidi. Qatarın üstündə durmağı bacarmalısan. Yıxılsan qatarın altında qalacaqsan. Ona görə maşallah Fərqanə hələ ki gəlir, mən gedirəm. Bu hisslər tamam başqadı. Fikirləşirsən ki, sənin arxanca gələn, yıxılmayan həm tələbə kimi yetişdirdiyin bir insandı, həm birdən dönüb olur mənim balam. Məndə bu fərəh hissləri var. İnşallah bu daha da uzunömrülü olar. Daha da yüksəklərdə olmasını arzulayıram.

F.Qasımova: Ata ilə bir yerdə oxuyanda insan həqiqətən böyük çətinlik içində olduğunu görür. Mənim üçün bu bir imtahandı. Mənim iki imtahanım olur. Biri atamın yanımda oturması eyni zamanda həmin insanın müəllimim olması. Bu günlərdə verdiyimiz konsertdən öncə atam dedi ki, yanında oturacam. Mən həyəcanlandım ki, yanınma niyə oturursan. Get başqa yerdə otur rahat oxuya bilim. İstər-istəməz həyəcan keçirirəm. Tamaşaçılar qarşısında çıxış etməyin atamınmüəllimimin yanımda olmasının həyəcanı məni daha məsuliyyətli olmağa məcbur edir. Bir tərəfdən atamdı. Mən səhnədə onun qayğısına qalmağa çalışıram. Səsinin gözəl olmasını istəyirəm. Söz yadından çıxanda mən həyəcan keçirirəm.

alim (1)A.Qasımov: Çox sözləri Fərqanə yadıma salır. Mən muğam oxuyanda ağlım başımdan çıxır. Heç bilmirəm hardayam. Sonra bu yazıq görür ki, boğuluram. Sözləri yadıma salmağa çalışır.

F.Qasımova: Ata ilə bir səhnədə çıxış etmək dünyada heç nədən zövq almayacaq hissdi. Muğamın sözlərini, gözəlliklərini atadan öyrənmək, onunla bir səhnədə çıxış etmək övlad olaraq mənim üçün böyük şərəfdi. Bəlkə atam yox, başqa sənətkar olsaydı, mən onunla bu qədər çox oxuya bilməzdim. Yorulardım ki, onun öz işi var, mənim öz işim. Amma ata-övlad məhəbbəti Allah tərəfindən insanlara bəxş edilən elə bir hissdi ki, onlar bir-birindən vaz keçə bilməzlər.

- Alim müəllim dediz ki, muğam oxumağa dalanda ağlınız başınızdan çıxır. Kənardan isə elə təəssürat yaranır ki, sanki buralarda deyilsiz

- A.Qasımov: O dediyiniz aləmə getmək aynası, qapısı mənim üzümə toylarda, el şənliklərində açılıb. Onun dadını orda tapmışam. indiyə qədər onun qapısını rahat açmağın yollarını axtarıram. Bu bir ilham pərisidi, bu bir haldı, dərvişlərin, sufilərin zikrinə bənzəyir. Birdən düz gedir, birdən səhv gedə bilir. Amma ora gedə biləndə çox gözəl bir əhval-ruhiyyə alınır.

- Bu yaxınlarda bir neçə səfəriniz olub. İndi isə yoldan gəlmisiz. İstirahət etmədən məşqə gəlmisiz. Yorulmursuz?

- A.Qasımov: Yorulmuşuq (Gülür).

ferqane qasimovaF.Qasımova: İş olanda, insan bu işin məsuliyyətini hiss edəndə daha da əzmlə çalışmaq istəyir. Bəlkə də bu qədər olmasaydı, bizdə arxayınlıq yaranardı. Məqsəd olmayanda mənə elə gəlir ki, sənətkarda bir az təmmbəlləşmə gedir. Amma məqsəd olanda, insan içindəki məsuliyyəti ona enerji verir və yorulmalarına imkan vermir. Mən sabah çıxış etməliyəmsə, artıq məşq etmək haqqında fikirləşirəm. Heç hissetmirik ki, yorulmuşuq. Məqsəd olduqca sənətkarda sənətə qarşı eşq daha da çoxalır.

A.Qasımov: Fərqanənin dediyixoşuma gəlməsə mən də fikrimi deyəcəm. Bu suala yaxşı cavab verdi.

- Sənətkarın səhnədə ifasını istədiyi kimi göstərə bilməsinə nə mane ola bilər? Məsələn əsəbləşmək…

- Alim Qasımov: Mənim bəlkə də bu cür eşqli, ilhamlı oxumağım əsəbdən irəli gəlir. Toyda xətrinə dəyiblər, mənasız yerə bir söz deyiblər, konsertdə səslənmə xoşuma gəlməyib. Mən evdə vuruşub gedəndən sonra səhnədə çıxışım çox gözəl olur. İndi yaşlaşmışam deyə o şeyləri buraxmışam. Hirslənəndə daha yaxşı ifa təqdim edə bilirəm.

- Amma sənətkarlar hər zaman sakit bir ətrafda olmağın daha yaxşı ifa təqdim etməsinə yardımçı olduğunu deyirlər…

- A.Qasımov: Cavanlıqda hirsli idim. Hər xırda şeydən içimdə əsəb yaranırdı. Konsert vaxtı əsəbi olanda evdə hamını acılayırdım, gedirdim səhnədə fontan eləyib gəlirdim. Amma indi sakitlik daha yaxşıdı.

- 55 yaş nədir ki Alim müəllim cavanlıqdan danışırsız. Yoxsa Alim Qasımov qocalıb?

- A.Qasımov: Qocalıb deyəndə ki…(Fikirləşir)

F.Qasımova: Qocalmayıb, ucalıb.

A.Qasımov: Ucalığa gedən yolda da insanın vaxtı gedir.

F.Qasımova: Məncə insan ucaldıqca müəyyən yaş dövrünü keçməlidi.

- Alim müəllim, sənətdə muğam ifaçılarının əldə etmək istədiklərinin hamısını əldə etməyi bacarsanız da, “Mən muğam dəryasının hələ kənarındayamdemisiz

- A.Qasımov: Heç qırağında da deyiləm. Çünki, bir dəfə bir televiziyaya baxırdım. Gördüm yaxşı bir avaz gəlir. “Quran” oxuyurdular. Avazı xoşuma gəldiyinə görə fikrimi ora yönəltdim. İfa qurtarandan sonra ustadlar dedilər ki, filan muğamda filan muğama, ordan digərinə keçid elədin. Əlim üzümdə qaldı. Dedim Allah, bu oxuya-oxuya bu qədər muğam dəyişib, mən hiss eləməmişəm. İranda gedib muğam ifaçılarını dinləmişəm. Mən onları öyrənmək üçün gərək təzədən doğulum, gedib orda tələbə olum öyrənim. Ərəblərin muğamlarının içində bir çox dərinliklər var. Mğamlar dəyişik formadadı. Mən onları bilmirəm. Ona görə heç bir sənətin axırına çıxmaq mümkün deyil.

F.Qasımova: Alim müəllim təvazökarlıq eləyir. Azərbaycanda doğulub, Azərbaycan muğamının ustadıdı. Ərəbistanda doğulsaydı onların ustadı olardı. İranlılar Alim müəllimin ifasını çox sevirlər. Ağlaya-ağlaya ifalarını dinləyirlər.

- A.Qasımov: Sevmək ayrıdı, sənəti tam bilmək başqa.

- F.Qasımova: Sən muğamlarımızı gözəl bilirsən, sadəcə olaraq təvazökarlıq edirsən.

- Müəlliminiz Ağaxan Abdullayev sizi “Mənim dünyaşöhrətli tələbəm Alim Qasımov” adlandırdı. Məs siz Fərqanə haqda hansı fikirdəsiz?

- A.Qasımov: Bu dəqiqə Fərqanənin istədiyim yerdə olmasına bir az qalıb. O 6 aya, 1 ilə, 5 ilə tamamlanacaq, ya da tamalanmayacaq.

F.Qasımova: Ola bilsin tamamlanmasın(Gülür).

A.Qasımov: Şükürlər olsun ifaçı üçün lazım olan hər bir şey qaydasındadı. O muğam oxuya-oxuya şeir deyəndə mənim ürəyim parçalanır. O ifa olmasaydı bəlkə də elə yarımçıq qalacaqdı. Çünki hərənin öz istəyi var da. Bəlkə Fərqanə mən oxuyanda fikirləşir ki, belə oxusaydı yaxşı olardı.

- Fərqanə xanım elə bir hal olurmu?

- F.Qasımova: Yox olmayıb.

A.Qasımov: Ola bilsin səhv deyirəm, ola bilsin ki, elədi. Amma mənim üçün nə isə qalıb. Mən Fərqanəni muğam sahəsində ustadların ustadı kimi görmək istəyirəm. Ona da zaman lazımdı. Mənə elə gəlir ki, Allah o günü mənə qismət edəcək.

 

- Alim müəllim muğam oxumağınız bir başqa, amma sintez edəndə və ya başqa nə isə oxuyanda hər zaman həmin ifa sevilir. Xarici bir mahnı da ifa etdiniz. Siz muğam hissəsini, Fərqanə xanım isə ingilis dilində olan yerlərini ifa etmişdi. Musiqilərdə seçimi necə edirsiz?

Fergana-Gasimova- F.Qasımova: Bu yaxınlarda bir cavan qız gördüm. Məni qucaqladı. Dedi ki, biz Piterdə yaşayırıq. Piterdə nə qədər adam tanıyırıq ki, bu mahnıya qulaq asırlar. Gözəl oxumusuz. Biz oxuyanda düşünmürük ki, bu mahnı ilə sevilək ya da elə oxuyaq ki, sevilə bilsin. İçdən gəldiyinə görə düşünülməyən bir musiqidi. Əgər ifamız sevilirsə bu bizim üçün xoş olur.

A.Qasımov: Bu şairə təb gələn kimi bir hissdi.

 

Mənimlə bu fələyin bilməm iddiası nədir

Vurubdur qəlbimə yüz min qəmi, cəfası nədir?

 

Onu mən ifa etməyi təklif edəndə elə əlimi qulağımın dibinə qoyub indi eşitdiyiniz kimi ifa etdim. Mən heç belə bir şey oxumamışdım. Musiqi gəldi, harmoniya yarandı. Bu musiqi, söz insanın alma qabiliyyəti olanda gələ bilir. Bu qüvvəti Allah insana verib. İndi siz mənə sual verirsiz. Mən bunu necə cavablandırmaya bilərəm axı. Siz sualı verəndə mənə ilham gəlir və mən də müxtəlif fikirlər söyləyirəm.

- Bəlkə bir az da dünyəvi musiqilərdən danışaq?

- A.Qasımov: Nə qədər gözəl olsa da, musiqi sənətkarın əlinə düşməsə o musiqi ölür. Musiqi, söz, bəstəkar və ifa gözəl olanda artıq o dünyəvi olur.

- Sizdə xəsislik varmı?

- A.Qasımov: Məndə insanlara xoş gəlməyən hər şey var. Amma mənim içimdə iman, din, haqq-ədalət, insaf adlı bir komandirvar. Şükürlər olsun mənim aləmimdə işləyir.

- Səhnədə özünüz üçün hansı qanunları qoymusuz?

- A.Qasımov: Söyüş olmaz (Gülür). Mən konsertimdə işirak edən hər kəsi öz qonağım hesab edirəm. Qonağın evdə darıxamaması, getdiyi yerdən zövq alması üçün əlimdən gələni edirəm. Buna görə, səhnədə mənim üçün heç bir qadağa yoxdu.

F.Qasımova: Çox gülmək olmaz. Bir az ciddi olmaq lazımdı.

- Səhnədə olarkən elə bir qeyri-adi sevgi etirafı olubmu ki, heç vaxt yadınızdan çıxmasın?

alim-ferqane-Alim Qasımov: Bir dəfə Fransanın kəndinə getmişdik. Orta yaşlı bir fransız xanım konsertdən sonra mənə yaxınlaşdı. Nə isə deməyə çalışırdı. Gördüm rus, türk, azərbaycan dillərindən heç birini bilmir. Məni əlimdən tutub apardı. Qələmlə salfetkanın üstünə ulduzla ay şəkli çəkdi. Aşağıda da əllərini ulduzla aya uzadan insan çəkdi. Yəni demək istədi ki, sən bizi burdan yüksəklərə apardın. Bu mənim sənətim üçün çox böyük dəyərdi.

 F.Qasımova: Konsertlərdən sonra hər zaman yaxınlaşıb öz sevgilərini bildirirlər. Xarici ölkələrdə olanda da ingilis dilində deyirlər. Bizə öz sevgilərini anlatmağa çalışırlar. Möcüzəli bir musiqi dinlədiklərini deyirlər.

 

Aygün Asimqızı

 

Üç nöqtə.- 2013.- 6 iyul.- S. 13.