İnternet texnologiyalarının marketinqə tətbiqi real səmərə verir

 

İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır

 

 Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrastrukturunu informasiya texnologiyaları əsaslarına çevirir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir. Son zamanlar aparılan tədqiqatların nəticələri göstərir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi səmərə verir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır. Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri ən geniş yayılmış olan internet şəbəkəsidir. İnternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm makro səviyyədə böyük dəyişikliklərə səbəb olmaqla yeni eranın əsasını qoymuşdu.

Məlumdur ki, 1990-cı illərdə, internet bumu yaşanan zaman bəzi firmalar internetin onların qarşısında açdıqları imkanları düzgün dəyərləndirə bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət İnternetdən öz biznesin inkişaf istiqamətində istifadəyə real baxmırdı. Nəticədə "onlayn" şirkətlər "ənənəvi" şirkətlərə ciddi rəqib oldular onların biznesi üçün real təhlükəyə çevrildilər. Təcrübə göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi Qərbi Avropa ölkələri Rusiya şirkətləri üçün mənfi nəticələnmişdir. Bu yeniliklərin tətbiqini labüd hesab edən ölkələr "rəqəmsal iqtisadiyyat"ı ümumi iqtisadiyyatın lokomotivinə çevirməyi qarşısına məqsəd qoydu. Çünki, internet iqtisadiyyatı daha qlobal xarakter daşıyır. Amma bu o demək deyil ki, bütün dünya ölkələri elektron ticarət infrastrukturunu eyni dərəcədə inkişaf etdirir bu sahədəki nailiyyətləri öz milli iqtisadiyyatlarına eyni dərəcədə tətbiq edirlər. Müşahidələr göstərir ki, internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə geniş imkanlar açmaq iqtidarındadır. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikro iqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması təkmilləşdirilməsində müşahidə olunur. Bu zaman bütün biznes planlarda internet birinci yerə çıxır. İnternet informasiya məkanında əməkdaşlıq vasitəsi olmaqla biznesi yeni inkişaf mərhələsinə daşıdı. O, bir tərəfdən şirkətlərə maksimal istehlakçı auditoriyası yığmağa, digər tərəfdən isə istehlakçılara öz fərdi tələbatları haqqında məlumatları istehsalçılara çatdırmaq imkanı verdi. Beləliklə, yeni virtual dünyada hər kəs özünün imkanlarını məqsədlərini əks etdirən informasiya obrazını yaratmağa daha maraqlı oldu. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə əsaslı təsir göstərir. Dünya iqtisadiyyatında islahatların aparılması zamanı texnologiyalar, qloballaşma bazarın dövlətsizləşdirilməsi kimi bir çox amillər mühüm rol oynayırlar. Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq insanları şirkətləri birləşdirən şəbəkələr vasitəsilə təşkil edilir. Qısa haşiyəyə çıxaraq qeyd edək ki, insanları bir kompaniya daxilində bir-biri baş kompyuterlə əlaqələndirən şəbəkəyə intranet; kompaniyanı onun malgöndərənləri distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri "ümumdünya informasiya anbarı" ilə əlaqələndirən şəbəkəyə isə İnternet deyilir. İnternet vasitəsilə alqı-satqı əməliyyatlarını həyata keçirən kompaniya malgöndərənlər müştərilərlə qarşılıqlı əlaqədə olur. Təcrübə sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri məhsulları satmağa çalışdıqları halda, indi, onlar sata biləcəkləri məhsulların istehsalına üstünlük verirlər. Yeni iqtisadiyyatdakı praqmatik meyllər biznesin sosial-etik məsələlərində qarşılıqlı etimadın təmin edilməsi sahəsində özünü göstərir. Şirkətlər müştərilərlə qarşılıqlı əlaqənin təmin olunmasına küllü miqdarda vaxt vəsait sərf edirlər. Müştərilərin məlumat bazasının yaradılmasına imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini xeyli yüngülləşdirə bilər. Müasir dövrdə istehlakçıların əksəriyyəti həm real, həm onlayn alışlar həyata keçirirlər. Bu tip istehlakçıları razı salmaq üçün kompaniyaların əksəriyyəti həm ənənəvi, həm onlayn bazarda mövcud olmalıdırlar. Bunu nəzərə alaraq, artıq şirkətlər yeni şəraitlərə uyğunlaşaraq öz satış metodlarında düzəlişlər edirlər. İstənilən müəssisədə biznesin inkişaf strategiyası rəhbərliyin həll edəcəyi ən mühüm məsələlərdən biridir. İnternet ənənəvi biznesdə analoqu olmayan elə forma sxemlər yaratmışdır ki, artıq ənənəvi biznes metodologiyası əsasında "yetişmiş" biznes-analitiklər, şirkət rəhbərləri marketoloqlar narahatlıq keçirməyə başlamışdır. İndi bir çox şirkətlər internet bizneslə məşğul olmağa, elektron- kommersiya ya biznesin elektron idarə olunması metodlarını mənimsəməyə çalışırlar. Lakin onların heç hamısı özlərinə hansı e-biznes formasının uyğun olduğunu müəyyənləşdirə bilmirlər. İnternet -biznes Azərbaycanda 2003-cü ildən sonra əsaslı inkişafa başlamışdır. "Ekspert" jurnalı Azərbaycandakı internet-layihələrin siyahısını hazırlanmışdır. Onların ekspert qiymətləndirilməsinə görə 2008-ci ildə Azərbaycandakı internet-mağazaların, ticari internet-sistemlərinin sayı 60-dan artıqdır. SpyLoq Reseach şirkətinin məlumatına görə 2004-cü ilin dekabrında Azərbaycan internet istifadəçilərin sayı təxminən 0.5 milyon nəfər olmuşdur. İnternet-mağazada məhsul sifarişi istehlakçının baxış bucağından tamamilə fərqli görünür. Reytinqlər, rəqəmlər, XXI əsrin ticari texnologiyalarından istifadəyə çağırış, istifadəçinin virtual - dükanda məhsul seçimi sifarişin rəsmiləşdirilməsindən tutmuş, ödəməyə kimi olan problemlərlə üzləşməsi səbəbini izah edə bilmir. İnternet-layihələr real servis tələb edir. Ənənəvi mağazaların alıcıları müxtəlif alıcılıq qabiliyyətinə malik insanlardır. Adətən alıcılar şəbəkə prinsipi (2 daha artıq filialın mövcudluğu) əsasında fəaliyyət göstərən, geniş məhsul çeşidi (10-15 min vahid) təklif edən yüksək səviyyəli xidmət təklif etməklə istehlakçı loyallığı qazanmağa çalışan mağazalara üstünlük verirlər. Şəbəkədə "keyfiyyətli xidmət" dedikdə, əmtəənin sürətli axtarışı, alıcı üçün rahat ödəmə forması (nəğd, Azərbaycan beynəlxalq ödəmə sistemlərinin plastik kartları, bank köçürmələri), qiymət güzəşti sistemi bir-birini müşayiət edən məhsulların, əlavə xidmətlərin bir ticarət meydançasından alınması imkanı başa düşlür. On-line alışlara qərar verən alıcı yüksək texnologiyalı axtarış, müqayisə, alış ödəmə üsullarından istifadə etməyə hazırdı. Bunun əvəzində onlar yüksək keyfiyyətli xidmət tələb edirlər. İlk dəfə on-line alış həyata keçirmiş şəxslər məyus olurlar. Belə ki, virtual mağazalarda xidmət məhsul çeşidi ənənəvi dükanlardan xeyli geri qalır.

 

 

Üç nöqtə.- 2013.- 21 may.- S. 9.