İKT-nın ilk tətbiq sahəsi bank və maliyyə sistemi oldu

 

Azərbaycanda elektron idarəetmə mərhələli şəkildə həyata keçirilir

 

Azərbaycanın sosial-iqtisadi inkişafında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki inkişafın səviyyəsi digər sahələrin inkişafı ilə müqayisədə daha yüksəkdir. Mövcud informasiya-kommunikasiya texnologiyaları sahəsinin intensiv və yüksək səviyyədə inkişafını, yeni xidmət növlərinin, o cümlədən mobil telofon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişləndirilməsi ilə səciyələndirmək olar. Bu gün Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Əhalinin rifah halının yüksəldilməsi məqsədilə müasir texnologiyaların və mütərəqqi üsulların tətbiqinə xüsusi diqqət yetirilməy başlanıb. İqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar, istehsalın, məhsul satışının, əldə olunan gəlirlərdən istifadənin dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrindən istifadə etməklə məqsədəuyğun şəkildə istifadəsi müvəffəqiyyətlərin əldə olunmasına səbəb olub. Aydındır ki, uğurlar birdən həll olunmayıb. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirilən islahatlar bu uğurların əsasını təşkil edib. İqtisadçı alim Mahmud Məmmədov ölkənin iqtisadi uğurlarında Heydər Əliyevin neft strategiyasının önəmli rol oynadığını bildirib. Onun sözlərinə görə, respublikamızda mövcud karbohidrat ehtiyatlarından düzgün istifadə proqramlarının hazırlanması beynəlxalq əhəmiyyətli neftqaz müqavilələrinin bağlanaraq həyata keçirilməsi iqtisadi inkişafın yüksək tempinin əsası oldu. Respublika rəhbərliyinin apardığı düzgün iqtisadi siyasət keçən əsrin 95-ci ilindən sonra ölkəmizdə iqtisadiyyatın demək olar ki, bütün sahələrində gəlirlərin artmasını təmin etdi. Neftqaz sahələrindən əldə olunan gəlirlərin düzgün istifadəsi və iqtisadiyyatın digər sahələrinin inkişafı həmin dövrdəki ölkə prezidenti Heydər Əliyev tərəfindən texnologiyaların istehsalı və tətbiqi, aqrar sahənin yeni əsaslar üzərində inkişafını özündə əks etdirən mühüm əhəmiyyətli qəərarların qəbul edilməsi və ardıcıl olaraq həyata keçirilməsində uzaqgörənlik göstərdi. Dünya ölkələrinin iqtisadi inkişafının təhlilindən aydın oldu ki, yalnız malik olduğumuz sərvətlərin xammal kimi xarici ölkələrə satışı ölkənin iqtisadi inkişafının davamlı olmasını təmin edə bilməz. Məhz buna görə də iqtisadi sahələr içərisində ölkə daxilində yeni texnologiyaların təbiqi və ən müasir texniki vasitələrin istehsal sahələrinin yaradılması qarşıya məqsəd qoyuldu. Hal-hazırda respublikamızda müasir kompüterlərin, müxtəlif telekommunikasiya vasitələrinin istehsalı müəssisələri fəaliyyət göstərir. Bu isə özlüyündə ölkə daxilində İKT-nın tətbiqi və istifadəsi səviyyəsinin yüksəlməsinə səbəb oldu. Hazırda respublikamız İKT-nın tətbiqi səviyyəsinə görə ən öndə olan ölkədir.

Respublikamızın xarici əlaqələrinin genişlənməsi, ölkəmizin dünya iqtisadi sisteminə daha dərindən inteqrasiyası müasir texnologiyalara əsaslanan iqtisadiyyatın və idarəetmənin də yaradılması və bərqərar olması zərurətini döğurub. Bu sahədə irəliləyiş digər sahələrə nisbətən elə böyük olmasa da, əvvəlki illərlə müqayisədə müsbət nəticələr əldə edilib. Ölkəmizin cöğrafi mövqeyi, ABŞ və Avropa İttifaqı ölkələri ilə artan əlaqələri İKT-nın tətbiq sahələrinin hərtərəfli genişləndirilməsini və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. İKT-nın ilk tətbiq sahəsi bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif tədqiqat işlərinin aparılması, bank və maliyyə sistemində ilk olaraq tətbiq edilməyə başladı. Ölkənin müharibə şəraitində olması, texniki təminatın zəifliyi, maliyyə vəsaitlərinin ilk müstəqillik illərində olmamasə bu sahədə inkişaf üçün əlverişli olmayan şəraitin formalaşmasına səbəb oldu. Lakin 1993-cü ildən başlayaraq respublikamızın İKT-ları sahəsində müxtəlif aparıcı dövlətlərlə əlaqələrinin genişlənməsi, ölkə Prezidentinin İKT-nın və onun tətbiq sahələrini genişlənməsinə dair düzgün, vaxtlı sərəncam və qərarları öz müsbət nəticələrini verdi.

İKT-larının idarəetmə və hakimiyyətdə ilk tətbiqi kimi respublikamızda tələbə qəbulunun test üsuluna keçilməsi, seçkilərin keçirilməsində şəbəkə texnologiyalarından istifadədə görmək olar. Son keçirilən seçkilərin təşkili İKT-larından geniş istifadəyə verilən əhəmiyyət artıq inkişaf etmiş dünya dövlətləri tərəfindən də yüksək qiymətləndirilib.

Bu gün respublikamızda mobil telefoninternet istifadəçilərinin sayının gündən-günə yüksək templə artması elektron hakimiyyət və idarəetmənin qurulması və bərqərar olması üçün gözəl zəmin yaradır. Mahmud Məmmədovun sözlərinə görə, son illərdə Respublika Prezidenti tərəfindən “elektron sənəd dövriyyəsi”, “elektron dövlət”, “elektron ticarət” haqqında verdiyi fərmanlar ölkəmizdə elektron idarəetmənin bərqərar olmasına və demokratik intellektual səviyyəsi yüksək cəmiyyətin qurulmasında mühüm addımdır. Bankkredit əməliyyatlarının aparılmasında artrıq geniş şəkildə elektron variantdan istifadə edilir. Əmək haqqlarının, təqaüdlərin, müxtəlif yönümlü sosial yardımların plastik kartlarla ödənişi, müəssisə və təşkilatlar arasında, müəssisələrlə bank və bankların öz aralarındakı əməliyyatlar demək olar ki, bütövlüklə elektron variantda aparılır. Əhalinin kommunal xərclərinin ödənilməsində də elektron ödəmələrdən istifadəyə başlanılıb. Belə ki, 2009-cu ildə artıq Bakı şəhərində kommunal xərclərin ödənilməsində elektron variant sınaqdan çıxarılmış və nəticələr gözlənildiyindən də yaxşı alınmışdır. Deməli, əhalinin şəbəkə texnologiyalarının və elektron ödəmələrin tətbiqinə inamı artmışdır. Bu isə insan şüurunun da müasir texnologiyalara sürətlə uyğunlaşması başlayıb.

Hazırda respublikamızda bir çox dövlət idarələrində və dövlət strukturlarında elektron idarəetmənin tətbiqinə geniş yer verilir. Buna misal olaraq vergi bəyyanamələrini doldurulması, gömrük deklarasiyalarını hazırlanması və bu sahələrdə vahid pəncərə sistemlərinin tətbiqi elektron idarəetmənin irəli sürdüyü tələblərə uyğundur.

Son zamanlar ayrı-ayrı dövlət və hökümət idarələri, nazirliklərin xüsusi portalları yaradılır, onların xüsusi saytlarında gördükləri işlər, yeni qanuqaydalar haqqında geniş məlumat verilir. Eyni zamanda bu saytlarda gündəlik məlumatların verilməsi də məhz dövlət və hökumət idarələrinin işində şəffaflığın təmin olunmasına xidmət edir. Respublikamızda İKT sahəsində xüsusi canlanma hiss olunur. Elektron dövlətin və elektron hökumətin qurulmasında mühüm əhəmiyyəti olan elektron imza haqqında qəbul olunmuş qərarlar, onun hüquqi bazasının təşkili və respublikada elektron imzanın tətbiqi mühüm əhəmiyyətə malikdir. Respublikamızın özünün xüsusi rabitə peykinə sahib olması əslində elektron idarəetmənin həyata keçirilməsinin mərhələli şəkildə yerinə yetirilməsinin bir hissəsidir.

 

 

Üç nöqtə.-2013.- 16 noyabr.- S. 9.