Qlobal missiyalar yeni texnologiyalarla həyata keçirilir

 

Hazırda bu texnologiyaların nüfuz dairəsindən kənarda heç bir sahəni təsəvvürə belə gətirmək mümkün deyil

 

“Elm texnologiyalar əsriadlandırılan XXI əsrdə hər bir dövlət yüksək texnologiyaların qlobal iqtisadiyyatda tutduğu mövqenin əhəmiyyətini çox gözəl anlayır. Məhz bu mövqeyinə görə bu gün ən qlobal missiyalar, ən güclü layihələr texnologiyalara söykənilərək həyata keçirilir. Hazırda bu texnologiyaların nüfuz dairəsindən kənarda heç bir sahəni təsəvvürə belə gətirmək mümkün deyil. Bu gün qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətlərdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya kommunikasiya texnologiyaları onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü məhz texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz qlobal çağırışlardan kənarda qalmayıb. Bu reallıqları əsas tutaraq, respublika prezidenti İlham Əliyev 2013-cü ili Azərbaycan Respublikasındaİnformasiya-kommunikasiya texnologiyaları ilielan edib. Bununla bağlı verilən sərəncamla Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasındaİnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsinə dairTədbirlər Planı” hazırlayıb, bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. Sərəncamın icrasından dərhal sonra nazirlikdə bu istiqamətdə işlərə başlanılıb. Belə ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə rabitə informasiya texnologiyaları nazirinin əmri ilə yaradılmış İşçi Qrup artıq fəaliyyətdədir. Rabitə İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, biznes sektoru vətəndaş cəmiyyəti üzvlərinin daxil olduğu İşçi Qrupun ilk iclası da keçirilib. HazırlanacaqTədbirlər Planı”nda əks olunacaq tədbirlərin müəyyənləşdirilməsi zamanı dövlət qeyri-dövlət qurumlarının, ictimai təşkilatların vətəndaşların rəy təkliflərinin nəzərə alınması əsas prinsip götürülüb. Artıq bununla bağlı təkliflərin verilməsi üçün bu sahədə çalışan müxtəlif qurumlara nazirlik tərəfindən məktubla müraciət olunub, vətəndaşlardan təkliflərin toplanılması üçün nazirlikdəqaynar xəttyaradılıb. Təkliflər toplanılaraq İşçi Qrup tərəfindən müzakirə edildikdən sonra məqsədəuyğun hesab edilən təkliflərTədbirlər Planı”na daxil ediləcək hazırlanmış yekun layihə müvafiq qaydada təqdim olunacaq.

Bu arada jurnalistlərə açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, “Elektron imzahaqqında qanun kütləvi şəkildə tətbiq olunandan sonra abituriyentlərin ali məktəblərə sənəd verməsi prosesi daha da asanlaşacaq.. TQDK sədrinin sözlərinə görə, hazırda ali məktəblərə qəbul imtahanlarında iştirak üçün sənəd verən abituriyentlər elektron ərizə verdikdən sonra öz ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlədirlər. “Elektron imza”nın tətbiqindən sonra isə abituriyentlərin SQK-da öz ərizələrini təsdiqlətməsinə ehtiyac qalmayacaq. Bu proses tamamilə elektronlaşacaq.

Bu arada İKT ili tədbirlərindən olan Bakıda intellektual idarəetmə sisteminin tətbiqi istiqamətində işlər davam edir. Layihə nəinki sərnişin daşıyan nəqliyyat vasitələrinin işini tənzimləyəcək, həmçinin, yollarda təhlükəsizliyin təmini baxımından da müstəsna rol oynayacaq.

Sistem vasitəsi ilə tıxac problemi aradan qaldırılmaqla yanaşı, avtomobillərin parklama işini tənzimləmək mümkün olacaq. Belə ki, artıq maşınları harda gəldi, necə gəldi saxlamaq mümkün olmayacaq. Qaydaları pozan sürücülərin dövlət nömrə nişanları kameralar vasitəsi ilə mərkəzə ötürüləcək.

Layihə çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək.

Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin əhali tərəfindən istifadə olunmasının monitorinqi aparılacaq. İntellektual sistem 150-yə yaxın elektron tipli yeni işıqforların quraşdırılmasını da nəzərdə tutur.

Nəqliyyatın intellektual idarəetmə sistemi Heydər Əliyev prospektində yerləşəcək. Artıq binanın tikintisi sona çatmaq üzrədir.

Biliklər iqtisadiyyatının inkişafı istiqamətində daha bir addım Azərbaycanın dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya etdiyi bir zamanda texnoparkların yaradılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 05.11.2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə yaradılmışYüksək Texnologiyalar Parkı”nın əsas məqsədi İKT sektoru üzrə elm istehsal sahələri arasında bir körpü yaratmaqdır. Həmçinin, “Yüksək Texnologiyalar Parkıinnovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın xüsusilə İKT sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına insan resurslarının inkişafına öz töhfəsini verəcəkdir. Hal-hazırda “YT Park”ın fəaliyyətinin təmin olunması istiqamətində işlər aparılır.

“İKT ili”ndə, həmçinin qarşıdakı illərdə insan kapitalının yaradılması da diqqət mərkəzində olub ki, konsepsiyada nəzərdə tutulan istiqamətlərdən biri məhz İT sahəsində kadrların hazırlanması ilə bağlı tədbirlərdən ibarətdir. Artıq bildiyiniz kimi, ölkə prezidentinin sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb 2013/2014-cü tədris ilindən tələbə qəbulu olub. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm bir qərardır. Eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramıçərçivəsində İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tululur.

Hədəfimiz Azərbaycanın ümumdaxili məhsulunu qarşıdan gələn 8 il ərzində 100 milyard manata çatdırmaqdır. Hesablamalara görə, məqsədə nail olmaq üçün bu illər ərzində ÜDM-in orta illik artım tempi təxminən 6-6,5 faiz ətrafında olmalıdır. İnformasiya-kommunikasiya texnologiyalarını aparıcı, prioritet sahə, həmçinin ümumi inkişafa təsir edən müsbət bir amil kimi nəzərdən keçirərək, qarşımıza böyük məqsədlər qoymuşuq. Nazirliyin bu istiqamətdə apardığı araşdırmalar göstərir ki, ümumi inkişafa öz töhfələrimizi vermək üçün qarşıdakı 8 ildə İKT sektorunun həcmini təxminən 4.5-5.0 dəfə artırmalıyıq. Qeyd etdiyim kimi, artıq hədəflər müəyyənləşib, məqsədimiz aydındır. Rabitə informasiya texnologiyaları sektorundan gözlənilən inkişafın həcmi kifayət qədər böyükdür biz bu gözləntilərə nail olmaq üçün tam gücümüzlə çalışacağıq.

 

 

Üç nöqtə.-2013.- 22 noyabr.- S. 9.