Aktrisa doğum günündə mükafatlandırıldı

 

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, aparıcı səhnə ustası Nadejda Povelisinanın 60 yaşı tamam olub. Üç nöqtənin məlumatına görə, teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini nəzərə alaraq, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev tanınmış aktrisanı təbrik edərək mükafatlandırıb. Qeyd edək ki, Nadejda Povelisina 1976-cı ildə Azərbaycan Dövlət Musiqili Teatrına dəvət alıb, elə ilk günlərdən istedadı, özünəməxsus oyun tərzi ilə tamaşaçıların və teatr ictimaiyyətinin nəzərini cəlb edib. Yaratdığı obrazların daxili aləminə varmağı bacaran Nadejda Povelisinanın 40 ilə yaxın səhnə təcrübəsi var. O, Liza (İ.Kalman Maritsa), Tamilla (R.Hacıyev Ana mən evlənirəm), Telli (Ü.Hacıbəyov Arşın mal alan), Valentina (F.Leqar Şən dul qadın), Marietta (İ.Kalman Bayadera) və başqa rolları ilə tamaşaçıların dərin rəğbətini qazanıb. N.Povelisina Minskdə keçirilən III Beynəlxalq festivalda teatrı təmsil edibMinsk Operetta Teatrında çıxış edib. 30 ildir ki, Azərbaycan Dövlət Konservatoriyasında pedoqoji fəaliyyətlə məşğuldur.

Aktrisa 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri mədəniyyət işçisi döş nişanı ilə təltif olunub.

 

Aygün Asimqızı

 

Üç nöqtə.-2013.- 31 oktyabr.- S. 13.