İKT sahəsində əhəmiyyətli layihələr həyata keçiriləcək

 

Əli Abbasov: “2013-cü il ölkənin kosmik sənayesinin inkişafı üçün əhəmiyyətli olacaq

 

Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və Fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək

 

 “Azərbaycanda 2013-cü ildə İKT sahəsində bir sıra iri layihələr həyata keçiriləcək”. Bu fikirləri dünən “2013-cü il İKT ili” ilə baglı keçirilən mətbuat konfransında Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Nazirin sözlərinə görə, 2013-cü il Azərbaycanda İKT ili elan olunubcari il ərzində bu sektorda bir sıra əhəmiyyətli layihələr həyata keçiriləcək: «Bunlardan Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması, 3 ili əhatə edəcək Azərbaycan regionlarında genişzolaqlı internetin inkişafı layihəsi, rəqəmsal TV yayımına tam keçid, elektron hökumət portalının imkanlarının genişləndirilməsi, texnoparkların yaradılması və sair kimi layihələri misal kimi gətirmək olar».

Ə.Abbasov həmçinin bildirir ki, 2013-cü il ölkənin kosmik sənayesinin inkişafı üçün əhəmiyyətli olacaq və Azərbaycan 2016-cı ildə orbitə artıq ikinci peykini buraxacaq: «İlk süni peykin fevralın 7-dən 8-nə keçən gecə orbitə buraxılacağı gözlənilir».

 

İKT İNKİŞAF FONDUNUN NİZAMNAMƏ KAPİTALI 15 MİLYON MANAT OLACAQ

 

Nazir qeyd edir ki, yaxin günlərdə Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə layihəsinin təsdiq olunacağı proqnozlaşdırılır: “Onun nizamnamə fondunun 15 milyon manat olacağı gözlənilir. Məlum olduğu kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu dövlət başçısının 2012-ci il 15 mart tarixli sərəncamı ilə yaradılıb.

Fondun məqsədi Azərbaycanın İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək,  kiçikorta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerlixarici investisiyaları cəlb etməkdən ibarətdir. Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap (“start-up”) şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə dəstəyini həyata keçirəcək. Fondun təqdim etdiyi qrantlar müsabiqə yolu ilə seçilən və Fondun fəaliyyət istiqamətinə uyğun olan layihələrə veriləcək. İKT sahəsində innovasiyaların inkişaf etdirilməsi və onların kommersiya layihələrinə çevrilməsi məqsədilə vençur maliyyələşməsi həyata keçiriləcək”.

Nazirin fikirlərinə görə, Fondun digər vacib vəzifəsi İKT sahəsində fəaliyyəti stimullaşdırmaq məqsədilə perspektivli və sürətlə inkişaf edən İKT şirkətlərinə investisiyaların yatırılması, o cümlədən birgə şirkətlərdə payçı şəklində investisiyaların yerləşdirilməsindən ibarətdir. Fondun həyata keçirdiyi investisiya siyasəti İKT sektoruna yerlixarici investisiyaların cəlb olunmasının təşviqindən ibarət olacaq. Belə ki, birgə şirkətlərdə payçı kimi iştirak edərək, Fond öz-özlüyündə dövlətin İKT sahəsində qarantı kimi çıxış etmək və Azərbaycanın İKT sektorunun birbaşa xarici investisiyalar üçün etibarlığını artırmaq niyyətindədir.

O qeyd edir ki, ölkədə innovasiya yönümlü fondun yaradılması növbəti dəfə göstərir ki, dövlər İKT sahəsinə xüsusi diqqət ayırır.

Fondun vəsaitlərindən müxtəlif strukturlar istifadə edə biləcək ki, bu da ölkədə İKT sahələrinin maliyyə tərkibinin səmərəli tətbiqinə və inkişafına kömək edir: “ Fond innovasiya yönümlü layihələrə daha operativ kömək etməyə imkan verəcək və ölkəyə xarici kapitalın cəlb edilməsi üçün əlverişli mühit yaradacaq. İT sektoru dinamik dəyişir, bununla əlaqədar yenilənmə prosesi maliyyə dəstəyi tələb edir. Burada söhbət təkcə texnologiyalar haqqında deyil, habelə mövcud məsələnin hüquqi tənzimlənməsindən gedir. Kadrların mövcudluğu heçaz əhəmiyyət kəsb etmirbu planda hələ müxtəlif boşluqlar var".

Nazirin qənaətincə, insan resursları ilə bağlı məsələnin həll edilməsi üçün müxtəlif mənbələrə diqqət ayırmaq və müxtəlif strukturlardan insanları cəlb etmək, onların işini qiymətləndirmək, mütəxəssisləri, ekspertləri, elmi potensialı cəlb etmək, xarici şirkətlərlə birgə layihələr reallaşdırmaq, beynəlxalq forumlar təşkil etmək lazımdır. Bütün bunlar Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində müsbət əksini tapacaq.

 

2015-ci İLDƏN ANALOQ TELEVİZORLARIN İSTEHSALI DAYANDIRILACAQ

 

Konfransda Rabitə informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanda rəqəmsal TV yayımına keçid layihəsi çərçivəsində aztəminatlı ailələrə müvafiq zəruri avadanlıqların pulsuz verilməsi ilə əlaqədar 5 milyon manat həcmində vəsaitin xərclənməsi gözlənilir: “Hazırda ölkə əhalisinin 90%-i rəqəmsal TV-dən istifadə edir. Azərbaycanda fəaliyyət göstərən televiziyalar rəqəmsal yayıma keçib. Əsas məsələlərdən biri əhalinin rəqəmsal TV yayımına baxmaq üçün müvafiq avadanlıqların olmasıdır ki, bu avadanlığın qiyməti 30-50 manat təşkil edir. Qeyd edim ki, 2015-ci ildən analoq televizorların istehsalı dayandırılacaq».

Ə.Abbasov onu da bildirib ki, Azərbaycandakı aztəminatlı ailələr sözügedən avadanlığı pulsuz alacaq: «Hazırda ölkədə 120 mindən artıq aztəminatlı ailə mövcuddur ki, onlara bu avadanlıqlar pulsuz veriləcək. Bu istiqamətdə 5 milyon manat vəsaitin ayrılması gözlənilir».

Nazir həmçinin qeyd edib ki, 2013-cü ildə ölkədə analoq yayım dayandırılacaq tam rəqəmsal TV yayımına keçiriləcək.

Hökumət rəsmisi bəyan edib ki, Azərbaycanda daşınan nömrələr layihəsinin (Mobile Number Portability) tətbiqinə bu ilin aprel ayından gec olmayaraq başlanılacaq. Nazirin sözlərinə görə, layihənin icrasında müşahidə olunan ləngimənin səbəbi mobil rabitə operatorlarının hamısının buna tam hazır olmaması ilə bağlıdır: «Layihənin tətbiqi üçün yalnız mobil rabitə operatorları deyil, fiks olan sabit operatorlar da buna hazır olmalıdır onların texnoloji baxımdan tam hazır olmaması bu layihənin tətbiqini ləngidir».

Buna baxmayaraq, Ə.Abbasov qısa zaman ərzində prosesə start veriləcəyini vurğulayıb: «Hesab edirəm ki, layihənin tətbiqi hər ay baş verə bilər düşünürəm ki, bu layihəyə aprelin 1-dən gec olmayaraq başlanılacaq».

 

AZƏRBAYCANDA İNTERNET AZADLIĞI AVROPADA OLAN İNTERNET AZADLIĞI SƏVİYYƏSİNDƏDİR

 

Qeyd edək ki, Azərbaycanda Mobile Number Portability xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

Azərbaycanda internet azadlığına da toxunan Ə. Abbasov əlavə edib ki, ölkədə internet azadlığı Avropada olan internet azadlığı səviyyəsindədir: “Azərbaycanda internetdə azadlığa limit qoyulmur. Hər bir təşkilatın, siyasi partiyanın internet saytı var, istədikləri informasiyanı sərbəst yaya bilirlər. Ölkədə facebook istifadəçilərinin sayı 1.000.000-a yaxındır”.

Daşınan nömrə xidmətinə keçidlə bağlı danışan nazir bildirib ki, ölkədəki mobil operatorların bəzi texniki problemləri var: “Buna baxmayaraq hesab edirik ki, aprel ayına kimi proses başa çatacaq”.

 

 

Üç nöqtə.-2013.-22 yanvar.-S.-9.