Hüquqi dövlətin inkişafı üçün qanunçuluğun möhkəmlənməsi zəruridir

 

Vətəndaş cəmiyyətində hüquqi qanunların tətbiqi onun daha da inkişafına stimul yaradır

 

Hüquqi mədəniyyət hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir. Hüquqi mədəniyyət-hüquqi dövlətdə hüquqi qaydaların möhkəmləndirilməsinə, vətəndaşlarda qayda-qanunlara əməl etmək vərdişi aşılamağa xidmət edir, insanları da qanunların aliliyinə riayət etmək ruhunda tərbiyələndirir. Vətəndaş cəmiyyətində hüquqi qanunların tətbiqi onun daha da inkişafına stimul yaradır. Politoloqların fikrincə, vətəndaşların yüksək mədəniyyəti, şüurluluğu və mütəşəkkilliyi, eyni zamanda, dövlət qanunlarının tələblərinə ciddi münasibət göstərməyin, demokratiya prinsiplərini həyata keçirməyin əsas şərtlərindəndir. Qanunçuluqla demokratiya qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olan proseslərdir. Hüquqi mədəniyyət qanunları yalnız bilmək deyil, onu dərindən əxz edib, ona hörmətlə yanaşmağı və real həyatda tətbiq etməyi də tələb edir. Hüquqi dövlətdə cəmiyyətin hər bir üzvü qanunlaraqanunçuluğa hörmətlə yanaşır, hüquqi mədəniyyətə, hüquqi biliklərə yiyələnməklə hüquqa, qanuna, qanunçuluğa inam yaranır. Vətəndaş cəmiyyətinin mənəvi mədəniyyətinin əsas ünsürü kimi hüquqi mədəniyyət hüquqi dövlət quruculuğunda mühüm əhəmiyyət kəsb edən fenomenə çevrilir.

Hüquq mədəniyyəti cəmiyyətin ictimai-siyasi təşkili ilə də bağlıdır. Yüksək hüquq mədəniyyətinin olduğu mühit siyasi sistemin normal fəaliyyət göstərməsi üçün şərait yaradır. Bu sistemin hər bir sahəsi elə fəaliyyət göstərməlidir ki, qanuna tam müvafiq olsun, demokratiyanın yaratdığı imkanlardan məqsədyönlü istifadə etsin.

İnsanların hüquqa, mövcud hüquq normalarına münasibətinin toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə əməl etməyin vacibliyini insanlar şüurlu şəkildə dərk etməlidirlər. Deməli, hüquq mədəniyyətinin səviyyəsi həm vətəndaşların hüququ bilmək, başa düşmək dərəcəsindən, həm də bunu yerinə yetirməyin vacibliyini dərk etmələrindən asılıdır.

Hüquq mədəniyyəti hüquqi fikrin yüksək inkişaf səviyyəsində olduğunu təsdiq edir. Cəmiyyət üzvlərinin ümumi mədəniyyəti bu baxımdan hüquq mədəniyyəti qanunçuluğun vəziyyətinə, hüquq normalarına hörmətlə yanaşılmasına, vətəndaşların öz hüquqlarından istifadə etmələrinə və öz vəzifələrini yerinə yetirmələrinə əhəmiyyətli təsir göstərir.

Hüquqi dövlətin əsas amili olan qanunun aliliyinin reallaşdırılmasında, qanunçuluğun möhkəmləndirilməsində hüquqi mədəniyyətin yüksəldilməsi əsas yer tutur. Hüquqi mədəniyyətin yaradılması vətəndaş cəmiyyətindəki mənfi proseslərin qarşısının alınmasında mühüm vasitə kimi çıxış edir. Hüquqi dövlətdə hüquqi mədəniyyət inkişaf etdikcə, ölkədə cinayət cəza tədbiri əvəzinə, ictimai təsir tədbirləri görülməsi üçün demokratik şərait yaranır.

Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesində qanunvericiliyin təkmilləşdirilməsi, qanunçuluğa riayət olunması vətəndaşların hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsi, hüquq qaydalarının, hüquq təhsili və tərbiyəsinin gücləndirilməsi, qanunvericiliyin təbliği hüquq mədəniyyətinin əsas istiqamətlərini təşkil edir.

Hüquq mədəniyyətinin inkişafı formalizm, süründürməçilik və s. kimi mənfi halların da aradan qaldırılmasına öz təsirini göstərir. Bununla bağlı, mövcud qanunların təsir gücünün artırılması da aktual məsələlərdəndir. Qanunvericilikdə öz əksini tapmış məsələlər nə qədər məntiqli və əsaslı olsa da, çox vaxt praktikaya tətbiq olunmurhiss olunmadan dondurulur. Hüquq normalarının təsir gücünü artırmaq üçün, onların yerinə yetirilməməyinin səbəblərini müəyyənləşdirmək üçün bu vəziyyəti yaradan səbəbləri öyrənmək lazımdır. Bunun üçün hüququn insanların davranışına təsir metodlarını bilmək vacibdir. İctimai, iqtisadi, mədəni, psixoloji və digər amillərlə bağlı olan bu metodların işlənib hazırlanması müasir dövrün ən aktual problemlərindən biridir.

Qarşıya çıxan problemlərin təxirəsalınmadan yerinə yetirilməsi dövlət icra orqanlarının işinin yaxşı qurulmasından da asılıdır. Eyni zamanda, vəzifəli şəxslərin hüquq mədəniyyətinin yüksəldilməsinin də böyük əhəmiyyəti vardır. Bunun üçün hüquq mədəniyyətini yüksəltmək istiqamətində dövlət aparatı ilə ictimai təşkilatların əlaqəli fəaliyyəti zəruridir. Müasir dövrdə dövlət idarəetmə orqanlarının qarşısında çox mühümböyük vəzifələr dayanır. Belə ki, bir milyondan artıq qaçqını və torpağının 20 faizindən çoxunun işğal altında olan ölkədə hüquq mədəniyyətini yüksəltmək ölkənin bütün ehtiyat qüvvələrindən düzgün və yerində istifadə olunmasına şəraityaradar. Bunun üçün idarəetmə aparatı hüquq mədəniyyətinin bütün elementlərindən istifadə edərək, əlaqədar orqanları, hüquq statusu ilə bərabər, həm də idarəetmə prosesini nizamlamalı, idarəetmə orqanlarının fəaliyyəti üçün sabit optimal bir rejim yaratmalıdır. Əsaslandırılmamış qərarların verilməsinə müxtəlif orqanların vəzifələrində təkrarlara yol vermək olmaz. İdarəetmə aparatında hüquq mədəniyyətini daha da inkişaf etdirməyə, bunun tətbiqinin yeni forma və metodlarını artırıb tapmağa təşəbbüs göstərilməlidir. Xüsusi olaraq, nəzərdə saxlanılmalıdır ki, hüquq mədəniyyətini yüksəltməyin bütün məsələləri kadrların hüquq hazırlığı ilə sıx bağlıdır. İdarəetmə aparatının rəhbərləri iqtisadiyyat, istehsalın təşkili, informatikas. məsələlərdən əlavə, hüququn əsaslarını da yaxşı bilməlidir. Çünki mövcud qanunların düzgün tətbiqi bundan, bu biliklərdən asılıdır. Belə olarsa, düzgünolmayan qərarların qəbul edilməsinə də yol verilməz.

Hüquqi dövlət quruculuğu prosesində iqtisadi inkişafın hüquqi nöqteyi-nəzərindən təhlili yollarının təkmilləşdirilməsi daha da aktuallıq kəsb edir. İdarəetmə aparatı işçilərinin hüquqi mədəniyyətinin yüksəldilməsilə qarşıya çıxan problemlərin hüquqi təhliliiqtisadi cəhətdən məzmunu metodlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsi zərurəti meydana çıxır.

Politoloqların fikrincə, hüquq hakimiyyətin əlavəsi, mənimsədiyi qaydadır. Hüquq gücün və hakimiyyətin düzgün yoludur. Hüquq hakimiyyətin ağıllı siyasətidir. Hakimiyyət və hüquq öz inkişafının ən ali mərhələsinə hüquqidövlətdə çatır. Burada hakimiyyətin özünü hüquqla məhdudlaşdırması və idarəçilikdə konstitusiya sisteminin tətbiqi nəticəsində qanunun hökmranlığı, sözün əsil mənasında, qayda-qanun təmin edilir.

Hüququn yaranma səbəbini zorakılıqda axtaranlar da var. Dövlət və hüququn zorakılıq vasitəsi kimi xarakterizə olunmasını o, daha çox keçmiş dövrlərə aid edirdi (Asiya despotizmi, antik polislər, feodalmonarxiyaları). Onların qənaəti belədir ki, hakimiyyət formaları getdikcə yumşalır və tədricən qəddarlıqdan xeyli uzaqlaşır. Nəticədə “müasir mədəni dövlətlər” yaranır ki, onların da əsas əlamətləri aşağıdakılardır: vətəndaşlarınhüquq bərabərliyi və qanunçuluq; liberal demokratiya rejimi, parlamentçilik; ümumi xalq rifahının təmin edilməsi.

Beləliklə, hüquqi dövlətin inkişafı üçün hüquqi mədəniyyətin səviyyəsinin yüksək olması, hüquqqanunçuluğun möhkəmlənməsi zəruri amillərdir.

 

 Üç nöqtə.-2014.- 12 mart.- S.10.